Icma.az
close
up
RU
“Avropanın inkişaf etmiş ölkələri belə, bahalı beynəlxalq tədbirlərin keçirilməsindən imtina edirlər” Qüdrət Həsənquliyev

“Avropanın inkişaf etmiş ölkələri belə, bahalı beynəlxalq tədbirlərin keçirilməsindən imtina edirlər” Qüdrət Həsənquliyev

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında ikinci oxunuşda müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı çıxış edib.
Millət vəkili bildirib: “Hörmətli sədr, qonaqlar, həmkarlar, media nümayəndələri!
Mən ikinci oxunuşun tələblərinə uyğun olaraq, bir məsələnin üzərində dayanmaq istəyirəm. Ona görə ki, komitə iclaslarında və birinci oxunuşda büdcə zərfi ilə bağlı kifayət qədər çıxışlar etmişəm, fikirlərimi bildirmişəm. Bu, bizim beynəlxalq tədbirlərə ayıracağımız vəsaitin həcmi ilə bağlıdır. Azərbaycanda gələn il beynəlxalq tədbirlərin keçirilməsinə 239 milyon manat vəsait ayrılıb. Bu, elmə ayrılan vəsaitdən 10 milyon manat artıqdır. Çox təəssüf ki, bu beynəlxalq tədbirlərin bir çoxunun effektivliyi çox aşağıdır və bir çox hallarda bu yalnız ölkəmizdə otellərin həm də dəstəklənməsi məqsədi daşıyır. Hesab edirəm ki, hökumət ciddi şəkildə düşünməlidir və onu bu məqam narahat etməlidir ki, məsələn, niyə bu il keçən illə müqayisədə turistlərin sayında 1,7 faiz azalma baş verib? Məsələn, Avropadan gələn turistlərin sayı 21,7 faiz azalıb, Mərkəzi Asiya respublikalarından gələn turistlərin sayında 10 faiz azalma var. Amma qonşu Gürcüstanı götürsək, Gürcüstanda analoji dövrdə, yəni yanvar-sentyabr aylarında turistlərin sayında 6,6 faiz artım olub. Əgər Azərbaycana 2 milyon 171 min turist gəlibsə, bizdən çox kiçik Gürcüstana 4 milyon 307 min turist gəlib, Azərbaycanla müqayisədə 2 dəfədən də artıq.
Hesab edirəm ki, bunun səbəbləri araşdırılmalıdır və Azərbaycan ilk növbədə çalışmalıdır ki, ABŞ, Avropa ölkələri, İran vətəndaşları üçün viza rejimini aradan qaldırsın və eyni zamanda Azərbaycanda böyük bir araşdırılma aparılsın ki, niyə turistlər Azərbaycana gəlməkdən imtina edirlər? Bu, daha çox həm də bizdə xidmətlərin qiymətinin artması ilə bağlıdır. Təyyarə biletləri bahadır, ümumiyyətlə, ictimai iaşə obyektlərində qiymətlər həddindən artıq bahadır və Azərbaycanda ucuz otellər yoxdur. Ona görə də bu, turistlərin sayına birbaşa təsir edir. Yəni hesab etmirəm ki, büdcə hesabına biz otelləri bu formada beynəlxalq tədbirləri keçirməklə dəstəkləməliyik”.
Millət vəkili əlavə edib: “Bu gün Avropanın bir çox inkişaf etmiş ölkələri, çox zəngin ölkələr belə, bu cür bahalı beynəlxalq tədbirlərin keçirilməsindən imtina edirlər. Biz, bəzən mətbuatdan oxuyuruq ki, bizim mərkəzi icra hakimiyyəti orqanları müxtəlif xarakterli tədbirlər keçirirlər, qonaqlar çağırırlar, onlar üçün otellərdə yer kirayə edirlər, restoranlarda onlara yemək təşkil edirlər. Səmimi deyirəm, bu tədbirlərin effektivliyi çox azdır. Əvvəllər bizim torpaqlarımız işğal altında olanda, əlbəttə, hər bir tədbir əhəmiyyətli idi ki, biz orada problemlərimizdən, torpaqlarımızın işğal olunmasından, 1 milyon qaçqınımızdan, Azərbaycana olan ədalətsiz münasibətdən, işğalçı Ermənistanın işğalçı dövlət kimi tanınmamasından və s. haqda danışaq. İndi şükür Allaha ki, torpaqlarımızı işğaldan azad etmişik. Bizim əvvəlki qədər bu cür tədbirlərə ehtiyacımız yoxdur. Ümumiyyətlə, həm də ezamiyyə xərcləri hesab edirəm ki, azaldılmalıdır. Ölkə Prezidenti, onun köməkçiləri, spiker, baş nazir, xarici işlər naziri, bu kimi dövlətin aparıcı şəxsləri istisna olmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının da çoxsaylı xarici səfərləri məhdudlaşdırılmalıdır. Bizim xarici ölkələrdə səfirliklərimiz var. Həmin beynəlxalq tədbirlərdə bizim səfirliyin nümayəndələri iştirak etməlidirlər. Hazırda Qarabağ bərpa olunur, bizim torpaqlarımızın bərpasına, yoxsul əhalinin sosial müdafiəsinin gücləndirilməsinə çox böyük ehtiyacımız var və mən hesab edirəm ki, hökumət mütləq bu məsələləri də diqqətdən keçirəcək.
Sonda hökuməti bir daha çağırıram ki, sərhədlərin açılması məsələsinə bir daha baxılsın. Siyavuş müəllim qeyd etdi, ölkənin daxilində ictimai təhlükəsizlik, dövlət təhlükəsizliyi yüksək səviyyədə qorunur, təmin olunur, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Ona görə heç bir təhlükəsizlik təhdidi yoxdur və ola da bilməz. Ona görə də biz sərhədləri açmalıyıq ki, ən azı Gürcüstandan olan azərbaycanlılar, İranda yaşayan azərbaycanlılar öz vətənlərinə gələ bilsinlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Dekabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri