Icma.az
close
up
RU
“Avropanın iştirakı olmadan heç bir razılaşma işləməyəcək” “ABŞ dən pulu kəsilənlər bizə müraciət edir...”

“Avropanın iştirakı olmadan heç bir razılaşma işləməyəcək” “ABŞ dən pulu kəsilənlər bizə müraciət edir...”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avropa İttifaqı Birləşmiş Ştatların dəstəyini itirmiş və ya itirə biləcək təşkilatlara və ölkələrə yardımı müzakirə edir. Buraya “Azad Avropa/Azadlıq Radiosu” korporasiyası da daxildir”.

“AzPolitika” xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib.

Kallas “Svoboda.org”-a müsahibəsində qeyd edib ki, azad media və etibarlı məlumat əldə etmək Avropa İttifaqı üçün çox vacibdir. Eyni zamanda, Kallasın sözlərinə görə, ABŞ-dən gələn dəstəyin azalması səbəbindən indi bir çox təşkilat və ölkələr yardım üçün Aİ-yə müraciət edir. Ona görə də hamıya kömək edə bilməyəcək Avropa bu yardımın planını və həcmini müzakirə etməli olacaq.

ABŞ-də idxal olunan avtomobillərə və ehtiyat hissələrinə tətbiq edilən 25 faizlik rüsumlara toxunan Aİ diplomatiya rəhbəri bunun qiymətlərin bahalaşmasına gətirib çıxaracağını deyib. Kallas, Avropa Birliyinin də “bir planı olduğunu” qeyd edərək, ticarət müharibəsinin başlamayacağına ümid etdiyini bildirib.

Ukraynadakı silahlı münaqişənin həlli perspektivləri ilə bağlı sualı cavablandıran Kaja Kallas vurğulayıb ki, hazırda Rusiyadan bununla bağlı müsbət siqnallar yoxdur. Kallas hesab edir ki, Avropa İttifaqı Ukrayna üzrə danışıqlarda iştirak etməlidir, çünki bu, birbaşa onun öz təhlükəsizliyinə aiddir və onun həyata keçirilməsində Avropanın iştirakı olmadan heç bir razılaşma işləməyəcək.

Gürcüstandakı vəziyyətdən danışan Kaja Kallas bunu “çox çətin” adlandırıb. "Biz bilirik ki, Gürcüstan vətəndaşlarının əksəriyyəti Avropa İttifaqını dəstəkləyir və ona qoşulmaq istəyir. Bununla belə, indiki Gürcüstan hökuməti fərqli yol seçib. Məsələ burasındadır ki, biz hansı vasitələrdən istifadə edə bilərik. Biz artıq Gürcüstan hökuməti üçün nəzərdə tutulan vəsaiti vətəndaş cəmiyyəti və QHT-lərin Avropa yolu ilə irəliləməsinə kömək etmək üçün yönləndirmişik", - Kaja Kallas deyib.

Donald Tramp administrasiyası, xüsusən də ABŞ-nin Qlobal İnkişaf Agentliyinin (USAID) maliyyələşdirilməsini kəskin şəkildə azaltmaq üçün addımlar atıb, Tramp həmçinin Qlobal Media Agentliyinin (USAGM) fəaliyyətinin minimuma endirilməsi barədə sərəncam imzalayıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Aprel 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri