Icma.az
close
up
RU
Avropanın yumşalan “yaşıl enerji” SİYASƏTİ Neft qaz yenidən ƏSAS GÜNDƏMDƏ

Avropanın yumşalan “yaşıl enerji” SİYASƏTİ Neft qaz yenidən ƏSAS GÜNDƏMDƏ

Icma.az, Bizim media saytına istinadən bildirir.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Dörd bir tərəfimizdə nəsə baş verir, istər qonşularımızda olsun, istərsə də uzaqlarda, hadisələr sürətlə cərəyan etməkdədir. Bu da başa düşüləndir, çünki yeni dünya düzəninə keçid məsələsi çox şeyi dəyişib. Hazırkı aktivlik isə ölkələrin bir-biriləri ilə daha çevik əlaqələr qurmasına hesablanır ki, gələcəkdə qarşılıqlı ticarət üçün daha yaxşı imkanlar əldə edilsin.
Bu baxımdan yola saldığımız həftə dünya enerji bazarlarında bir neçə mühüm hadisə yaşanıb ki, onların gələcək inkişafı bu və ya digər şəkildə Azərbaycanla bağlıdır.
"Yumşalan" yaşıl Avropa siyasəti
Avropa Komissiyası fevralın 26-da Brüsselin Avropa İittifaqı sənayesinin rəqabət qabiliyyətini və davamlılığını dəstəkləmək üçün qabaqcıl biznes planı kimi gördüyü Təmiz Sənaye Sazişini təqdim etdi. Avropa Komissiyasının rəqabət məsələləri üzrə vitse-prezidenti Tereza Ribera bəyan edib ki, Aİ iqlim dəyişikliyi hədəflərinə sadiq qalacaq, lakin sənaye sektoruna kömək üçün bəzi yaşıl qaydalarını yumşaldacaq. Bu, ona görə edilir ki, dünyada yaşanan mövcud vəziyyət Avropa bazarlarında enerjinin qiymətini kifayət qədər artırıb, nəticədə qlobal bazarlarda Avropanın əsasən sənaye məhsullarının rəqabətə davamlığı azalıb.
Rəsmi Brüssel enerjinin qiymətinin azaldılması üçün ilk növbədə yaşıl enerjinin istehsalının artımına, idxal edilən qazın həcmlərinin azaldılmasına çalışacağını vurğulayıb. Mənim diqqətimi bir məqam da çəkdi ki, Aİ Rusiya qazından tam olaraq imtinaya çağırış etsə də, amma onun müddətini yeni sənəddə göstərməyib. Bundan öncə isə İttifaq ölkələrinə 2027-ci ilədək Rusiya qazı olmadan yaşayıb yaratmaq imkanları tövsiyə edilirdi.
Amma aydın olan odur ki, iki ilə Avropa qaz istehlakını 100 milyard kubmetr azaltmaqla görünməmiş bir işi gerçəkləşdirdi. Demək, onun 2040-cı ildən qalıq yanacaqlarını minimuma endirmək arzusuna da bir reallıq kimi baxmaq gərəkdir. Həmçinin rəsmi Brüsselin istəyi odur ki, ilk növbədə idxal enerjisinin azaldılmasına nail olmaq gərərkdir. Hesab edirəm ki, ehmalca deyilən “yaşıl enerji siyasətinin yumşaldılması” məhz buna yönəlib.
Yaşıl kursunu dəyişən BP
Həmin gün, fevralın 26-da Avropanın sayılıb-seçilən bir enerji şirkəti bp də özünün yeni strategiyasını ictimailəşdirdi. Şirkət neft və qaz hasilatına investisiyaların artırılmasını, eyni zamanda aşağı karbonlu texnologiyalara sərmayə qoyarkən daha seçici davranmağı özündə əks etdirən yenilənmiş strategiyanı elan edib. BP dolayısı ilə neft və qaz əməliyyatlarını azaltmaqla bağlı əvvəlki planların praktikada özünü doğrultmadığını təsdiqləyib və hasilatı bundan sonrakı beşillikdə artıracağına söz verib. Beləliklə, bp uzunmüddətli səhmdar dəyəri artımına nail olmaq üçün “yaşıl strategiyadan” qismən imtina hesabına neft-qaz sektoruna daha çox sərmayə qoymaq yoluna qayıdır.
BP-nin ənənəvi enerjiyə sərmayələrini artırmaq arzusu bizim istəklərimizlə üst-üstə düşür. Çünki nəzərə alsaq ki, hələ ötən il Britaniya şirkəti SOCAR-la “Qarabağ” neft yatağı layihəsinə qoşulmaqla bağlı niyyət memorandumu imzaladı və bundan əlavə “Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” kimi dəniz strukturlarında da kəşfiyyata maraq göstərir, demək onların reallaşması yolunda BP səhmdarları kapital qoyuluşlarına müsbət yanaşar və bu da Azərbaycanın yaxın perspektiv üçün hasilatı artırmaq imkanlarını genişləndirər.
Hökumətin neft iclası
Ötən həftə sonu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib. Amma iclasın gündəliyinə nəzər yetirdikdə onu görmək olardı ki, toplantının məqsədi ölkənin neft sektorundakı vəziyyəti bütün incəliklərinə qədər müzakirə etməyə yönəlibmiş.
Onu deyim ki, 2012-ci ilin oktyabr ayından sonra mən Azərbaycanda bu səviyyədə neft məsələlərinə həsr edilmiş ayrıca bir iclasın keçirildiyini xatırlamıram. Bu baxımdan da burada müzakirəyə çıxarılan məsələlər üzərində ayrı-ayrılıqda dayanmağı, onları təhlil etməyə, müşahidələrimi sizlərlə bölüşməyə çalışacam.
Baş nazirin yanında keçirilən iclasın gündəliyindəbilirsiniz neçə məsələ vardı? Nə az, nə çox 10-a yaxın məsələ.
Nazirlər Kabinetinin saytında yer alan rəsmi xəbərdə neft sektoru ilə bağlı hansısa təsərrüfat-maliyyə göstəriciləri açıqlanmasa da, amma qeyd olunub ki, gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş təqdimatı dinlənilib, eləcə də iqtisadiyyat naziri, həmçinin SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov da çıxış edib. Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın və AİH-ninMüşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunaraq AİH-nin İdarə Heyətinə və SOCAR-a müvafiq tapşırıqlar verilib. Nə qərarlar qəbul edilib, nə tapşırıqlar verilib – heç biri açıqlanmayıb. Ona görə də sadəcə başlayaq müzakirə edilən əsas məsələlərin təftişindən...

Azalan neft hasilatı
Azərbaycanda neft hasilatının azalması davam edir. Hasilatın pik dövrü 15 il əvvələ təsadüf edib və ötən ilin yekunlarına görə, o göstəricidən 43% və ya 21.7 mln ton az neft hasil edə bilmişik. Təkcə son ildə hasilat 1 mln ton azalıb.
Hasilat 2023-ci ildə əvvəlki illə müqayisədə 2,5 mln ton azalmışdı və belə bir yüksək azalma tempi 2011-2012-ci illərdə müşahidə edilmişdi. Yəni azalma tempi zəifləsə də, narahatlıq yetərincədir. Çünki Dövlət Gömrük Komitəsinin son statistikasına görə, Azərbaycanın gəlirlərində təkcə xam neftin payı 62,6% təşkil edir.
Bəs hasilatın azalmasının qarşısını almaq olarmı? Baş nazirə vəziyyətdən çıxış yolu kimi SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inkişaf planlarında görüş iştirakçıları bu suala cavab veriblər. Onların cavabını hələ ki, bilmirik.
Amma həqiqətən hasilatın azalmasını dayandırmaq mümkündürmü?
Əlbətt də. Onun bir neçə yolu var: birincisi, texnoloji həll hesabına məhsuldar layların neft verimliyini artırmaq olar. Amma gərək ölçüb-biçəsən ki, həmin texnoloji həllin tətbiqi sənə neçəyə başa gələcək. Çünki texnologiyalar bahalıdır və heç kəs patentləşdirilmiş “əqli məhsulunu” “axşam bazarı” qiymətinə kiməsə təklif etmir.
İkinci yol,  yeni ehtiyatlar tapmaqdır. Azərbaycanın işlənməmiş neft yatağı var – “Qarabağ” və Türkmənistanla müştərək işlənməsi nəzərdə tutulan "Dostluq" yatağı. Sonuncu üzrə 2021-ci ilin yanvarında müqavilə bağlansa da, işlənmə mərhələsinə qədəm qoymayıb. Demək, bu işin həllinin sürtləndirilməsi əlavə neft hasilatı üçün imkanlar açar.
"Qarabağ" yatağı üzrə müqavilə 1995-ci ildə imzalanıb
Artıq 1998-ci ildə xarici şirkətlər kəşfiyyat quyuları hesabına burada neft-qaz layları olan yatağın açılmasını elan etdilər. Amma o zaman neft qiymətlrinin çox aşağı olması səbəbindən yatağın işlənməsi kommersiya baxımından məqbul hesab edilmədi və layihəyə xitam verildi. Sonralar 2018-ci ildə Norveçin “Equinor” şirkəti ilə müqavilə bağlandı və nəsə işlənməsi yenə alınmadı və şirkət layihəni tərk etdi.
Hesab edək ki, SOCAR bp-ni bu il ərzində bu layihəyə cəlb edə bilər. Amma platformanın tikintisi, quyuların qazılması ən azı 4 il zaman tələb edəcək. Demək, onun hesabına yalnız cari onilliyin sonunda hasilata təsir göstərəcək imkan əldə edə bilərik. 
Maye karbohidrogen hasilatının artımı üçün başqa bir həll qaz yataqlarının işlənməsinin sürətləndirilməsi ola bilər. Məsələn, “Abşeron” yatağının növbəti mərhələsi çərçivəsində hasilat başlamaq. Çünki qaz hasilatı artdıqca mavi yanacaqla birgə laylardan kondensat hasilatı da çoxalır.
"Abşeron"un ikinci nəfəsi

Onu deyim ki, artıq “Abşeron” yatağının işlənməsinin ikinci fazası üçün ilkin layihələndirmə mərhələsi başlanılıb. Bu barədə layihə iştirakçısı Fransanın“TotalEnergies” şirkətinin Bakı ofisindən bildirilib. Məlumata əsasən, layihə hazır olduqdan sonra onun nəticələrinə əsasən yatağın tammiqyaslı işlənilməsiüzrə yekun investisiya qərarı verilə bilər. Yəni“Abşeron”da qaz hasilatını indiki 1,5 milyard kubmetrdən 5-6 milyarda qədər, o cümlədən kondensat hasilatını azı 2 dəfə artırmaq üçün yenə də təqribən 5 ilə yaxın gərgin iş tələb olunacaq. Çünki “Abşeron” yatağındakı iri qaz həcmləri “Şahdəniz”dən də dərində yerləşir. Abşerondakı məhsuldar laylara çatmaq üçün isə Xəzər üçün ən dərin quyular qazmaq lazımdır - 7 min metrdən çox qazma gedişi. Dərinlik artdıqca onun kapital qoyuluşu da artır.
"Azneft"ə artan diqqət
Görüşdə baxılan məsələlərdən də biri “Azneft” İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı olub. Onu deyim ki, bu qurum SOCAR-ın hasilat seqmentində onurğa sütunudur. Onun tabeçiliyində hazırda 28 yataqdan hasilat həyata keçirilir. Onlardan 15-i quruda, 13-ü isə dənizdə yerləşir. “Azneft”in hasilatı ilə bağlı yalnız SOCAR-ın illik hesabatlarından maariflənmək mümkündür. Ona görə də hələ rəsmi açıqlanan bir statistika yoxdur və çətindir kənardan müşahidə etməklə fikir söyləmək ki, onun hasilat göstəriciləri son ildə necə dəyişib.
2023-cü ildə “Azneft” 6,25 mln ton neft və 6 mlrd kubmetrdən bir qədər artıq qaz hasil edib. Onu deyim ki, 2010-cu il üçün SOCAR-ın açıqladığı rəqəmlərlə müqayisə etsək, görərik ki, 13 ildə hasilat neftdə təqribən 1 mln ton, qazda isə 1 mlrd kubmetr azalıb. Ümumən pis nəticələr deyil, əgər nəzərə alsaq ki, “Azneft”in balansında olan yataqların tam böyük əksəriyyəti özlərinin “qocalıq” dövrünü yaşayır, həmçinin “Azneft” periodik olaraq yataqlarının sayını da azaldır, çünki SOCAR onları digər şirkətlərə işlənməyə verir.
Onu deyim ki, “Azneft”lə bağlı statistik araşdırmalar apararkən maraqlı bir rəqəmə də rast gəldim. SOCAR-ın hesablamasına görə, “Azneft” üzrə işlənmənin əvvəlindən 1 yanvar 2024-cü il tarixinə 795 mln 540 min ton neft hasil edilib. Demək, indiki hasilat həcmlərini təxmini belə götürsək, ötən ilin oktyabr ayında 800-cü milyon ton neft istehsalı olub. Amma nədənsə, belə bir əlamətdar hadisə nə qeyd edildi, nə də ictimailəşdirildi...
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://bizim.media
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranlı nazirə qarşı impiçment elan etdi

02 Mart 2025 19:34see201

22 ildən sonra ikinci Oskar ını qazandı Gecənin digər qalibləri

03 Mart 2025 09:34see145

ABŞ nin maliyyə naziri: Kiyev iqtisadi sazişi qəbul etmək üçün sülh müqaviləsini imzalamalıdır

03 Mart 2025 01:15see141

Model alışdı, dördotaqlı ev külə döndü

02 Mart 2025 19:06see139

Baş katib Ukraynada atəşkəs hazırlığına çağırış edib

03 Mart 2025 00:13see130

Miroslav Kloze: “Mahirə qarşı kin saxlamıram”

03 Mart 2025 01:39see129

Nüvə təhlükəsi azalır, amma Rusiyanın Avropa ilə müharibə riski artır

03 Mart 2025 00:26see125

ABŞ Ukrayna ilə nadir torpaq metalları üzrə müqaviləni imzalayacaq? Nazirdən AÇIQLAMA

03 Mart 2025 09:41see122

Londonda Ukrayna üzrə Avropa Zirvə Toplantısı başlayıb

02 Mart 2025 19:01see121

Buz bağlayan şəlalələr Nağıllar dünyasına bənzəyən Laza kəndi

03 Mart 2025 01:13see121

Tez hazırlanan sıyıq və pürelərin sağlamlığa TƏHLÜKƏSİ KONKRET

02 Mart 2025 19:41see121

Maskın ixtisar etdiklərini Moskva ilə Pekin TOPLAYIR

03 Mart 2025 14:36see121

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 4 kq tiryək və marixuana aşkarlanıb

03 Mart 2025 14:34see121

“Barselona” mövsüm sonuna qədər doğma stadiondan məhrum qalacaq

04 Mart 2025 00:58see119

Ceyhun Bayramov Qui Yeop Son ilə görüşüb

03 Mart 2025 21:27see118

Messi niyə son matçda oynamayıb? Baş məşqçisi səbəbi dedi

03 Mart 2025 13:31see116

Bakıda şəhidin ailə üzvləri faciəli şəkildə HƏLAK OLDULAR

03 Mart 2025 23:41see115

Emosional sarsıntılar və çaşqınlıqla üzləşməyə hazır olun...

04 Mart 2025 02:00see115

ABŞ ağac məmulatlarının idxalına əlavə gömrük rüsumunun tətbiqinə hazırlaşır

02 Mart 2025 17:43see114

Volodimir Zelenski Kral Çarlsla görüşdü

03 Mart 2025 00:21see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri