Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Avtobus sürücüsü, fəhlə, səyyar satıcı Şener Şen necə türk kinosunun zirvəsinə qalxdı?

Avtobus sürücüsü, fəhlə, səyyar satıcı Şener Şen necə türk kinosunun zirvəsinə qalxdı?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün məşhur türk aktyoru Şener Şenin doğum günüdür.

Kulis.az aktyor haqqında materialı təqdim edir.

Türkiyənin məşhur komediya aktyoru Şener Şen 26 dekabr 1941-ci ildə o vaxtlar dülgərlik edən məşhur aktyor Ali Şenin oğlu olaraq dünyaya gəlib. Şener müsahibələrinin birində ailəsi, uşaqlıq illəri və İstanbulda yaşadığı ilk vaxtlar haqqında deyirdi: “Əsl türk ailəsi idik, amma aşağı təbəqədən... Adanadan İstanbula gəlib o vaxtlar hələ yeni formalaşan Zeytunburnuna köçmüşdük. Hər tip insanla bir yerdə yaşamışam. Yəni bir az “gecəqondu” uşağıyam. Gecəqondularda böyümüşük. Uşaqkən döyülmüşük. Döyülmək o dövrdə təhsil sayılırdı, bizsə döyülməyimizin fərqində deyildik. Çünki hər kəs döyülüb məktəbə gəlirdi”.

***

Şener Şenin məktəb illərində atası artıq aktyor idi. Şener məktəbi bitirdikdən sonra atasının istəyi ilə müəllim olmağa qərar verib. Əvvəl İzmitdə, sonra Malazgird bölgəsinin ən ucqar kəndində müəllimlik edib, bir müddət sonra isə müəllimlikdən çıxıb teatra atılmağa qərar verib. Müəllimlik karyerası cəmi 3 il davam edib. Atası onun bu fikrinə qarşı çıxsa da, o, dediyindən dönməyib.

İstanbul Şəhər Teatrına gedib, amma orada iş tapa bilməyib. Ona deyiblər ki, ancaq bir tamaşada əsgər kimi 20 epizod rol ifaçısından hansısa xəstələnərsə, onun yerinə səhnəyə çıxa bilər. Şener bu təklifə çox sevinib və teatra qədəm qoyub. Bu arada o, pul qazanmaq üçün səyyar satıcı, şərf satıcısı kimi işlərdə çalışıb. Şərf satdığı ilk gün polis tərəfindən saxlanılıb. Sonra sürücülük vəsiqəsi alaraq, Kasımpaşa-Eminönü xəttində avtobus sürücüsü kimi çalışıb. Daha sonra sap zavodunda iki il fəhlə işləyib. Və hər gün epizodik rollarda çəkilən aktyorlardan xəstələnən varmı deyə teatra ayaq döyüb. Məhz bu hərəkəti teatr müdirinin xoşuna gəlib və Şener Şen 1966-67-ci illərin teatr sezonundan etibarən İstanbul Şəhər Teatrında işləməyə başlayıb.

Sənət həyatına İstanbul Bələdiyyəsinin Şəhər Teatrında səhnəyə çıxmaqla başlayıb. Atası kimi kino aktyoru olmaq istəməyən Şener özünü teatr səhnəsində sınayıb. Amma teatrdan əldə etdiyi qazanc onu qane etmədiyindən filmlərə çəkilməyə məcbur olub. Teatrdan əlavə, dublyajdan tanıdığı rejissorlara “Epizodik rollar olsa, məni də çağırın, amma bir şərtim var, qonorarımı həmin gün verin” - deyib. Şener ilk dəfə 1967-ci ildə çəkilən “Saxta qızlar” filmində rol alıb. Filmlərə çəkildiyi ilk vaxtlarda epizodik rollar da daxil olmaqla hər işi görüb. 5 il ərzində o, bəzi filmlərdə ancaq rəqs edib, ya da baş qəhrəmanların döyüş səhnələrində rol alıb.

1971-ci ildə o, atasıyla birgə “Qızıl şahzadə nəhənglər ölkəsində” adlı filmdə oynayıb. 1984-cü ilə qədər ikinci dərəcəli rollarda yer alıb. Daha sonra onun baş rollara çəkilməsi məsələsi gündəmə gəlib. Amma Kamal Sunal və İlyas Salmanla birlikdə çəkildiyi filmlərdə saxtakar, dələduz obrazlarını canlandıran Şener bu dəfə xalqın istəyini yerinə yetirməyib. “Onların istədiyini etməyəcəm, baş rolda çəkilsəm, mənim istədiyim olacaq” - deyərək Başar Sabuncunun ”Namuslu” adlı filmində ilk dəfə baş rola çəkilib. Filmdə canlandırdığı Əli Rza bəy obrazı əvvəlkilərdən fərqli olaraq işini sevən bir insan idi. O, “Namuslu” filmi sayəsində saxtakar obrazlarıyla vidalaşaraq saf, təmiz ürəkli insanları canlandırmağa başlayıb.

Ertem Eğilmezin bu filmə görə ona “Əgər film məşhurlaşmasa, həyatın başlamadan bitəcək. Bir də bu cür fürsət əlinə düşməz. Amma insanların istədiyi rolları oynasan, ildə beş-altı filmə çəkilib yaxşı pul qazana bilərsən” - deyib, buna baxmayaraq “Namuslu” filmi o ilin ən yaxşı filmi seçilib və Şener Şenin film karyerasında ikinci pərdə açılıb. O, 1993-cü ildə “Amerikalı” adlı filmdə çəkilib. Bu film Amerikada varlanan türk iş adamının başına gələn hadisələrdən bəhs edir. Nesli Çölgeçin “Züğürt Ağa” filmində saf kənd ağasını, “Milyarder” filmində lotereyadan böyük məbləğdə pul udan stansiya müdirini, “Muhsin Bəy” filmində şöhrət qazanmaq istəyən gəncə yardım edən məmur rolunu canlandırıb. Ertem Eğilmezin sonuncu filmi olan və türk tamaşaçılarının kinoteatrlarda tənqid etdiyi “Arabesk” adlı filmdə baş rolları Müjde Arla paylaşıb.

1996-cı ildə türk kinosunda inqilab sayılan “Eşkıya” filmində Uğur Yücellə birlikdə rol alıb. Bu film o dövr üçün 2,5 milyon tamaşaçını bir araya gətirərək rekorda imza atıb.

Şener bu filmdə 20 il sonra ilk dəfə öz ölkəsinə qayıdan türk iş adamı Şərəfi canlandırıb. O, 2000-ci ildə ekranlara çıxan “İkinci Bahar” adlı teleserialda da rol alıb. 2004-cü ildə “Ürək Yarası” adlı filmə çəkilib. Yavuz Turqutun rejissorluğu ilə çəkilən filmdə təqaüdçü müəllim olan Nazim obrazı ilə 42-ci “Qızıl Portağal” festivalında “Ən yaxşı kişi aktyor” mükafatını alıb. Aktyor 2007-ci ildə ssenari müəllifi Yavuz Turqut, rejissoru Ömer Varqın olan “Kabadayı” filmində də oynayıb. Onunla yanaşı, Kenan İmirzalıoğlu, Aslı Tandoğan və Rasim Öztekin kimi məşhur sənətçilərin də rol aldığı bu filmə kassalarda 10 milyon dollarlıq bilet satılıb.

2010-cu ildə lentə alınan baş rollarını Çetin Tekindor və Cem Yılmazın paylaşdığı “Ov mövsümü” onun oynadığı son filmdir. Şener 2015-ci ildə “Aygaz otogaz” reklamı ilə yenidən ekranlara geri dönüb.

Çəkildiyi filmlərdən aktyora xeyli xatirələr qalıb. Bunlardan biri Kemal Sunalla birlikdə oynadığı “Davaro” filmindəndir. Rejissor çəkilişə başlamaq üçün “motor” deyir. Filmdə Kamal Sunalın Şener Şeni öldürməsi nəzərdə tutulur. Şener üzünü yuyur, o arada onu öldürməyə aparan Kamal Sunalın ona gülərək baxdığını görür və gülməyə başlayır. O illərdə filmlərin maliyyəsi yüksək olduğu üçün kadrlar təkrar çəkilmirdi. Buna görə Şener gülməyi keçənə qədər başını suyun altında tutub.

***

Şener Şenin ilk evliliyindən Bengü Şen adlı qızı dünyaya gəlib. İkinci dəfə 1989-cu ildə “Muhsin bey” adlı filmdə tanış olduğu Sermin Hürmereçlə ailə həyatı qurub. Ancaq bu evlilik də 1997-ci ildə ayrılıqla nəticələnib.

Şener Şen müsahibələrinin birində özü, ailəsi, rolları barədə danışıb:

- Atanız Ali Şen də aktyor idi.

- Atamın əsl sənəti dülgərdir. “Xalq evləri” dövründən xəbəriniz olar, o vaxt xeyli dərnək açılmışdı. Atam teatr dərnəkləri üçün dekor hazırlayarkən teatrla da maraqlanmağa başlayıb. Demək, xüsusi istedadı varmış. Adanada onu məşhur aktyor kimi xatırlayırlar. İstanbula köçəndən sonra həm dülgərlik, həm də teatra davam edib. Bunlarla yanaşı, sap zavodunda usta da işləyib. Adanadan tanıdığı Muammer Karaca da ona kömək edib. Daha sonra filmlərə çəkilməyə başlayıb.

- İlk tamaşanızı və rolunuzu xatırlayırsız?

- “Romeo və Culyetta” tamaşasında düşmən ailəyə mənsub insanlardan biri olmuşam və tək sözüm “Heyy, baxın, o burdadı” olub. Orda baş rolları Cüneyt Türel, Tijen Par bölüşürdü. Onlar haqqında “Bunlar əsl aktyordu” deyərək qibtə edirdim. Orda yüksəlməyim sürətlə baş verib. Qısa zamanda yaxşı rollarda oynamışam.

- Xeyli obraz canlandırmısınız, ən sevdiyiniz rol hansıdır?

- Mən həqiqətən rollarımı öz övladım hesab edirəm. “Namuslu”, “Eşkıya”, “Ürək yarası” və “Ov mövsümü” filmlərində obrazları özüm seçmişəm. Ona görə də maddi tərəfin mənimçün fərqi olmayıb. Bəzən pul üçün oynayıb, sonra da “o rol mənim övladımdır” deyirlər. Mənsə elə deyiləm. Əvvəlcədən pul danışmamışam heç vaxt. Ümumiyyətlə, hamı “Nə qədər pul alacam, çəkilişlər nə qədər davam edəcək” deyə soruşur. Mənim üçün bu, əsas olmayıb.

- Rədd edib sonradan peşman olduğunuz rol var?

- Yoxdur. Oynamadığım və sonradan uğur qazanan filmlər olub. Amma mən yenə də o filmlərdə oynamazdım. O rolu alan dostlar da məndən yaxşı oynayıb. Rol almağa qərar verəndə “Obrazın öhdəsindən gələ bilərəm, ya yox” deyə fikirləşirəm. Əgər o rol mənə görə deyilsə, qarşımdakına “Bu layihə tutacaq, ya yox, bilmirəm, amma mən bu rolda uğurlu ola bilmərəm” deyirəm. Bəzən məni fikrimdən döndərmək üçün o qədər rollar yazılıb ki... Bu işi, adətən, belə də edirlər, obrazı şişirdirlər və fikirləşirlər ki, aktyor bu təklifə yox deməz. Amma film özü boşdur. Mən ssenarini oxuyanda artıq filmi görürəm. Adətən, təxminlərim düz çıxır.

- Xarici aktyorlardan ən çox kimi bəyənirsiz?

- Bütün yaxşı aktyorlara marağım var. Ad çəkmək lazımdırsa, Tom Henksi deyə bilərəm.

- Bəs bir aktyor kimi necə bir gələcək təsəvvür edirsiniz?

- Dünyada geri qayıdış mümkün olmayıb. Hələ də ümidlərimizin olduğunu düşünərək, ümidlənmək istəyirəm deyim qısaca.

Postmodern poeziyanın ən kədərli sızıltısı - Xoşbəxt olmaq istəyənlər üçün yazılan kitab haqqında İlin son “Ulduz”u işıq üzü gördü “Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin ikinci mərhələsi başa çatdı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Dekabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see335

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see203

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see199

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see183

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see169

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see165

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see158

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see155

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see150

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see150

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see148

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see141

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see141

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see140

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see140

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see138

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see137

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri