Icma.az
close
up
RU
Avtobuslarda qiymət qalxdı: Keyfiyyət nə zaman qalxacaq?

Avtobuslarda qiymət qalxdı: Keyfiyyət nə zaman qalxacaq?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İctimai nəqliyyatda qiymət artımına  baxmayaraq, xidmətin keyfiyyətində ciddi problemlər hələ də qalmaqdadır.

Vətəndaşlar bildirirlər ki, günün müxtəlif saatlarında dayanacaqlarda uzun müddət avtobus gözləməli olurlar, gələn avtobusların isə əksəriyyəti artıq dolu olur. Bu isə insanların gündəlik işlərinə vaxtında çatmasını çətinləşdirir.

Nəqliyyatda niyə keyfiyyət məsələsinə  diqqət yetirilmir? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, zaman-zaman keyfiyyətdə artımı olacaq, amma o qədər də böyük keyfiyyət dəyişikliyi olmayacaq:

“Keyfiyyət məsələsinin bir anda yüksəlməsi mümkün deyil. Qiymət artımının da keyfiyyətə təsiri müəyyən vaxt çəkəcək. Yəni 10 qəpik qiymət qalxdısa, dərhal avtobusların sayı çoxaldı, tıxaclar azaldı, gecikmələr aradan qalxdı kimi gözlənti doğru deyil. Zaman-zaman keyfiyyətdə artımı görəcəyik, amma o qədər də böyük olmayacaq. Nə qədər ki, zolaqlar çoxalmayıb, avtobusların tıxacda ilişib qalmasını görəcəyik. Bunu qiymət artımı ilə əlaqələndirmək doğru deyil".

O deyib ki, keyfiyyətin artması kompleks tədbirlər nəticəsində həyata keçiriləcək:

"Bunun da bir hissəsi qiymət artımıdır. Cüzi şəkildə artım oldu, amma digər tədbirlər də kompleks şəkildə həyata keçirilməlidir ki, biz bunun effektini görək”.

Nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, bu, illərlə yığılıb qalmış problemlərdir:

“Elə deyil ki, sadəcə avtobus alındı, yaxud hansısa dəyişiklik edildi və problem birdən‑birə həll olundu. Bu, kompleks problemdir və kompleks yanaşma tələb edir. İctimai nəqliyyat bərabər-şaxəli platformadır. Bu platforma bir müstəvi kimi qəbul olunur və bildiyimiz kimi, bütün proyeksiyalar bərabər olmalıdır. Əks halda, birində axsama olsa, digərləri yüklənəcək. Bu yüklənmə isə mənfi nəticələrə gətirib çıxara bilər”.

Onun sözlərinə görə, problemlərin aradan qalxması üçün bərabər-şaxəli hərəkət olmalıdır:

“Halqa kimi baxsaq, zəif nöqtədə, yəni  istər avtobusda, istər metroda, istərsə də sərnişindaşımanın digər növlərində boşluq yaransa, əlaqə qırılır. Problemlərin aradan qalxması üçün  bərabər-şaxəli hərəkət olmalıdır. Əks halda problemlər birtərəfli olacaq və ya həlli vaxt aparacaq. Bu, bir-iki günün işi deyil. Aylarla davam edən nizamlanma prosesi tələb olunur və ümumi olaraq birgə addımlar atılmalıdır”.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri