Avtobusun arxasından sallanan uşaqlar TAPILDI DYP Şöbəsinə çağırıldılar FOTO VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sumqayıt şəhərində bir qrup gəncin buzlu hava şəraitində hərəkətdə olan avtobusun arxa hissəsindən tutaraq sürüşməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli “Qafqazinfo”ya bildirib ki, həmin şəxslərin yetkinlik yaşına çatmadıqları müəyyən edilib və onlar valideynlərinin iştirakı ilə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət ediliblər.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və etdikləri hərəkətin insan həyatı üçün olduqca təhlükəli olduğu diqqətə çatdırılıb.
Valideynlərə isə övladları üzərində nəzarəti daha da artırmaq tövsiyə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 25 Fevral 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















