Icma.az
close
up
RU
Avtomobil sayında Gürcüstan SSR dən geri qalan Sovet Azərbaycanı FOTO

Avtomobil sayında Gürcüstan SSR dən geri qalan Sovet Azərbaycanı FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

XX əsrin ilk illərində Avropada avtomobillər artmağa başlayanda Çar Rusiyasında da bu möcüzəyə maraq artdı. Doğrudur, imperiyanın elitası avtomobilə maraq göstərsə də, onun geniş yayılmasında maraqlı deyildi. 

Avtosfer.az xəbər verir ki, bu dövrdə sürətlə inkişaf edən Bakı quberniyasının yollarında da ilk avtomobillər peyda olmağa başladı. Lakin avtomobil hər kəsin ala biləcəyi məhsul deyildi. Sovet işğalınadək Azərbaycanda cəmi 36 ədəd avtomobil vardı.

SSRİ-nin tərkibinə “daxil olduqdan” sonra Azərbaycanda da avtomobillər tədricən artmağa başladı. İlk illərdə Sovet ittifaqında istisnasız olaraq yük avtomobilləri istehsal edilirdi. 30-cu illərin ortalarından minik avtomobillərinin də istehsalı başlandı.

Lakin avtomobillər sırf müəssisələr üçün idi, alqı-satqı predmeti deyildi. İkinci dünya müharibəsindən sonra bu sahədə yumşalma baş verdi. 16 may 1947-ci ildə əvvəlcə Moskva və Leninqaradda (indiki Peterburq), sonra isə digər böyük şəhərlərdə minik avtomobillərinin satışına icazə verildi. Satışları Qlavvavtoselmaşsnab” adlı qurum həyata keçirirdi. Həmin ildə Tiflisdə 94, Bakıda 84, İrəvanda isə 80 minik avtomobili satılmışdı. Bütün avtomobillər “Moskviç” markalı idi. Bu da bir daha göstərir ki, avtomobil məsələsində Sovet dövründə də Gürcüstandan geri qalmışıq. Bu gerilik SSRİ-nin süqutunadək davam etdi. 

Ölkənin çox hissəsində insanlar qanuni yolla maşın ala bilmədikləri üçün SSRİ Nazirlər Soveti 1 il sonra “Minik avtomobillərinin satışının təşkili barədə Qərar” qəbul etdi. Qərara əsasən 12 böyük şəhərdə avtomobil satışı mərkəzləri açıldı. Qafqazda bu mərkəzlərin açıldığı şəhərlər Bakı və Tiflis idi. Həmin il sovet vətəndaşları 6500 ədəd “Moskviç” və 900 ədəd “Pobeda” aldılar. 

Təbii ki, pulu olan hər kəs maşın ala bilməzdi. Bunun üçün aylarla davam edən növbələr vardı. Maşın alanları isə NKVD daim izləyirdi. 1954-cü ildə Tiflisdə növbəyə 2800 nəfər, Kiyev və Riqada təxminən 2000 nəfər, İrəvanda 1200, Bakıda 800 nəfər yazılmışdı. Bu da bir daha göstərir ki, kiçik Tiflis şəhəri nəinki qonşularını, hətta Riqa kimi cəmi 20 il əvvəl sovetləşmiş şəhəri, nəhəng Kiyevi geridə qoymağı bacarıb. Söhbət kiyevlilərin, yaxud riqalıların bacarıqsızlığından deyil, diskriminasiyadan gedir. Axı Stalinin ölümündən heç bir il keçməyib!

Lakin bütün sovet məkanında olduğu kimi, Azərbaycan SSR-də də şəxsi avtomobili almaq və saxlamaq çox çətin idi. Ən ciddi problem ehtiyat hissələrinin yoxluğu idi. Bundan əlavə, ehtiyat hissəni yalnız avtomobilin sahibi ala bilərdi. Satılan detallar hamısı uçota alınırdı. Bu yersiz qayda 70-ci illərdə aradan qalxdı, daha doğrusu tətbiq edilmədi. Qayda formal olaraq SSRİ-nin süqutunadək qüvvədə qaldı. 

70-80 il əvvəl Azərbaycan SSR-də avtomobil sayının azlığını yalnız Qafqazın sayca ən böyük xalqı olan azərbaycanlılara qarşı mütəşəkkil diskriminasiya ilə izah etmək olar. Bu diskriminasiya yük avtomobilləri və traktorların da bölgüsündə özünü göstərirdi.
Azərbaycanda avtomobil texnikasının sürətlə artımı 70-ci illərdə baş verdi. Bu artımın kimin zəhməti heseabına baş gəldiyi də hamıya məlumdur.

Vüqar Yaşaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 İyun 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see217

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see210

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see191

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see182

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see174

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see165

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see158

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see146

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri