Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Bu rayona yeni polis rəisi təyin edildi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Liqa 1: Marsel darmadağına sevindi

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

Ay Lolo nu bir də belə dinləyin Nənələr imiz haqqında BİLMƏDİKLƏRİMİZ VİDEO

Ay Lolo nu bir də belə dinləyin Nənələr imiz haqqında BİLMƏDİKLƏRİMİZ VİDEO

Lent az saytına istinadən Icma.az xəbər verir.

Lənkəranın limonu, çayı, bir də "Nənələr" qrupu... Bu qrup o qədər tanınıb, sevilib ki, artıq Lənkəranın simvollarından birinə çevrilib, ikonlaşıb. Boşuna "ikonlaşıb" demirəm. Yadımdadır, 2 il əvvəlin yazında Lənkərana gəlmişdim. Hansı bölgəmizə getsəm, ilk gəzdiyim yer həmin rayonun bazarı olur. Burada ən maraqlı insanları, obrazları görmək mümkündür. Bazarlar toplumun altşüurudur. Lənkəran bazarında gördüyüm ən maraqlı "məhsullardan" biri də nənələrin gipsdən hazırlanmış minimalist maketi idi.

Lent.az-ın əməkdaşı sizə APA TV-nin müxbirinin dilindən ordakıları nəql edəcək. Bu dəfə isə məhz "Nənələr"in özlərini görməyə gedirəm. Bu il onların 55 illik yubileyidir. Reportaj hazırlayacağımızdan əvvəlcədən xəbərləri var idi. Maşının üzərindəki "APA TV" loqosu və əlimizdəki texniki avadanlıqlardan bizi tanıyırlar. Qızbəs nənə bir əlində qaval, digər əliylə bizi salamlayır:

- Xoş gəlmisiz, həmişə siz gələsiniz!

Yenə eyni geyimdə, eyni sıra ilə düzülüblər. Bu sıra ardıcıllığı heç vaxt dəyişmir. Daha əvvəl də onlar haqqında hazırlanan reportajları izləmişəm. Hamısında sıra eynidir - Qızbəs Əhədova,  Gülbəzək Kərimova, Rübabə Kərimova, Zibər Məmmədova, Bacıgül Məmmədova, Şərəf Məmmədova.

Aralarında ən yaşlısı Xanımbacı nənənin 91 yaşı var. Qızbəs nənə deyir ki, Xanımbacı nənə səhhətiylə əlaqədar səhnələrə çıxa bilmir.

"Nənələr" qrupunu həmişə "Ay Lolo" mahnısı ilə xatırlayıram. Mənə elə gəlir ki, bu mahnıdakı "qızıl üzük laxladı" (Ay lolo, qızıl üzük laxladı. Ay lolo, verdim, anam saxladı) ifadəsi azyaşlı qızların ərə verilməsinə bir işarədir. Qız o qədər balaca olur ki, nişan üzüyü barmağına böyük gəlir və düşüb itməsin deyə, saxlamağı üçün anasına verir.

Qrup ilk dövrlərdə özünü "Bacılar" adlandırıb. Yanaqları şaftalı çəyirdəyi kimi qırışmış Qızbəs nənə indi bizə daha ətraflı danışacaq:

- Bu qrup yarananda balaca idik. Kənddə toy, xınayaxdı olanda bizi aparırdılar. 4 bacı idik. Sonra Şövkət xanım bir toyda bizi görüb bəyəndi. Dedi, sizi göydə axtarırdım, yerdə tapdım. Bizi Bakıya, başqa şəhərlərə apardı.

Yadıma gəlir, 2012-ci ildə ruslar öz "Nənələr"ni "Eurovision" mahnı müsabiqəsinə çıxarmışdılar. Açıq desəm, rus "babuşka"larının bizim "nənə"lərdən heç bir üstün özəlliyi yox idi. Hətta milli köklərə söykənən "Lənkəran Nənələr"i daha maraqlı və yaradıcıdılar.

Qrupun üzvü Rübabə Kərimova deyir ki, məqsədimiz adət-ənənələrimizi uşaqlara, qız-gəlinlərimizə ötürməkdir:

- Biz bu adət-ənənələri qoruyub saxlayırıq.

1997-ci ildə "Bacılar" dönüb "Nənələr" oldular. Bəli, Qızbəs nənə özü deyir:
- Heydər Əliyev qatarla gəlmişdi. Stansiyadan düşəndə insan əlindən yer yox idi. Mən ona gül verdim. Bizimlə görüşdü və "Nənələr" adı verdi. 

Qrup Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda keçirilən konserlərdə də iştirak edib. "Nənələr"in Zibər Məmmədovası deyir ki, Şuşa, Laçın, Ağdamda olmuşuq və gözəl təəssüratlarımız var. 

İndi öyrənirəm ki, oxuduqları mahnıları "Nənələr" özləri yazırlar. Həqiqətən, o mahnıların sözləri, ifadə tərzləri o qədər təmiz və sadədir ki, onları oxuduqları folklor mahnılarından ayırmaqda çətinlik çəkirəm. Bunu öyrənəndən sonra "Nənələr" mənə oxuduğum nağıllarda nəvələrinə özlərindən şeirlər, bayatılar qurub-qoşan nənə obrazlarını xatırladır. Geyimləri, hərəkətləri bu obrazı tamamlayır.

Şərəf Məmmədova bu qrupdakı ilk konsertindən danışır:

- İlk dəfə bu qrupa qoşulanda Novruz şənliyi keçirilirdi, biz prezident İlham Əliyevin qarşısında oxuyurduq. İlk konsertim belə olub. Çox həyəcanlı idim. 

Bacıgül Məmmədovanın isə arzusu "Nənələr"ə qoşulmaq imiş:

- Çox istəyirdim nənələrə qoşulum. Şükür Allah indi onlarla oxuyuram...

Son olaraq onlardan mahnı oxumalarını xahiş edirəm. Yenə eyni sıra ilə düzülürlər. Qızbəs nənə əlindəki qavala vurmağı ilə "Ay Lolo" mahnısını oxumağa başlayırlar. Oxuya-oxuya gah sağ, gah sol tərəfə dönüb əl çalırlar. 

Lənkəran uzunömürlülər diyarıdır. Onlara uzun ömür və hər zaman belə oxumaqlarını, qruplarına yeni nənələr qatmağı arzu edirik...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Mart 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see207

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see198

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see168

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see157

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

07 Noyabr 2025 23:49see140

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see133

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see132

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see132

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see129

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see129

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see126

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri