Icma.az
close
up
RU
Kosmetoloqda ayağına piy vurdurdu, 10 ay şikəst qaldı Şikayət Foto

Kosmetoloqda ayağına piy vurdurdu, 10 ay şikəst qaldı Şikayət Foto

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


Bakı şəhər sakini Zarina Minkovskaya onun həyata keçirdiyi prosedurdan sonra sağlamlığında ciddi problemlər yarandığına dair Bakupost.az -a şikayət edib.

"Medicina" xəbər verir ki, Z.Minkovskayanın sözlərinə görə, 5-6 il əvvəl o, İnstagramda Gülsüm Əliyevanın reklamını görüb:

"Mən ona müraciət etdim və o zaman 1000 manat məbləğində prosedur olundu. 2024-cü ildə yenidən Gülsüm Əliyevaya ayaqlarıma prosedur etdirdim. Bu dəfə 1300 manat xərcim çıxdı. İkinci prosedur zamanı dedi ki, biz artıq gellə işləmirik, piylə işləyirik, qarın nayihəsindən götürüb köçürürük. Mən soruşdum ki, bu, reaksiya verməz, axı siz əvvəl geldən istifadə etmisiz? O dedi ki, heç bir problem olmayacaq, çünki artıq ayaqlarında gel qalmayıb. Mən də ona inandım. Gəldim və o, proseduru icra etdi. Onu da deyim ki, onlar pulu kassa vasitəsilə deyil, kartdan-karta aldılar. Bu təqribən 2024-cü il martın sonlarında, təkrar korreksiya isə səhv etmirəmsə, mayın 17-də oldu".

Şikayətçi deyir ki, təkrar korreksiyadan sonra ağrıları başlayıb:

"Mən bu barədə Gülsüm Əliyevaya dedim. O bildirdi ki, bu normal haldır, sən görünür, ayaq üstə çox dayanırsan, ona görədir, keçib gedəcək. Ancaq mənim vəziyyətim pisləşdi, ağrılarım daha da artdı. Prosedur olunan və iltihab prosesi başlayan nayihədə temperatur artdı. Yenə onunla görüşdük. Dedi ki, mən Türkiyəyə gedirəm. O, vaxtaşırı oraya işləməyə gedirdi. Mənə 5 günlük sistem və antibiotiklər təyin etdi. Müalicənin birinci günü antibiotiki qəbul edəndən sonra ayağım şişdi. Hətta ayağa qalxa bilmirdim. Gülsüm Əliyeva artıq Türkiyədə idi, mən ona zəng etdim ki, yerimdən qalxa bilmirəm, ayağım tamam şişib. O dedi ki, qorxma, antibiotikləri qəbul et, sistemi köçür, keçəcək. Yenə antibiotik qəbul etdim və səhəri bir az yüngülləşdim. Gəzirdim, amma axsayırdım. 5 gün həmin müalicəni etdim.

Ondan sonra o gəldi və iyunun 27-də mən onun yanına getdim, skalpellə ayağımı deşdi. Yaradan xeyli irin axdı. O, yaranı yudu və dedi ki, söz verirəm, 10 günə keçəcək. Amma üstündən 3-4 ay keçdi, xeyri olmadı. Hər dəfə söz verirdi ki, keçəcək, olmurdu".

Z.Minkovskaya deyir ki, beləcə 5 ay davam edib və o, nəyinsə qaydasında olmadığını başa düşüb:

"Ona görə də başqa klinikaya gedib UZİ etdirdim. Orda həkimlər öz aralarında danışanda eşitdim ki, maye böyük venaya keçib və ayağımla yuxarı qalxıb. Dedilər ki, hər iki ayağımdan geli təcili təmizləmək lazımdır. Çünki artıq sağ ayağımda da sol ayağımda olduğu kimi, iltihab başlayacaqdı. Elə də oldu, 8 aydan sonra - yanvarda sağ ayağımda da iltihab başladı. Mən zəng edib Gülsüm Əliyevaya ikinci ayağımda da iltihab yarandığını dedim. Bildirdim ki, həkimlər deyir, oradan geli çıxarmaq lazımdır. Dedi ki, yox, lazım deyil, keçəcək. Ona ayağımda yaranan qırmızı ləkənin fotosunu göndərdim. Dedi ki, bu, yəqin allergiyadır, 3-4 günlük antibiotik yazıram, tezliklə keçəcək. Mən yenə antibiotik qəbul etdim və onun dediyi həkimin yanına getdim. Çünki o dedi ki, mən cərrah deyiləm, sadəcə estetik prosedurlar edirəm, müalicə ilə məşğul olmuram. Mən aylarla həkimə getdim və buna görə bütün xərcləri özüm ödədim. Halbuki bütün bunlara qədər başqa həkimlər mənə UZİ etdirmək və drenaj qoydurmaq məsləhət görmüşdü.

Demişdilər ki, bu yolla yara təmizlənəcək. O yenə demişdi ki, bunlara ehtiyac yoxdur, prosedurdan xeyli vaxt keçib, artıq orada demək olar ki, gel qalmayıb, sadəcə, vaxt lazımdır, sağalacaq".

Şikayətçinin sözlərinə görə, onun ayağındakı yara nəinki sağalmayıb, əksinə əvvəlki yara da açılmağa başlayıb:

"Ona görə də digər klinikada mənə 9 dəfə drenaj qoydular və oradan gel axdı. Peşəkər həkimin yanında 1 aylıq müalicədən sonra sağ ayağım bərpa olundu. Əgər mən ona inanmasaydım, sol ayağımı 10 ay müalicə etdirməzdim, daha tez sağalardım. Peşəkər həkimlər onu 1 aya sağaldardılar. İndi artıq gəzirəm, ağrı və axsama yoxdur. Müəyyən diskomfort qalıb. Bundan sonra necə olacaq, bilmirəm. Hələ də həkimlərə gedirəm. Sabah yenə həkimə gedəcəyəm. Çünki yara açıqdır və oradan maye axır.

Bütün bunlara görə mən iki ay yataq rejimində oldum, işimi itirdim, mənə xeyli maddi və mənəvi ziyan dəydi. Aylarla davam edən müalicə xərclərini özüm ödəmişəm və ödəməyə davam edirəm. Bütün bunlar azmış kimi, bu barədə sosial şəbəkədə yazandan sonra Gülsüm Əliyevanın direktoru olduğu "VMR Estetik" klinikası məndən polisə şikayət edib. Vəkilimlə birlikdə bu gün polisə gedəcəyəm. O, bir dəfə mənim yaramı yuyanda dəhşətli dərəcədə ağrıdırdı, ağlayır, qışqırırdım. Dedi ki, sən mənim pasiyentlərimi qorxudursan, belə etsən, daha sənə baxmayacam. Pasiyentlərlə düzgün davranmır. Onun prosedurlarından zərər çəkən digər pasiyentlər də var. Mən dəyən maddi və mənəvi ziyanın qarşılanmasını tələb edirəm".

Z.Minkovskaya onu da bildirib ki, məsələ ilə bağlı yanvar ayında Nərimanov rayon prokurorluğuna şikayət edib:

"Ancaq onlar günahlarını etiraf etmirlər. Ona görə də iş davam edir, hələlik yekun cavab yoxdur".

Məsələ ilə bağlı "VMR Estetik" klinikası ilə əlaqə saxlasaq da, suallarımıza Gülsüm Əliyevanın əvəzinə özünü klinikanın hüquqşünası kimi təqdim edən Seyid Həsənov cavab verdi.

O bildirdi ki, Zarina Minkovskayanın açıqlamalarının çoxu həqiqətə uyğun deyil:

“Gülsüm Əliyeva kosmetoloqdur, o, pasiyent üzərində heç bir cərrahi əməliyyat aparmayıb, prosedur edib. Biz bütün açıqlama, videogörüntülərlə bağlı aidiyyatı orqanlara müraciət etmişik. O xanımı öyrədiblər, məsələləri təhrif edir.

Səhiyyədə istənilən xidmətdə əks təsirlər ola bilər. Bu məsələdən ajiotaj yaratmaq lazım deyil. Xanıma yetərincə tibbi yardım göstərilib. O, həkimdən 15-25 min tələb etmişdi. Canlı yayımda isə 1500-ə düşdü. Pasiyentin ödəniş xərcləri Gülsüm Əliyeva tərəfindən qarşılanıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Yekun qərar çıxanda, təqdim edəcəyik”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 23 Aprel 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri