Icma.az
close
up
RU
Ayaqüstü yemək sağlamlığa zərər verir

Ayaqüstü yemək sağlamlığa zərər verir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Ekspertlər deyir ki, qida qəbulu zamanı oturaq vəziyyət vacibdir


Həkim-terapevt: “Tələsmədən, diqqətlə qidalanmaq həm bədəni, həm də ruhu qoruyur”


Oturaq halda, yarımoturaq, yoxsa ayaqüstə qidalanmaq, hansı daha faydalıdır? Bu sual indi müzakirələrə səbəb olub. Məsələ burasındadır ki, bir çox xalqlarda süfrəni yerdən açmaq, yaxud adına “dördayaq” deyilən alçaq masalar ətrafında əyləşmək ənənəsi var. Orta Asiyada indi də dəstərxan – yerə sərilən süfrə ətrafına toplaşmaq ənənəsi qalır. Türkiyənin bir çox əyalətlərində, o cümlədən Urfada bardaş qurub süfrə arxasında əyləşmək, eləcə də alçaq, dairəvi masalar ətrafında nahar etmək ənənəsi var. Televizora baxarkən, kitab oxuyarkən və digər əl işləri ilə məşğul olarkən bardaş vəziyyətini almaq yaxşıdır. Bardaşa öyrəşənə qədər kürəyinizi divara söykəyə bilərsiniz. Əgər kürək əzələləri ağrıyırsa, mütəmadi olaraq özünüzə rahatlamağa icazə verə bilərsiniz, amma sonra yenidən eyni vəziyyəti almaq lazımdır. Adına “yoqa” deyilən məşqlər sisteminə türk xalqları ta qədimdən bələd olub. Bardaş qurub əyləşmək yoqa sistemində də əsas hərəkətdir. Əcdadlarımız süfrəni yerdən sərərdi, bardaş qurub ətrafında əyləşərdi. Qədim təbiblər də yerdə əyləşib nahar etməyin faydalarını sadalamaqla bitirə bilməzdi. Onlar həzm prosesinin məhz  belə oturuş tərzi zamanı rahat olduğunu bildirirdilər. Bardaş qurmaq əzələləri möhkəmləndirir, çanaq-bud oynaqlarını stimullaşdırır. Bu oturuş tərzi həm də pelvik orqanların vəziyyətini yaxşılaşdırmağa kömək edir. Bardaş qurub oturmaq kürək və onurğa sütunu üçün də çox faydalıdır. Bunu neyrocərrahlar və ortopedlər də təsdiqləyir. 

İndiyədək tibb elmi əyləşərək qidalanmağın xeyirli olduğunu, ayaqüstü yeməyin ziyanlarını bəyan edirdi. Amma vəziyyət dəyişib deyəsən. Bəzi tədqiqatlar dayanıqlı masa arxasında qidalanmağın döş xərçəngi riskini azalda biləcəyi fikrini irəli sürür. “Medicina” xəbər verir ki, aparılan araşdırmalar daim oturanlarda, hər gün oturaraq çalışanlarda xərçəng riskinin iki dəfə çox olduğunu göstərir. Bristol Universitetinin tədqiqatçıları oturmuş şəkildə masada deyil, ayaq üstə işləməyin döş xərçəngi riskini azalda biləcəyini irəli sürüblər. Onlar fiziki fəaliyyətin və oturaq həyat tərzinin məhdudlaşdırılmasının bu onkoloji xəstəliyin riskini azaltdığına dair tutarlı sübutlar tapıblar. Bu araşdırma 130.000-dən çox qadının məlumatlarının təhlilinə əsaslanır. Bu, həyat tərzində kiçik dəyişikliklərin nə qədər vacib ola biləcəyini nümayiş etdirir. Tədqiqat müstəqil masaları tədqiq etməsə də, ofislərdə, xüsusən də bel ağrısı olan insanlar arasında daha çox yayılır. Böyük Britaniyada hər il təxminən 56.000 qadına yeni döş xərçəngi diaqnozu qoyulur. Döş xərçəngi xərçəngin dördüncü ən ölümcül formasıdır və İngiltərədə hər il 11,500, ABŞ-də isə 42,000 insanı öldürür. Tədqiqatın müəllifləri fiziki hərəkətsizlik və oturaq davranışla əlaqəli genləri müəyyən ediblər.


Pediatr Günay Rəsulova isə uşaqların "W" oturuşu ilə bağlı valideynlərə xəbərdarlıq edib. Həkim bu cür oturuşun fəsadlarını belə izah edib: 

Bud və diz oynaqlarında həddindən artıq gərginlik. Oynaqlarda içəriyə dönmənin (internal rotation) güclənməsi, normal hərəkətin məhdudlaşması. Diz bağlarında boşalma, qeyri-stabillik yaranması. Ayaq əzələlərinin balanssız inkişafı, içəriyə dönmə və “çarpaz ayaq” (knock knees) formalaşması. Qamət pozğunluqları, bel ağrıları riskinin artması. 


Həkim-terapevt Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, fiziki aktivliyi bəzən yanlış olaraq qidalanmaya da aid edirlər. Fiziki aktivlik vacibdir. Ancaq bu, qidalanmaya aid deyil: 

seeBaxış sayı:167
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri