Icma.az
close
up
RU
AYİB bir neçə istiqamət üzrə Azərbaycanda layihələrə dəstək işlərini həyata keçirir MÜNASİBƏT BİLDİRİLDİ

AYİB bir neçə istiqamət üzrə Azərbaycanda layihələrə dəstək işlərini həyata keçirir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avropa Yenidənqurma və İnkişaf Bankı 1991 ci ildə yaradılmışdır. Azərbaycanda onların fəaliyyəti 1992 ci ildən başlıyır. Avropa Yenidənqurma və İnkişaf Bankı bir neçə istiqamət üzrə Azərbaycanda layihələrə dəstək işlərini həyata keçirir. Ümumi Azərbaycanda bu illər ərzində 4 milyarda yaxın investisiya yatırılıb və onlardan bankın verdiyi məlumata görə, 196 lahiyə maliyyələşdirilmişdir. Bu bank Avropanın ən iri banklarından biridir. Dünyanın 71 ölkəsində işləyirlər və ölkələr qruplara bölünüb. Azərbaycanın daxil olduğu ölkələr qrupunda Azərbaycan,Türkiyə, Moldova, Rumuniya və Qırğızıstan bir qrupda işləyirlər. Bu bankın böyük mütəxəssis potensialı var. Onlar hər ilin sonunda ölkədəki investisiya mühiti ilə bağlı hesabatlar açıqlayırlar, həm bərpa olunan enerji keçidlə bağlı, həm kənd təsərrüfatı sektorunda inkişafla bağlı, həm özəl sektorun inkişaf ilə bağlı, həm də Energetika Nazirliyində görülən işlərlə bağlı hesabatlar açıqlayırlar. Bu bankın Azərbaycanla işləməsi və dəstək verməsi kifayət qədər böyük bir işdir

Bankın həyata keçirdiyi layihələrin bir neçə istiqaməti var: Bərpa olunan enerji mənbələrinə (külək və günəş enerjisi), kənd təsərrüfatında innovativ layihələrə və xüsusilə özəl sektorun inkişafına dəstək göstərir. Bərpa olunan enerji sistemində həm layihələrin həyata keçirilməsi, həm də onların beynəlxalq bazarda satışına dəstək proqramları, Gəncə şəhərində küçələrin işıqlandırılması üzrə Qrant layihəsi ilə küçələrin işıqlandırılması işləri üzrə layihə və eyni zamanda Gəncə şəhərində məişət tullantılarının idarəedilməsi layihəsinin icrasına dəstək proqramları həyata keçirilib . Bu sözləri SİA-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Sadiq Həsənov deyib.

Onun sözlərinə görə, bank tərəfindən Azərbaycanın elektroenerji sektoruna texniki dəstək həyata keçirilib. Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edir. Rəsmi məlumatlara görə Azərbaycanda Avropa Yenidənqurma və İnkişaf Bankı bir neçə istiqamətdə işləyir. Niderlandın “Advision” firması ilə birlikdə Azərbaycanda Hidrogen enerjisinin istehsalı ilə bağlı təhlil işləri həyata keçirilmişdir. Hidrogen yaşıl enerji sayılır. Onun bir neçə istiqamətdə istehsalı mümkündür. Ən ucuz başa gələn sudan istehsalıdır və eyni zamanda metan qazından istehsal etmək mümkündür. Hidrogen istehsalı ilə bağlı bank tərəfindən bir çox dəyərli qiymətləndirmələr aparılmışdır. Hələlik hər hansı layihə həyata keçirilməyib ancaq qiymətləndirilmə nəticəsində hidrogen istehsalı potensialı yüksək qiymətləndirilib, ola bilərki, yaxın gələcəkdə belə layihələr həyata keçirilsin. Bərpa olunan enerji sektorunda, külək və günəş qurğularının quraşdırılması şəhərinin dəstək verir və bu bankın dəstəklərindən biri " Xızı Abşeron layihəsi çərçivəsində 240 meqavat gücündə olan Külək və Günəş Hibrid enerji stansiyasının quraşdırılması layihəsinə dəstəkdir”.

Ekspert həmçinin bildirir ki, həmin layihəyə Bank tərəfindən 100 milyon investisiya yatırılıb: “Azərbaycan "yaşıl enerji" siyasəti üzrə istiqamət götürmüşdür. 2030-cu ilə qədər ölkə üzrə istehsal olunan enerjinin 30 % qədəri yaşıl sektordan planlaşdırıldığına görə, bank bu istiqamətdə çox ciddi dəstəkl verməsi təqdirəlayiqdir. Ümumilikdə neft və qazın istehsalının azalması bərpa olunan enerji, xüsusilə külək və günəş enerji sektorundan elektrik enerjisinin istehsalının həcminin artması kifayət qədər ölkəmiz üçün böyük rəqəmdir və iddialı bir proyektlərdir. Elektrik enerjisinin xaricdə satılması üçün Avropa Yenidənqurma və İnkişaf Bankı Xəzər və Avropa arasında yaşıl dəhliz layihəsini dəstəkləyir və bu istiqamətdə texniki qiymətləndirmələr, onların satışının keçirilməsi istehsal olunması və bu kimi kommunikasiya işlərinin görülməsi üçün həm təhlil, eyni zamanda qiymətləndirmə işləri, layihələrin həyata keçirilməsini dəstəkləyir.. Layihələrin xüsusilə enerji sektorunda bərpa olunan enerjiyə keçidlə bağlı, kənd təsərrüfatı sektorunda özəl sektorun inkişafı ilə bağlı, hidrogen enerjisinin istehsalı ilə bağlı Bankın dəstəyi həddindən artıq vacibdir və son Energetika Nazirliyi ilə Avropa Yenidənqurma İnkişaf bankının vitse-prezidentinin görüşündə də bütün bu məsələlər görsənir ki, təhlil olunubdur və gələcək inkişafın perspektivləri yaxın perspektivdə 2030-cu ilə qədər və uzaq perspektivdə 2050-ci ilə qədər bir sıra layihələrin işlənməsini bir daha nəzərdən keçirilib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Aprel 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri