Icma.az
close
up
RU
Ayxan Abbasov: Hər matç finala bərabər olacaq

Ayxan Abbasov: Hər matç finala bərabər olacaq

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovun Sport24.az-a müsahibə verib.

- Qış fasiləsini dəyərləndirməyinizi istərdik. İstədiyiniz kimi hazırlıq keçə bildiz?
- Futbolçular istirahətdən gəlir deyə, bir qədər çətin olur. Ancaq bu, hər komanda üçün xeyirlidir. Mövsüm ərzində ağır oyunlar keçir. Futbolçularda psixoloji yorğunluq olur. İki həftə sürən fasilədə futbolçular istər-istəməz fiziki formadan düşürlər. Təlim-məşq toplanışında bunu aradan qaldrımağa çalışırıq. Hər şey qaydasındadır. Xırda zədələrimiz oldu. 5-6 gün vaxtımız var.

- Fasilədə cəmi bir futbolçunu "rənglərinizə bağladız". Qış "transfer pəncərəsi"nin sonuna qədər qədər düşərgəyə yeni futbolçu qoşulmaq ehtimalı var? 
- Yayda ayrılan büdcə ilə komandamızı formalaşdırmışıq və kimsə bizdən ayrılsa idi, nəsə fikirləşə bilərdik. Sənan Muradlını "Sumqayıt" yenidən qaytarmaq istədi, biz də problem yaratmadıq. Sənanın yerinə gənc futbolçu Ramiz Muradovu icarəyə götürdük. O da əvəzedicilər liqasında yaxşı mövsüm keçirir. Ümumiyyətlə, belə gənc futbolçulara şans vermək istəyirik. Çünki Rüfət Abbasov da "Neftçi"də əvəzedici heyətdə çıxış edirdi.

- Fasilə dönəmində millinin baş məşqçisi kimi Antalyaya da yollandız. Türkiyə səfəri ilə bağlı təəssüratlarınızı bilmək istərdik...
- Çox istərdim ki, bütün komandaları izləyim. Çox vaxtım olmadı. Köməkçilərim də orda idi. "Qarabağ"ın iki oyununa baxa bildik. "Zirə"nin, "Sumqayıt"ın yoldaşlıq oyunlarında yerli futbolçuları iş başında görmək imkanımız oldu. Renat Dadaşovla görüşdük, fikir mübadiləsi apardıq. Səfər səmərəli keçdi. Futbolçuların hazırkı durumunu izləmək xoş oldu.

- Fasilədən sonra ilk oyununuz "Qəbələ"yə qarşıdır. Gözləntiləriniz necədir?
- Qışdan sonra bütün oyunlar çətin keçəcək. "Qəbələ" yaxşı komandadır. Hər matç finala bərabər olacaq. Bunu futbolçulara bildirmişik. Tək "Qəbələ" ilə yox, bütün oyunlarda xal qazanmaq istəyirik.

- Millinin martda keçiriləcək oyunlarında yeni simalar görə bilərik?
- Hələ çempionat başlamayıb. Beynimizdə yeni futbolçulara baxmaq var. Bu onların marta qədər necə oynayacaqlarından sonra bəlli olacaq. Bəlkə də gözləmədiyimiz futbolçu daha yaxşı formada olacaq. Hər kəsi izləyirik.
- Bu gün "Qarabağ""Ayntraxt"la qarşılaşır. Bu oyundan gözləntiniz?
- "Qarabağ"a uğurlar arzu edirəm. Yoldaşlıq görüşlərindən sonra da gördük ki, futbolçular gümrahdır. İnanıram ki, "Ayntraxt"la oyunda yaxşı nəticə göstərib, pley-off şanslarını artıracaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sport24.az
archiveBu xəbər 21 Yanvar 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri