Ayxan Abbasov yığma ilə böyük uğura imza ata bilməz amma ən uyğun variant da elə odu...
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
DÇ-2026-ın seçmə mərhələsi başa çatandan sonra Azərbaycanda futbol ictimaiyyəti iki hissəyə bölündü – bəziləri Ayxan Abbasovun yığmada uğur qazanacağına inanır, bəziləri isə hər şeyə sıfırdan başlayıb, minimum 10 il hansısa uğur gözləməli olmadığımızı deyir.
Ayxan Abbasov yaxşı məşqçidi, indiki vəziyyətdə milli komanda üçün ən uyğun mütəxəssis də elə odu. Çünki Ayxan bəydən indiyə qədər işlədiyi komandalarda - istər “Zirə”də, istər “Sumqayıt”da, “Turan Tovuz”da, istərsə də “Şamaxı”da - dominantlıq, yüksək yerlər uğrunda oynamaq tələb olunmayıb. Bununla belə, çempionatda həmişə məharətini göstərə bilib. Həm futbolçu yetişdirmək baxımdan, həm də nəticə.
Qurban Qurbanov isə artıq dominantlığa öyrəşib, öyrəşdirib. Rəqibdən aslı olmayaraq, artıq dörd mövsumdü hər matçda öz sistemini tədbiq edir.
Amma Ayxan Abbasovun dediyi kimi, bu futbolçularla nə Avropa çempionatına getmək olar, nə də dünya. Deməli, problem baş məşqçidə deyil. Gerçəklik budu ki, hazırda bu ölkənin böyük uğurlar qazanmaq üçün materialı, futbolçu potensialı yoxdu.
Hər şeyə sıfırdan başlamaq lazımdı. Belçikanı yox, Özbəkistanı, ən pis halda Gürcüstanı özümüzə nümunə götürməliyik. Yaxın 10-15 ildə bizdən nə Eden Azar çıxacaq, nə də Kevin de Bruyne. Heç Jeremi Dokyu da.
Həqiqətən də səbrimizi basıb ən azı bir-iki nəsil sonranı gözləməliyik. Nə qədər ki, U-17, U-19, U-21 yığmalarımız Avropada adından söz etdirməyəcək, futboçularımız legioner kimi top-çempionatlarda olmayacaq, nəyəsə ümid etməyə dəyməz.
MÜZƏFFƏR QULUZADƏ
Baxış sayı:53
Bu xəbər 23 Noyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















