Azad torpaqlarda yaradıcılıq, dostluq və öyrənmə dolu 3 gün FOTO
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə “Türk Dünyası Mədəniyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilən “Türk törəsi - Füzulidə beynəlxalq yay məktəbi” layihəsinin son təlim günü böyük coşqu və ruh yüksəkliyi ilə keçib.
Modern.az xəbər verir ki, üç gün davam edən layihə çərçivəsində həm şagirdlər, həm müəllimlər üçün yaradıcı, sosial-emosional və mədəni inkişafı dəstəkləyən çoxsaylı təlimlər və fəaliyyətlər təşkil olunub.
Layihənin əsas məqsədi işğaldan azad edilən ərazilərdə yaşayan məktəblilərin yaradıcılıq, sosial və intellektual potensialının inkişafına dəstək olmaq, Türk dünyası ölkələrinin mədəniyyətini və ortaq dəyərlərini gənc nəslə tanıtmaqdır. Füzuli məktəbliləri bu günlər ərzində həm yeni dünyagörüşü bilikləri qazanıb, həm də komanda ruhunu, əməkdaşlıq və liderlik bacarıqlarını inkişaf etdiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 Oktyabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















