Icma.az
close
up
RU
Azadlığa, müstəqilliyə doğru gedən yol Yeni Gündəm

Azadlığa, müstəqilliyə doğru gedən yol Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat yayır.

Dünya tarixinə düşən 20 Yanvar faciəsindən 35 il ötür. SSRİ rəhbərliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını tapdalayaraq əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilən hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. 

Mövzu ilə əlaqədar fikirlərini bölüşən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, XX əsrdə millətimizə, xalqımıza, dövlətimizə qarşı çoxlu sayda müsibətlər, soyqırımıları, qırğınlar, hərbi cinayətlər törədilib:

“Bütün bunların baş verməsinin əsas səbəblərindən biri liderimizin, birliyimizin olmaması, bu cinayətləri törədən qüvvələrə qarşı güc tətbiq edə bilməməyimiz, qarşını almaq üçün öncədən hazırlıqlı, planlı ola bilməməyimiz idi. Buna baxmayaraq, xalqımız heç vaxt həqiqətdən üz döndərməyib, həmişə azadlıq uğrunda mübarizə aparıb. 20 Yanvar faciəsi də imperiya əsarətindən xilas olmaq, müstəqilliyini bərpa etmək istəyən bir millətə qarşı törədilmiş növbəti cinayətlərdən biri idi. Azərbaycan öz müstəqilliyini bərpa etmək, öz varlığını davam etdirmək istəyirdi. Təəssüf ki, Azərbaycan kimi strateji bir ərazini, dövləti itirmək istəməyən SSRİ, xüsusilə, bu imperiyanın başında duran Qarbaçov və onun hökumətində təmsil olunan şəxslər azərbaycanlılara qarşı silah tətbiq etməkdən çəkinmədilər, dinc sakinlərə qarşı ağır texnikalar işlədərək xalqın iradəsini qırmağa cəhd etdilər. Bununla da Azərbaycan xalqı İmperiyanın əsl simasını gördü. Anladı ki, əslində, uzun illərdir, inandıqları, xidmət etdikləri bu ideologiya azərbaycanlıların və Azərbaycanın müstəqil olmasını istəmir, azərbaycanlıları yanlış ideologiyaya vadar edir. Müstəqillik, azadlıq yolunda qorxmadan, çəkinmədən ölümün gözünə dik baxan Bakı sakinləri 20 Yanvar faciəsinin törədiləcəyinə həqiqətən inanmırdılar. İnanmırdılar ki, uzun illərdir, birlikdə yaşadıqları, İkinci Dünya müharibəsində “vətən” deyə mübarizə aparıb, azadlığı üçün çalışdıqları, birlikdə çiyin-çiyinə vuruşduqları hərbçilər onlara qarşı silah qaldıra bilərlər. Təəssüf ki, bu hadisələr baş verdi, çoxlu sayda şəhidlərimiz oldu. Xüsusilə, xalqın bu ağır, çətin günündə ulu öndər Heydər Əliyev özünə qarşı təqiblər olmasına, ev həbsində  olmasına baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi, dünya ictimaiyyətini azərbaycanlıların başına gətirilən müsibətlə bağlı xəbərdar etdi, onları Azərbaycana dəstək olmağa çağırdı. Xalqın yanında olduğunu hər kəsə göstərdi. Cənab Prezident İlham Əliyev də Ulu Öndərlə birlikdə idi. Nümayəndəliyə gəlmək, o cür çıxış etmək öz ölüm hökmünü vermək demək idi. Buna baxmayaraq, nə Ulu Öndər, nə də cənab İlham Əliyev ölüm və təqiblərdən çəkinmədilər. 20 Yanvar faciəsi törədildikdən sonra Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin Azərbaycanı bu bəlalardan xilas edəcəyini bilirdi, bunu istəyirdi. Təəssüf ki, o vaxtkı səriştəsiz rəhbərlik Heydər Əliyevə imkan vermədi ki, o, Azərbaycanın başına gətiriləcək növbəti müsibətlərdən xalqımızı və ölkəmizi qorusun. Bu səbəbdən sonradan həm torpaqlarımızın işğalına, həm də Xocalı faciəsinə, digər soyqırımılarına şahidlik etdik.  20 Yanvar faciəsi isə faktiki xalqın gözünü açdı. Azadlığa, müstəqilliyə doğru gedən yolda bu faciə əsas rol oynadı. Biz o vaxt birliyimizi, bərabərliyimizi qorusaydıq, səriştəsiz rəhbərlərə “yox!” deyərək ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirə bilsəydik, nə torpaqlarımız işğal olunardı, nə də 20 Yanvardan sonrakı müsibət və bəlalar başımıza gələrdi. Yenə də şükürlər olsun ki, nəhayət, xalq 1993-cü ildə özündə güc tapdı, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsini, müstəqilliymizin daimi, dönməz və əbədi olmasını təmin edə bildi. Ən əsası, Vətən ləyaqətli, ədalətli, şərəfli döyüşlər apararaq bizə qarşı törədilmiş bütün soyqırımı və müsibətlərin, o cümlədən 20 Yanvar faciəsinin qisasını aldıq. Şükürlər olsun, bu gün azad, suveren, müstəqil ölkənin vətəndaşlarıyıq. Artıq əminliklə bilirik ki, bir olmalı, həmişə birliyimizi qorumalı, liderimiz cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Allah bütün şəhidlərimizə, o cümlədən 20 Yanvar şəhidlərinə rəhmət eləsin. Bu hadisələrdən doğru nəticə çıxarmışıq. Bu gün üzərimizə düşən əsas vəzifələrdən biri gələcək nəsillərə, gənclərimizə başımıza gətirilən müsibətlərin əsl səbəbkarlarını, cinayətkarları tanıdaq, əsas səbəblərini düzgün aşılayaq. Xaricdə yaşayan azərbaycanlıların, diasporumuzun, lobbimizin dəstəyi ilə Azərbaycan tarixinin, həqiqətlərinin dünyaya çatdırılmasını davam etdirək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 18 Yanvar 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri