AZAL Bakı Naxçıvan marşrutu üzrə reysləri bərpa etdi
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.
Qeyd edilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.
Xatırladaq ki, ötən gün Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələri bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. Təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq olaraq 21:27 və 21:32-də uğurla eniş edib.
Bu mövzuda digər xəbərlər:AZAL ın Bakı Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub YENİLƏNİB
13 İyun 2026 10:30
Bakı Naxçıvan Bakı təyyarə reysləri bərpa EDİLDİ
09 Mart 2026 20:28
Bakı Naxçıvan Bakı marşrutu üzrə uçuşlar ləğv olundu
14 İyun 2026 14:14
Naxçıvan Bakı avtobus reysləri bərpa edilir
24 Fevral 2025 20:43
Bakı Naxçıvan reysləri dayandırıldı
13 İyun 2025 19:36
Baxış sayı:143
Bu xəbər 13 İyun 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















