Icma.az
close
up
RU
Azərbaycan Avropanın enerji xəritəsini yenidən çəkir

Azərbaycan Avropanın enerji xəritəsini yenidən çəkir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəzər qazının növbəti ünvanı Çexiya olacaq

Avropanın enerji xəritəsində çəkilən yeni cizgilərin müəllifi Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycandır. Bəli, Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəri, Prezident İlham Əliyev ilə keçirdiyi görüş və mətbuata birgə bəyanatlar fonunda ortaya çıxan fikirlər konkret strateji niyyətin ifadəsi kimi yadda qaldı. Çexiya hökumət başçısının Azərbaycanla qaz təminatı sahəsində uzunmüddətli müqaviləyə maraq göstərməsi Avropanın enerji təhlükəsizliyi gündəmində Bakıya olan ehtiyacın açıq etirafı oldu.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan artıq öz enerji resurslarını geniş coğrafiyaya ixrac edən və etibarlılığı ilə seçilən tərəfdaş kimi qəbul olunur. Bu gün Azərbaycan qazının 16 ölkəyə çatdırılması, onların 10-nun Avropa İttifaqı məkanında yerləşməsi ölkənin enerji diplomatiyasının miqyasını və gücünü nümayiş etdirir. Daha diqqətçəkən məqam isə odur ki, Çexiyanın qonşu dövlətləri artıq Azərbaycan qazından faydalanır və bu, rəsmi Praqa üçün yeni alternativlərin qapısını aralayır.

Səfər çərçivəsində keçirilən Azərbaycan–Çexiya biznes forumu isə iqtisadi münasibətlərin yeni mərhələsinin yeni müstəviyə keçidinin rəmzi oldu. Forumda səslənən fikirlər, aparılan müzakirələr göstərdi ki, enerji sahəsində əməkdaşlıqla yanaşı, sənaye, investisiya və texnologiya mübadiləsi üçün də müxtəlif imkanlar var. Azərbaycanın Çexiyaya artıq xam neft ixrac etməsi və bu ölkənin əsas tərəfdaşlardan birinə çevrilməsi iqtisadi münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir.

Ümumiyyətlə, Çexiya ilə Azərbaycan arasında münasibətlərin formalaşmasında iqtisadi münasibətlərin xüsusi rolu var. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu əlaqələrin əsas dayaqlarından biri kimi çıxış edir. Belə ki, 2024-cü ildə 814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi tərəfdaşlığın real nəticələrini ortaya qoyur. Çexiya Azərbaycanın əsas ixrac istiqamətləri arasında 6-cı yeri tutur, Avropa İttifaqı daxilində isə 4-cü pillədə qərarlaşıb.

Hazırda gündəlikdə ön planda duran məsələlərdən biri kimi energetika sektoru isə deyə bilərik ki, Azərbaycan uzun illərdir Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük alıcı mövqeyinə yüksəlib. Paralel olaraq, Çexiya tərəfi bərpaolunan enerji, enerji effektivliyi və hidrogen texnologiyaları sahəsində əməkdaşlığa maraq göstərir. Bu tendensiya əlaqələrin yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmadığını, daha innovativ və gələcəyə hesablanmış istiqamətlərə yönəldiyini göstərir.

Praktik müstəvidə də bu əməkdaşlıq konkret layihələrlə müşayiət olunur. Çex şirkətlərinin Azərbaycanda, xüsusilə də “yaşıl enerji” sahəsində artan iştirakı diqqət çəkir. Naxçıvanda 500 meqavat gücündə günəş enerjisi stansiyası layihəsində iştirak və hidroenergetika avadanlıqlarının təchizatı üzrə imkanların araşdırılması bu tərəfdaşlığın real nəticələrini əks etdirən nümunələrdəndir.

Pərviz HEYDƏROV,
enerji məsələləri üzrə mütəxəssis

Çexiya kimi Avropa ölkələrinin Azərbaycana ardıcıl və mütəmadi səfərləri təsadüfi xarakter daşımır. Bu marağın arxasında dayanan əsas amil enerji məsələsi, daha dəqiq desək, həmin dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycana duyulan ehtiyacdır. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa ciddi enerji çağırışları ilə üz-üzə qaldı. Bu vəziyyət Avropa ölkələrini Rusiyadan enerji asılılığını azaltmaq və alternativ mənbələr axtarmaq istiqamətində daha qətiyyətli addımlar atmağa vadar etdi.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Cənub Qaz Dəhlizi kimi iri enerji layihələrinin strateji əhəmiyyətini vurğuladıqda, bəzi dairələr bu təşəbbüslərə yetərincə dəstək vermirdi, hətta ölkəmizin kifayət qədər qaz ehtiyatına malik olmadığını iddia edənlər də az deyildi. Lakin zaman bu yanaşmanın yanlış olduğunu göstərdi. Hazırda Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir və onların 10-u Avropa İttifaqı üzvüdür. Bu coğrafiya ildən-ilə genişlənir. Çexiyanın qonşuluğunda yerləşən ölkələr artıq Azərbaycan qazından faydalanır. Belə bir şəraitdə Çexiyanın da bu resursa maraq göstərməsi və bunu ən yüksək siyasi səviyyədə ifadə etməsi tam məntiqidir.

Əslində, Çexiyanın Azərbaycan qazı ilə təmin olunması texniki baxımdan mürəkkəb proses sayılmır. Çünki qaz artıq region ölkələrinə çatdırılır və mövcud infrastruktur üzərindən onun Mərkəzi Avropaya yönləndirilməsi mümkündür. Burada əsas məsələ tədarükün həcmi və uzunmüddətli müqavilələrin təmin olunması ilə bağlıdır.

Bütün bu proseslər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirir. Eyni zamanda, ölkəmizin həm siyasi, həm də iqtisadi nüfuzu artmaqda davam edir. Bu gün Azərbaycan Avropa üçün sadəcə enerji təchizatçısı deyil, strateji əhəmiyyət daşıyan tərəfdaş kimi qəbul olunur və bu mövqe gələcəkdə daha da möhkəmlənəcək.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert

Əvvəla, Avropa İttifaqının üzvü olan Çexiyanın Azərbaycanla uzunmüddətli qaz müqavilələri əsasında “mavi yanacağ”ın idxalına maraq göstərməsi təqdirəlayiqdir. Çünki rəsmi Brüsselin, Avropa Komissiyasının üzv ölkələrə tövsiyəsi ondan ibarətdir ki, enerji daşıyıcılarının idxalı uzunmüddətli müqavilələr deyil, daha çox çevik və qısamüddətli kontraktlar əsasında həyata keçirilsin. Bununla belə, ötən il Almaniya Federativ Respublikası ilə Azərbaycan arasında 2035-ci ilin sonuna qədər qüvvədə olacaq 10 illik qaz alqı-satqı müqaviləsinin imzalanması da bu baxımdan mühüm nümunə kimi çıxış edir. Çexiyanın da oxşar maraq göstərməsi bu kontekstdə başa düşüləndir.

Xüsusilə nəzərə alsaq ki, Azərbaycan Şahdəniz yatağından sonra Abşeron layihəsinin növbəti mərhələsi çərçivəsində hasil olunacaq təxminən 4,5 milyard kubmetr qazı ixraca yönəltməyi planlaşdırır. Bunun yarısının Türkiyə bazarında satılması nəzərdə tutulsa da, qalan həcmlər Avropa bazarında satış üçün əlavə imkanlar yaradır. Məhz bu perspektiv fonunda ötən ildən etibarən Azərbaycan qazının Çexiyaya ixracı ilə bağlı danışıqlar aparılır. Lakin nə 2025-ci ilin rəsmi açıqlanan statistik göstəricilərində, nə də 2026-cı ilin yanvar–fevral aylarına dair məlumatlarda Azərbaycanın Çexiyaya qaz ixracı qeydə alınmayıb.

Bu da onu göstərir ki, tərəflər hələlik kommersiya razılaşmaları üzərində işləyirlər və hər iki tərəf prosesdə öz maraqlarından çıxış edir. Ümid etmək olar ki, yaxın perspektivdə ortaq məxrəcə gəlinəcək və Çexiyanın Azərbaycandan uzunmüddətli qaz tədarükü reallığa çevriləcək. Digər tərəfdən, Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin mühüm hissəsi Azərbaycanın enerji resurslarının ixracı hesabına formalaşır. Nəticə etibarilə, Çexiya öz xam neft tələbatının təxminən 42 faizini Azərbaycandan idxal etdiyi enerji resursları hesabına təmin edir və Azərbaycan bu ölkənin neft təchizatçıları arasında birinci yerdə qərarlaşıb. Bu da iki ölkə arasında enerji sahəsində formalaşan strateji əməkdaşlığın mühüm göstəricisidir.

Nurlan ABDALOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Aprel 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri