Icma.az
close
up
RU
Azərbaycan bank sektoru sabit fəaliyyətini davam etdirir

Azərbaycan bank sektoru sabit fəaliyyətini davam etdirir

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Həftəsonu Azərbaycan bank sektorunun 2026-cı ilin ilk altı ayı üzrə maliyyə göstəriciləri açıqlanıb. Açıqlanan rəqəmlər üzərindən bank sektorunun cari vəziyyətini mümkün qədər sadə dillə təhlil etməyə çalışacam.
Deməli, ilk diqqət çəkən məqam malyyə nəticələrinin yenə də məhdud sayda bankda cəmləşməsidir. Xalis mənfəət, əməliyyat mənfəəti, faiz gəlirləri və balans kapitalı üzrə bazarın ilk üç bankı açıq üstünlüyünü qoruyur. Təkcə xalis mənfəətə baxdıqda ilk üç bank birlikdə təxminən 540 mln manat mənfəət əldə edib. Dördüncü yerdə qərarlaşan bankın mənfəəti isə cəmi 34,5 mln manatdır. Bu fərq bazarda maliyyə nəticələrinin yüksək səviyyədə konsentrasiya olunduğunu göstərir.
Eyni mənzərə dövlət büdcəsinə ödənilən mənfəət vergisində də müşahidə olunur. İlk üç bankın ödədiyi mənfəət vergisinin ümumi məbləği 158 mln manatdan çoxdur. Bu isə sektorun həm mənfəətinin, həm də vergi yükünün əsas hissəsinin iri banklarda formalaşdığını göstərir.
Açıqlanan göstəricilər maraqlı bir məqamı da ortaya qoyur. Bankların gəlirləri ilə yekun maliyyə nəticələri hər zaman eyni istiqamətdə dəyişmir. Bəzi banklarda əməliyyat mənfəəti artsa da, xalis mənfəət eyni templə artmır, hətta azalır. Bunun əsas səbəblərindən biri risklər üzrə əlavə ehtiyatların yaradılması və digər maliyyə amilləridir. Yəni bankın daha çox gəlir əldə etməsi avtomatik olaraq daha yüksək xalis mənfəət demək deyil.
Digər tərəfdən, bəzi banklarda həm əməliyyat mənfəəti, həm də xalis mənfəət artıb. Bu isə göstərir ki, bankların maliyyə nəticələri yalnız gəlirlərin artımından deyil, risklərin idarə olunmasından, xərclərdən və digər amillərdən də asılıdır.
Xalis mənfəətin illik dinamikasına baxdıqda da banklar arasında ciddi fərqlər görünür. Məsələn, bəzi banklarda mənfəət əvvəlki ilin eyni dövrü ilə müqayisədə 130-150 % artdığı halda, bəzi banklarda 50 %-dən çox azalma qeydə alınıb. Bu da sektor ümumilikdə sabit görünsə də, ayrı-ayrı bankların maliyyə nəticələrinin eyni olmadığını göstərir.
Faiz gəlirləri isə bank sektorunun əsas gəlir mənbəyi olaraq qalır. Bu göstərici üzrə də bazarın aparıcı üç bankı lider mövqedədir. Bu mənzərə göstərir ki, Azərbaycan bank sektorunda gəlirlərin əsas hissəsi hələ də kreditlər və digər faiz gətirən aktivlər hesabına formalaşır. Qeyri-faiz gəlirləri artsa da, hələlik sektor üzrə ümumi gəlir strukturunu dəyişəcək səviyyədə deyil.
Əməliyyat xərcləri və balans kapitalı üzrə göstəricilər də iri bankların üstün mövqeyini təsdiqləyir. Daha geniş filial şəbəkəsi, daha çox müştəri bazası və daha böyük əməliyyat həcmi onların həm xərclərinin, həm də kapitalının yüksək olmasını şərtləndirir.
Ümumilikdə, 2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycan bank sektoru sabit fəaliyyətini davam etdirir. Bankların əksəriyyəti gəlirliliyini qoruyub saxlayıb, kapital mövqeyi güclü olaraq qalır və sektor üzrə ciddi maliyyə pisləşməsi müşahidə edilmir.
Bununla yanaşı, açıqlanan göstəricilər bank sektorunun qarşısında duran əsas məsələləri də göstərir. Maliyyə nəticəlrinin böyük hissəsinin məhdud sayda bankda cəmləşməsi, gəlirlərin əsasən faiz gəlirlərindən asılı qalması və banklar arasında maliyyə nəticələrinin kəskin fərqlənməsi gələcək dövrdə diqqət yetirilməli istiqamətlərdəndir.
Bir sözlə, 2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycan bank sektoru sabit inkişaf mərhələsindədir. Amma rəqabət mühitinin daha da gücləndirilməsi, gəlir mənbələrinin daha balanslı formalaşdırılması və qeyri-faiz gəlirlərinin payının artırılması sektorun uzunmüddətli inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Eldəniz Əmirov, iqtisadçı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 İyul 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri