Azərbaycan Basketbol Liqasında IX turdan təxirə salınmış daha iki oyun keçiriləcək
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Azərbaycan Basketbol Liqasında IX turdan təxirə salınmış daha iki oyun keçiriləcək.
"Report" xəbər verir ki, hər iki qarşılaşma B qrupunda baş tutacaq.
"Şəki" evdə "Gəncə"ni qəbul edəcək. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 14:00-da başlayacaq. "Gəncə" qrupda ikinci, "Şəki" isə üçüncü pillədə qərarlaşıb. Hər iki komandanın 16 xalı var.
Turun son matçı Sumqayıt Olimpiya İdman Kompleksində "Sumqayıt"la "Quba" arasında keçiriləcək. Qarşılaşmanın start fiti saat 19:00-da səsləndiriləcək.
"Quba" 12 xalla dördüncüdür. 11 xala malik "Sumqayıt" isə sonuncu - 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, dünən A qrupunun təxirə salınmış "Naxçıvan" - "Abşeron" matçı Naxçıvan təmsilçisinin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb. IX turun oyunları dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 15 Yanvar 2025 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















