Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Azərbaycan: Beynəlxalq nəqliyyat dəhıizlərinin qovuşduğu məkan

Azərbaycan: Beynəlxalq nəqliyyat dəhıizlərinin qovuşduğu məkan

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Yeni dünya sistemində və inteqrasiya proseslərinin sürətləndiyi bir vaxtda əsas diqqət mərkəzində olan məsələlərdən biri tarixən mövcud olan tranzit marşrutlarının yenidən bərpa edilməsi, onların istifadəyə verilməsi idi. Lakin burada ölkələrin geosiyasi, strateji imkanları, beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi əsas şərt idi. Bu mənada Azərbaycan xüsusi əhəmiyyət kəsb edirdi.
Avrasiya materikindəki ölkələri birləşdirən beynəlxalq nəqliyyat dəhlizlərindən olan Şimal-Cənub nəqliyyat dəhlizi mühüm əhəmiyyət kəsb edirdi. TRASEKA proqramına alternativ kimi dəyərləndirilən Şimal-Cənub nəqliyyat dəhlizi Cənubi Qafqaz, Mərkəzi Asiya ölkələri və İran arasında iqtisadi və siyasi əlaqələrin daha da genişləndirilməsi üçün mühüm marşrut hesab edilirdi.
Həm Azərbaycan, həm də iştirakçı ölkələr üçün sərfəli marşrut-Şimal-Cənub Dəhlizi

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində əldə edilib. Həmin razılaşma 21 may 2002-ci il tarixində qüvvəyə minib. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasından sonra bu layihə bir çox ölkələrin diqqətini cəlb edib və ona maraq yaranıb. Bundan sonra əldə olunan razılaşmaya Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Oman və Suriya, 2005-ci ildə isə Azərbaycan Respublikası qoşulub.
Ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" sərəncam imzalayıb. Sözügedən nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsində əsas icraçılarıdan biri Azərbaycan Dəmir Yolları olduğu üçün sərəncamda dövlət başçısı bu quruma xüsusi tapşırıqlar verirdi. Sərəncamdan keçən müddət ərzində ADY üzərinə düşən vəzifələrin həyata keçirilməsi istiqamətində kifayət qədər işlər görüb.

Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində bu dəhlizin əsas elementlərindən olan Astara Terminalının (İran ərazisində) tikintisi üzrə əsaslı işlər görüb. Terminalın layihələndirmə işlərinin 85%-i, tikinti-quraşdırma işlərinin isə 72,4%-i başa çatdırılıb. Astara stansiyasından İran ilə sərhədə qədər 8,3 km dəmiryol xətti çəkilib və Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Layihə çərçivəsində 7 ədəd körpünün tikintisi nəzərdə tutulur. Körpülərdən birinin inşası tam yekunlaşıb, digərlərinin tikintisi üzrə işlərin 90%-i başa çatıb.
Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur. Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.
Bundan başqa ADY Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə başlayıb. Ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur.
Yaxın gələcəkdə Şimal-Cənub Dəhlizinin Transxəzər və Şərq marşrutu ilə yanaşı, Qərb marşrutu istiqamətində də yükdaşımaları həyata keçiriləcək. Layihənin infrastrukturuna görə Qərb marşrutu Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, ordan da Astara - Rəşt - Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir. Sözügedən hər üç marşrutun İran ərazisi ilə davam edərək, İran körfəzinə və Hindistana qədər uzanması layihənin geosiyasi və geoiqtisadi aspektdən əhəmiyyətinin daha da böyük olmasından xəbər verir.

Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçməsi variantı layihə iştirakçıları üçün daha cəlbedici hesab edilir. Belə ki, burada məsafənin qısalığı, müxtəlif daşımalara daha az vaxtın sərf edilməsi, Azərbaycanın mövcud nəqliyyat infrastrukturlu tranzit ölkə olması əsas faktor rolunu oynayır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçən ümümi dəmir yolu xəttinin uzunluğu 511 kilometrə bərabərdir. Proqnozlaşdırılmalara görə tranzit yükdaşımalarının həcminin birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə isə 15 milyon ton olması gözlənilir.
Azərbaycanın bu nüfuzlu layihədə iştirakı ölkəmiz üçün iqtisadi cəhətdən də əhəmiyyətlidir. Hər şeydən əvvəl bu layihə ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq. Azərbaycan bu layihə vasitəsilə tranzitdən ildə 250-300 milyon dollar iqtisadi mənfəət əldə edə bilər. Bunun ücün Azərbaycanın hərtərəfli perspektivləri var. Dəhlizin Qərb marşrutu ilə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınmasının 10-15 faiz ucuz başa gələcəyi və yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 kilometr daha az məsafə qət ediləcəyi gözlənilir. Bundan başqa, araşdırmalar göstərir ki, daşıma müddəti 20 gün azalacaq və bu da yüklərin daha etibarlı yolla mənzilbaşına çatdırılacağına şərait yaradılmasına təminat verəcək.
Qeyd etdiyimiz kimi Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi onu iki nəhəng nəqliyyat dəhlizinin kəsişdiyi məkan kimi daha cəlbedici edirdi.
Azərbaycan Avropa ilə Asiyanı birləşdirən Sərq-Qərb dəhlizi - TRASEKA marşrut üzrə də cəlbedicidiir. Sözügedən marşrut ilə hər il millyonlarla ton yükün daşınması ölkəmizin tranzit imkanlarının artırılması ilə yanaşı, onun iqtisadi inkişafına da müsbət təsir göstərəcək. Gələcəkdə bu marşrutun rolu sərnişin daşınmalarında da artacaq.
Avropa ilə Asiyanın yükdəşımalarına təkan verən BTQ
Azərbaycanın regional və geosiyasi, geostrateji mövqeyini təsdiqləyən, onun nəqliyyat imkanları, bu imkanların regional və beynəlxalq əhəmiyyətini dünyaya sübut etdirən nəqliyyat layihələrindən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya prosesinin sürətlənməsinə, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edən mühüm layihələrdən biridir. Layihənin iqtisadi səmərəlilik və siyasi dividend, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından da böyük əhəmiyyəti var. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini dəfələrlə artıracağı da şübhəsizdir. Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam istismara veriləndən sonra ilkin dövrdə bu xətt vasitəsilə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük, 2034-cü ildə isə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı ehtimal olunur.

Yük daşımaları həcmi 3-cü istismar ilində 3-5 milyon ton, 5-ci istismar ilində 6-8 milyon ton, 10-cu istismar ilində isə 10 milyon ton və çox proqnozlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verən bir layihədir. Bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Həmin xətt öz növbəsində multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və yük daşımalarının həcminin artmasını təmin edəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi nəinki region ölkələri, eyni zamanda, bu xəttə qoşulacaq digər ölkələr üçün də çox mühüm əhəmiyyətə malik layihə kimi dəyərləndirilir. Dəmir yolunun Asiya və Avropa arasında yük və sərnişin axınının artmasına gətirib çıxaracağı, onun turizm potensialına əlavə töhfə verəcəyi, Xəzər və Qara dəniz arasında bağlantını təmin edəcəyi şübhəsizdir.
Beləliklə, Asiyanın ən ucqar şərqindən dəmir relslər üzərindən Avropanın bütün nöqtələrinə yetişəcək tarixi bir nəqliyyat marşrutu gerçəkliyə cevrilmiş olur. Bu layıhənin tarixi İpək yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır.
Yeni reallığa uyğun yeni marşrutlar-Zəngəzur dəhlizi
İkinci Qarabağ Müharibəsindən sonra Zəngəzur dəhlizinin gündəmə gəlməsi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri baxımından bir daha önəmli ölkə olduğunu sübuta yetirdi.

Qeyd edək ki, Zəngəzur Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikasını Ermənistan ərazisindən Azərbaycanın əsas hissəsi ilə birləşdirən mühüm geosiyasi və iqtisadi keçiddir. Dəhliz tarixi, mədəni və strateji əhəmiyyətə malikdir və Cənubi Qafqaz regionunda nəqliyyat, ticarət və regional əlaqə üçün mühüm əlaqə rolunu oynayır. Zəngəzur dəhlizinin əhəmiyyəti onun regional dinamikanı yenidən formalaşdırmaq potensialındadır. Azərbaycana öz eksklavına və Türkiyəyə birbaşa çıxış imkanı verir, regionda iqtisadi və siyasi əlaqələri gücləndirir. Ermənistan üçün də bu, iqtisadi inkişaf və regional təşəbbüslərə inteqrasiya imkanı yaradır, potensial olaraq ənənəvi marşrutlardan asılılığını azaldır.
Zəngəzur dəhlizi Cənubi Qafqazı Avropa və Asiya ilə birləşdirən daha geniş regional nəqliyyat şəbəkələrinin bir hissəsi kimi görünür. Dəhlizin interkontinental önəmi isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Zəngəzur dəhlizi Çindən gələn malların Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və yaxud da İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir. Bu yenilik həm Türkiyənin, həm də Çinin nəqliyyat yollarının diversifikasiya edilməsi strategiyaları ilə üst-üstə düşür. Bununla da Zəngəzur dəhlizinin Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı var.
Bu gün əminliklə demək olar ki, Azərbaycan tranzit ölkə kimi artıq dünya miqyasında böyük hörmətə malikdir. Hazırda ölkəmizin nəqliyyat kompleksi sözün həqiqi mənasında özünün ən dinamik cevik yeniliklərə açıq sürətli inkişaf dövrünü yaşamaqdadır. Azərbaycan artıq Cənubi Qafqazda mühüm nəqliyyat qovşağı və dəhlizlərin keçdiyi məkana cevirilib. Heç şübhəsiz bu da Azərbaycanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının artırılması perspektivlərinə əvəzsiz müsbət təsir edir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində sürətlə inkişaf edən ölkə iqtisadiyyatı əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının ödənilməsinə, ölkəmizin tranzit potensialının artırılmasına, nəqliyyat infrastrukturunun və parkının yeniləşməsinə idmət edir.
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”
Süleyman İsmayılbəyli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 İyun 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see242

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see229

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see208

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see207

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see201

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see168

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see159

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see145

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri