Icma.az
close
up
RU
Azərbaycan bu sahədə son illərdə ciddi irəliləyişlərə imza atıb MÜTƏXƏSSİS DANIŞDI

Azərbaycan bu sahədə son illərdə ciddi irəliləyişlərə imza atıb MÜTƏXƏSSİS DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"17 May Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü, informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafındakı roluna diqqət çəkmək və bu sahədə maarifləndirməni artırmaq məqsədi daşıyır". Bu sözləri SİA-ya açıqlamasında İT mütəxəssisi Elvin Həsənov deyib.

Onun sözlərinə görə, bu günün qeyd edilməsi, İKT-nin sosial, iqtisadi inkişafda oynadığı rola diqqət çəkməyə xidmət edir: "Eyni zamanda bu sahədə mövcud fəliyyətlər rəqəmsallıq, kibertəhlükəsizlik və texnoloji innovasiyalar kimi mövzularda müzakirələrin aparılmasına şərait yaradır. Azərbaycan da bu sahədə son illərdə ciddi irəliləyişlərə imza atıb. İlk növbədə qeyd etmək istərəm ki, ölkəmizdə genişzolaqlı internet şəbəkəsinin qurulması istiqamətində əhəmiyyətli addımlar atılıb.

Fiber-optik infrastrukturun genişləndirilməsi nəticəsində internetin keyfiyyəti yüksəlib, sürət və əhatə dairəsi artırılıb. Bu, təkcə şəhər mərkəzlərində deyil, kənd və ucqar yaşayış məntəqələrində də internetin əlçatanlığını təmin edib. Bundan əlavə, “Rəqəmsal Azərbaycan” strategiyası çərçivəsində bir sıra dövlət xidmətləri tam rəqəmsallaşdırılıb.

Mütəxəssis qeyd edir ki, artıq vətəndaşlar “e-gov”, “myGov”, “e-sosial”, “e-səhiyyə” və digər platformalar vasitəsilə bir çox xidmətlərə onlayn şəkildə çıxış əldə edə bilirlər: "Bu, həm vətəndaş məmnunluğunu artırıb, həm də bürokratik əngəllərin azalmasına səbəb olub. Telekommunikasiya sahəsində Azərbaycanın “Azerspace-1” və “Azerspace-2” peykləri region üçün əhəmiyyətli rabitə və televiziya yayım xidmətləri təklif edir. Bu, Azərbaycanın kosmik sahədə də söz sahibi olmasına şərait yaradıb. Son vaxtlar isə “Starlink” peyk internetinin ölkədə istifadəyə verilməsi bu sahədə yeni mərhələnin başlanğıcıdır.

Starlink layihəsi vasitəsilə ən ucqar ərazilərdə belə yüksək sürətli internetin təmin olunması planlaşdırılır ki, bu da rəqəmsal bərabərliyi gücləndirəcək. Son olaraq qeyd etmək istərəm ki, Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər təkcə infrastrukturla məhdudlaşmır. İKT sahəsində ixtisaslı kadrların hazırlanması, rəqəmsal savadlılıq layihələrinin həyata keçirilməsi, süni intellekt və avtomatlaşdırma texnologiyalarının tətbiqi də inkişafın mühüm göstəricilərindəndir"- deyə əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 May 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri