Azərbaycan çempionatının bütün yarımfinalçıları müəyyənləşib
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın tay-brek qarşılaşmaları keçirilib.
İdman.biz xəbər verir ki, kişilərin yarışında sürətli şahmatda, müvafiq olaraq, Vüqar Əsədli və Əhməd Əhmədzadəni məğlub edən Teymur Rəcəbov və Rauf Məmmədov yarımfinala yüksəliblər.
Yarımfinalda Rəcəbov Məmmədovla, Şəhriyar Məmmədyarov isə Misrətdin İsgəndərovla qarşılaşacaq.
Qadınların yarışında 1/4 finalın tay-brekində Gövhər Beydullayeva Türkan Məmmədyarovanı mübarizədən kənarlaşdırıb, Günay Məmmədzadə Səbinə İbrahimovaya qalib gəlib, Gülnar Məmmədova isə Xanım Balacayevadan güclü olub.
Yarımfinalda Ülviyyə Fətəliyeva Beydullayeva ilə, Məmmədzadə isə Məmmədova ilə qarşılaşacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 09 Fevral 2025 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















