Icma.az
close
up
RU
Azərbaycan Çexiya münasibətləri: gələcəyə yönəlmiş strateji kurs

Azərbaycan Çexiya münasibətləri: gələcəyə yönəlmiş strateji kurs

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasət kursunda yaxın və uzaq coğrafiyalarda yerləşən ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinin qurulması xətti xüsusi yer tutur. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu davamlı kursun uğurla reallaşdırılmasının nəticəsidir ki, hazırda respublikamızın həm geniş İslam coğrafiyasınmda, həm də Avropa İttifaqı məkanında çoxlu sayda strateji tərəfdaşlıq münasibətləru qurduğu ölkələr var. Belə ölkələrdən biri də Avropa İttifaqının üzvü olan Çex Respublikasıdır. Çex Respublikasının Baş naziri Andrey Babiş ölkəmizə rəsmi səfəri inkişaf edən qarşılıqlı əlaqələrin göstəricisidir.

Aprelin 27-də Qəbələdə Prezident İlham Əliyevlə Baş nazir Andrey Babişin görüşündə bir sıra məsələlərlə bağlı önəmli müzakirələr aparılıb. Çex Respublikası Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 27 yanvar 1993-cü ildə qurulub. Qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişafına dövlət başçılarının səfərləri güclü impuls verir. İndiyədək Azərbaycan Prezidentinin Çexiyaya 5 səfəri baş tutub. Sonuncu səfər (işgüzar) Prezident İlham Əliyev tərəfindən 6-7 oktyabr 2022-ci il tarixlərində həyata keçirilib. Öz növbəsində Çexiya Prezidentinin Azərbaycan 2 rəsmi səfəri baş tutub. Sonuncu səfər Miloş Zeman tərəfindən 15-17 sentyabr 2015-ci il tarixlərində reallaşdırılıb. Bundan başqa, hər iki ölkənin digər yüksəksəviyyəli rəsmilərinin də tez-tez qarşılıqlı səfərləri baş tutur. Parlamentlərarası əlaqələr də yüksək səviyyədədir. Milli Məclisdə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, həmçinin Çexiya parlamentinin Deputatlar Palatasında Çexiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Çexiya-Azərbaycan münasibətlərinin institusional bazası kifayət qədər möhkəmdir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız siyasi deyil, həm də iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir.
Azərbaycanla Çexiya arasında əlaqələr müxtəlif istiqamətləri əhatə etməklə çoxvektorlu səciyyə daşıyır. Hər iki tərəf qarşılıqlı maraqları əsas götürməklə münasibətlərin daha da möhkəmlənməsinə güclü siyasi iradə nümayiş etdirir və buna uyğun olaraq da əlaqələr genişlənir. Hazırda dünyada izlənilən geosiyasi proseslər fonunda Cənubi Qafqaza maraq əhəmiyyətli dərəcədə artıb ki, bu ta təsadüfi deyil. Xüsusilə də, Yaxın Şərqdə və Şərqi Avropada müharibələrin alovlanması, Şimal marşrutlarından, Hörmüz boğazından keçidlərin təhlükəli hala gəlməsi, sabit məkan kimi Cəbubi Qafqazı diqqət mərkəzinə gətirib. Buradan keçən Orta Dəhlizin funksionallığının getdikcə artması bunu əyani şəkildə təsdiqləyir. Mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan regionda izlənilən proseslərin əsas aktoru qismində çıxış edir. Ölkə uzunmüddətli sabitliyə, nümunəvi təhlükəsizlik mühitinə malikdir. Böyük investisiya qoyuluşu hesabına yaradılan yüksəksəviyyəli nəqliyyat-logistika infrastrukturu, qonşularlla yaxşı münasibətlər tranzit daşımaları üçün ideal şəraiti təmin edir. Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq”, -deyə dövlətimizin başçısı vurğulayıb. Çexiyanın Baş naziri Andrey Babiş isə Azərbaycanı ölkəsinin strateji tərəfdaşı adlandırıb.
Regionda müşahidə edilən diplomatik fəallıq fonunda dünya ölkələri, ayrı-ayrı beynəlxalq təşkilatlar respublikamıza böyük maraq göstərirlər. Son vaxtlarda Litvanın Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin və Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfərləri bu dinamikanın təsadüfi olmadığını göstərir. Bu proseslər beynəlxalq arenada Azərbaycanın artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edildiyini təsdiqləyir. Xüsusilə Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir. Andrey Babişin respublikamıza səfəri fonunda aydın olur ki, Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur.
Qarşılıqlı münasibətləri strateji tərəfdaşlığın ruhuna uyğun şəkildə inkişaf etdirməkdə maraqlı olan Azərbaycanla Çexiya beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa İttifaqı çərçivəsndə də sıx əməkdaşlıq edirlər. Çexiya hər zaman Azərbaycanın ərazi bütövlüyünə, ölkəmizin Aİ ilə əlaqələrinin genişlənməsinə dəstək verib. Bu ölkənin Baş nazirinin Azərbaycana rəsmi səfəri isə qarşılıqlı əlaqələrimizi daha da gücləndirəcək.

Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Aprel 2026 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri