Icma.az
close
up
RU
Menu

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Gələn ay 30 manat yardım veriləcək

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

İtaliyanın dəstəyi, Azərbaycanın gücü: Roma Bakı əməkdaşlığı zirvədə Kaspi nin ŞƏRHİ

İtaliyanın dəstəyi, Azərbaycanın gücü: Roma Bakı əməkdaşlığı zirvədə Kaspi nin ŞƏRHİ

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana növbəti dəfə səfər edib. Bu səfər həm iki ölkə arasındakı qarşılıqlı strateji münasibətlərin, həm də Avropa İttifaqı (Aİ) ilə Bakı arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün İtaliya Aİ çərçivəsində təşkilatın üç ən böyük üzvündən biridir. Təbii ki, Bakı-Roma münasibətlərinin davamlı inkişafı Azərbaycan üçün strateji əhəmiyyətə malikdir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Aİ ilə əlaqələrdə müsbətə doğru addımlar atılır

Bu vurğu Prezident İlham Əliyevin italiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlərdə də dominantlıq təşkil edib.

Azərbaycan Prezidenti qeyd edib ki, tərəflər arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır:

"Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik".

Dövlət başçısı Aİ-Azərbaycan əlaqələrinə də toxunub. Bildirib ki, italiyalı həmkarı ilə bu istiqamətdə də müzakirələr aparıb:

"İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir".

"Azərbaycan çox nüfuzlu tərəfdaşdır"

Bu məsələdə İtaliyanın Azərbaycana hərtərəfli dəstəyi Prezident Sercio Mattarella tərəfindən də qeyd olunub. Onun sözlərinə görə, Bakının Brüssellə əməkdaşlığı ilə bağlı İtaliya öz tərəfindən addımlar atacaq:

"Xüsusi qeyd edirəm ki, Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və təbii ki, bizim sizinlə əməkdaşlığımız bu çərçivədə də çox əhəmiyyətli olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, bu əlaqələr daha da artsın, inkişaf etsin və hər zaman daha çox yeni sahələri əhatə etsin, ölkələrimizin, xalqlarımızın rifahına xidmət etsin. Bu məqsədlə də mən Bakıya səfərə gəlmişəm".

İtaliya-Azərbaycan Universiteti amili

Qeyd edək ki, iki ölkə arasında münasibətlər digər sahələri də əhatə edir. Burada Azərbaycan və İtaliya arasında hərbi-texniki və müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi yer tutur. Bundan əlavə, təhsil sahəsində də önəmli addımlar atılmaqdadır. Bunun sübutu olaraq, dövlət başçılarının birgə açılışını etdikləri İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının yaradılmasını qeyd edə bilərik. Xatırladaq ki, bu təşəbbüs 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev vurğulayıb ki, həm İtaliya, həm də Azərbaycan bu sahədə əməkdaşlığa çox böyük əhəmiyyət verir:

"Əminəm ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq, universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər".

Sercio Mattarella da bu təşəbbüsdən olduqca məmnundur:

"Onun Azərbaycanla birgə reallaşdırılmasından İtaliya fərəh hissi duyur. Bu universitet nəinki geniş imkanları, resursları, tədqiqat və tədrisi, dosentləri, təhsil alan gənc azərbaycanlı və italyan tələbələri bir araya gətirir, o cümlədən Azərbaycan ilə İtaliya arasında yüksələn xətlə artan, intensiv və geniş dostluğu əks etdirir".

Bölgənin əsas söz sahibi rəsmi Bakıdır

Göründüyü kimi, Azərbaycan növbəti dəfə dünyanın ən nüfuzlu ölkələrindən birinin ali rəhbərinin səfər etdiyi ölkə olaraq, dünyanın diqqət mərkəzinə düşdü. İtaliya-Azərbaycan əlaqələri, o cümlədən Avropa İttifaqı ilə münasibətlər Bakının çoxşaxəli xarici siyasət kursunun ən önəmli istiqamətlərindən birini təşkil edir. Energetika, yaşıl enerji, hərbi-texniki və mədəni-iqtisadi sahədə əlaqələrin genişləndirilməsi ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Bu səfərin reallaşması və aparılan müzakirələrlə Azərbaycan bir daha sübut etdi ki, bölgənin əsas söz sahibi rəsmi Bakıdır. Azərbaycanın Şərq və Qərblə, həmçinin digər mərkəzlərlə qurduğu konstruktiv, çoxşaxəli əməkdaşlıq strukturu bu gün Cənubi Qafqazı dünyanın ən çox diqqət yetirilən, geosiyasi və qlobal əhəmiyyəti günü-gündən artan bölgələrindən birinə çevirir. Bu siyasi mənzərənin əsasında isə son illərdə Azərbaycanın beynəlxalq miqyasda əsas oyunçulardan və aktorlandan biri olaraq qəbul edilməsi dayanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Oktyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see249

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see216

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see204

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see148

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see136

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see134

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see129

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see120

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri