Icma.az
close
up
RU
Azərbaycan Çin: Ticarətdən texnologiyaya uzanan STRATEJİ YOL

Azərbaycan Çin: Ticarətdən texnologiyaya uzanan STRATEJİ YOL

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasından 30 ildən artıq müddət keçir. Çin 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyıb, 1992-ci ilin aprelində isə tərəflər arasında rəsmi diplomatik münasibətlər təsis edilib. 1992-ci ildə Çinin Bakıda, 1993-cü ildə isə Azərbaycanın Pekində səfirlikləri açılıb.

Çin dünya iqtisadiyyatının əsas aparıcı qüvvələrindən biridir. İldə 19 trilyon dollardan çox məhsul istehsal edən Çin bu göstəriciyə görə yalnız ABŞ-dan geri qalır. Əhalisinin sayı 1,5 milyard olan Çində adambaşına ÜDM 13 min dollardlır. Ölkədə illik iqtisadi artım stabil olaraq 5-6 faiz təşkil edir. Ölkədıə illik inflyasiya 2-3 faiz təşkil edir.

Çin inkişaf etməkdə olan ölkələr arasında ən böyük iqtisadi gücə malikdir. Bu ölkə  dünyanın ən böyük ixracatçısı olmaqla yanaşı, əhəmiyyətli bir idxalçıdır. Çin hər il təxminən 2.5 trilyon dollar dəyərində mal ixrac edir. Elektronika, maşın avadanlıqları, geyim və tekstil Çin ixracatının əsas sahələridir. Ölkənin illik idxalı təxminən 2 trilyon dollardır.  İdxalın əsasını xam materiallar, texnologiya və enerji təşkil edir.

Çin, həm daxili, həm də xarici sərmayə yatırımlarında böyük bir oyunçudur. İnvestisiyalar əsasən infrastruktur, texnologiya və sənaye sahələrinə yönəlir. Bu ölkə  dünyada texnoloji inkişaf sahəsində böyük addımlar atmaqdadır. Huawei, Alibaba, Tencent kimi böyük şirkətlər qlobal bazarda önəmli yer tutur. Çin bərpa olunan enerji sektoruna böyük sərmayələr qoyaraq, dünyanın ən böyük günəş enerjisi istehsalçısıdır. Bu ölkə  5G şəbəkəsini genişləndirməkdə və süni intellekt sahəsində lider olmaqda iddialıdır.

Çin istehsal sahəsində çox güclüdür və qlobal istehsalın böyük hissəsinə nəzarət edir. Ucuz işçü qüvvəsi və geniş resurslara malik olması, ölkəni qlobal istehsalın mərkəzi halına gətirmişdir. Elektronika, avtomobil və geyim istehsalı kimi sahələrdə Çin dünya bazarının lideridir.

Çin, həmçinin dünyanın ən böyük xarici investisiya qoyan ölkəsidir. Çinin dövlət və özəl sektoru inkişaf etməkdə olan ölkələrdə və xüsusilə Afrikada mühüm sərmayələr edir.

Çin, həmçinin Birləşmiş Millətlər Təşkilatında (BMT) və digər beynəlxalq təşkilatlarda mühüm rol oynayır. Çinin güclü beynəlxalq təsiri, onun dünya iqtisadiyyatına təsirini daha da artırır. Çinin aparıcı qüvvə olduğu Asiya İnkişaf Bankı (ADB) və digər regional iqtisadi təşkilatlar da Çinin qlobal iqtisadi siyasətindəki rolunu gücləndirir.

Azərbaycan–Çin iqtisadi əlaqələri son illərdə sürətli dinamika ilə inkişaf edib.  2018-ci ildə 1,3 milyard dollar olan ticarət dövriyyəsi 2023-cü ildə 3,2 milyard dollar yüksəlib.  

Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib.  Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb.

Azərbaycanın Çinə əsas ixrac məhsulları neft koksu, kimya sənayesi məhsulları və polimerlərdən ibarətdir. Çin isə Azərbaycana əsasən elektronika, avtomobillər, geyim, yüksək texnologiyalı avadanlıqlar, telekommunikasiya məhsulları və s. ixrac edir. Bu struktur asimmetrik olsa da, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli potensial formalaşdırır.

İki ölkə arasında investisiya sahəsində əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. 2024-cü ilin əvvəlinə qədər Çin Azərbaycana 920 milyon dollara yaxın birbaşa sərmayə yatırıb. Azərbaycan isə Çinə təxminən 1,8 milyard dollar həcmində investisiya qoymuşdur. Hazırda Azərbaycanda Çin kapitalı ilə fəaliyyət göstərən 375 şirkətdən 298-i aktiv fəaliyyətdədir. Bu şirkətlər arasında “Huawei” kimi texnologiya nəhəngləri, işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində iştirak edir.

Azərbaycanın Çindəki iqtisadi təbliğat platformaları – Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatszedə yerləşən 7 Ticarət və Şərab Evi – Azərbaycan məhsullarının Çin bazarına çıxışına dəstək verir. Həmçinin, bu məhsullar Çinin məşhur “JD” onlayn ticarət platformasında da satışa çıxarılıb.

Azərbaycan və Çin arasında qeyri-neft sahəsində əməkdaşlıq genişlənməkdədir. Xüsusilə yaşıl enerji, yüksək texnologiyalar, innovasiyalar və startap ekosistemləri istiqamətində əməkdaşlıq intensivləşir. Bu kontekstdə “Ələt Azad İqtisadi Zonası” Çin müəssisələri üçün mühüm iqtisadi və logistika qovşağı kimi çıxış edir.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və infrastruktur imkanları Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin Orta Dəhliz marşrutunda mühüm rol oynamasına səbəb olmuşdur. Bakı–Tbilisi–Qars dəmir yolu, Şimal-Cənub və Transxəzər nəqliyyat dəhlizləri vasitəsilə yüklərin Çindən Avropaya daşınma müddəti 12 günə endirilib. Zəngəzur dəhlizinin gələcəkdə istifadəyə verilməsi bu logistik imkanları daha da gücləndirəcək.

2024-cü ildə BTQ dəmir yolu xəttində başa çatdırılmış yenidənqurma işləri ilə daşıma gücü artırılıb. 2024-cü ildə Orta Dəhliz vasitəsilə Çindən Azərbaycana göndərilən yük qatarlarının sayı 287-yə çatıb, tranzit yüklərin həcmi isə 378 min ton olub ki, bu da ötən illə müqayisədə 86 faiz artıb.

Orta dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə vasitəsilə Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan Orta Dəhlizin və bu dəhlizin bir hissəsi kimi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyəti xüsusi qeyd edilməlidir.

Ümumiyyətlə, Orta dəhliz 2021-ci ilə nisbətən 2030-cu ilə qədər daşınan yükləri üç dəfə artıra, eyni zamanda daşınma müddətlərini iki dəfə azalda bilər. Dəhliz etibarlı marşrut kimi Mərkəzi Asiya və Cənubi Qafqazın ticarət və inkişaf potensialının açılmasına töhfə verərək, limanlara çıxış yolu ilə Çinə, Avropaya və dünyaya inteqrasiyaya imkan yaradacaq ki, bu da Azərbaycan-Çin münasibətlərinin inkişafına daha bir təkan olacaq.

Azərbaycan–Çin iqtisadi münasibətləri strateji tərəfdaşlıqdan qlobal əməkdaşlıq mərhələsinə qədəm qoymuşdur. Gələcək perspektivlər enerji, rəqəmsallaşma, elm, nəqliyyat və alternativ enerji sahələrində birgə layihələrin həyata keçirilməsi ilə daha da genişlənəcək. Azərbaycanla Çin arasında əməkdaşlığın daha da dərinləşməsi regionda sabitlik və inkişaf üçün strateji zəmin yaratmaqla yanaşı, qlobal ticarət və nəqliyyat sisteminin formalaşmasında da mühüm rol oynayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Aprel 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri