Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Azərbaycan demokratik seçki ənənəsinə sadiqliyini nümayiş etdirdi TƏHLİL

Azərbaycan demokratik seçki ənənəsinə sadiqliyini nümayiş etdirdi TƏHLİL

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Bələdiyyə seçkiləri azad, demokratik, seçicilərin iradəsi əsasında baş tutdu

Hüquqi, demokratik cəmiyyətin atributlarından biri də yerli idarəetmə orqanlarına seçkilərin təşkili və keçirilməsidir. Azərbaycan hüququn aliliyinə daim hörmət edən, cəmiyyətdə demokratik proseslərin dərinləşməsində maraqlı olan dövlət olaraq yerli idarəetmə orqanlarına seçkilərin keçirilməsinə dəstək olub. Bununla bağlı müvafiq qanunlar, qərarlar qəbul edilib addımlar atılıb. 1999-cu ilin dekabrın 12-də baş tutan bələdiyyələrə seçkilərin ardınca növbəti 5 ilin tamamında yenidən seçkilər keçirilib. 2025-ci ilin yanvarın 29-da baş tutan bələdiyyə seçkiləri də qanuna müvafiq şəkildə keçirilən seçkilər oldu. Seçkilərin yüksək səviyyədə təşkili seçicilərin sərbəst olaraq seçki məntəqələrinə gedərək istədikləri namizədlərə səs vermələrinə imkanlar yaratdı. Seçkilərin təşkilini və keçirilməsini həyata keçirən Mərkəzi Seçki Komissiyası seçkilərin yüksək səviyyədə baş tutması üçün hər cür fundamental işlər görüb. Seçki ərəfəsi çoxsaylı treninqlər, seminarlar, konfranslar təşkil olunub, maarifləndirici videoçarxlar, bukletlər, kitabçalar hazırlanaraq tədbirlərdə iştirakçılara təqdim olunub, sosial şəbəkələrdə paylaşılması təmin edilib.

Məlumat üçün qeyd etmək lazımdır ki, Azərbaycanda bələdiyyə seçkilərinin həyata keçirilməsinin əsas hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul olunmuş “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2003-cü ildən isə Azərbaycan Respublikasının Seçki Məcəlləsi təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinə müvafiq olaraq Azərbaycanda yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Dahi Öndərimiz Heydər Əliyev xalqın çağırışı ilə ikinci dəfə qayıdışından sonra həyata keçirilən demokratik islahatların davamı olaraq Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutu - bələdiyyələr yaradıldı və 1999-cu ilin dekabr ayında bələdiyyələrə ilk seçkilər keçirildi. Qısa müddət ərzində bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılaraq bələdiyyələrə geniş səlahiyyətlər verildi.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə uyğun olaraq, bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyə orqanları dedikdə isə bələdiyyə tərəfindən yaradılan, yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyəti verilən və dövlət orqanları sisteminə daxil olmayan orqanlar başa düşülür. Bələdiyyələr, bir qayda olaraq bələdiyyə iclasından, daimi və başqa komissiyalardan və icra orqanından ibarətdir. Bələdiyyənin hər bir orqanının fəaliyyət qaydası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bələdiyyələr nümayəndəli orqan kimi seçkilər əsasında yaradılır. Bələdiyyələrə seçkilərin keçirilməsi qaydası 2003-cü il 27 may tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilir. Seçki Məcəlləsinin VII bölməsi (210-246-cı maddələr) bələdiyyə seçkilərinə həsr olunmuşdur.

Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvlərini ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə seçirlər.

Seçkilər günü 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının bələdiyyələrə üzv seçmək hüququ - aktiv seçki hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın konstitusiya ilə müəyyən edilmiş bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə bələdiyyə üzvü seçilmək hüququ - passiv seçki hüququ vardır. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslərin, ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşlarının (ikili vətəndaşlığı qalanadək), xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşlarının (həmin öhdəliklərə xitam verilənədək) bələdiyyə üzvü seçilmək hüququ yoxdur. Hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlər (hakim olduqları müddətdə), dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə), din xadimləri (peşəkar din fəaliyyəti ilə məşğul olduqları müddətdə) bələdiyyə üzvü ola bilməzlər. İrqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Bələdiyyə üzvlərini seçicilər bilavasitə seçirlər. Seçicilər şəxsən və gizli səs verirlər. Seçkilərdə seçicilərin öz iradəsini ifadə etməsi üzərində nəzarətə yol verilmir. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.

Seçki məntəqələrində veb-kameraların quraşdırılması dünyada ilk olaraq 2008-ci ildən Azərbaycanda tətbiq olunmağa başlayıb

Dünyada ilk olaraq 2008-ci ildən Azərbaycanda seçki məntəqələrində veb-kameralar quruşdırılıb. Bununla bağlı bələdiyyə seçkiləri ərəfəsi KİV-ə verdiyi açıqlamasında Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bildirib ki, seçki məntəqələrində veb-kameralar quraşdırılması dünyada ilk olaraq 2008-ci ildən Azərbaycanda tətbiq olunmağa başlayıb: “Olduqca uğurlu təcrübədir. Bu, dünyada seçki mütəxəssisləri tərəfindən Azərbaycan təcrübəsi kimi öyrənilir və şəffaflığın təmin edilməsinin bir üsuludur. Veb-kameralar ilk dəfə ölkə üzrə 500 seçki məntəqəsində quraşdırılıb. Bunun uğurlu olduğunu gördükdən sonra Mərkəzi Seçki Komissiyası veb-kameralar quraşdırılan məntəqələrin sayını artırıb. Ötən seçkilərin təcrübəsi göstərir ki, veb-kameralara baxış olduqca çoxdur. Sevindirici haldır ki, xarici ölkələrdən baxış sayı lap çoxdur. Yəni, veb-kameralar vasitəsilə seçki məntəqələrini birbaşa müşahidə edirlər. Veb-kameralar elə bir müşahidədir ki, müşahidə etmək arzusunda olan şəxs burada fasiləsiz, birbaşa platforma üzərindən prosesi müşahidə edir. Veb-kameralar quraşdırılan məntəqələrin siyahısı əvvəlcədən Mərkəzi Seçki Komissiyasının saytına yerləşdirilir. Hazırda da saytımızda hansı dairənin neçə saylı seçki məntəqəsində veb-kamera yerləşəcəyi əksini tapıb. Veb- kameraların tətbiq edilməsi şəffaflığın və aşkarlığın ən yüksək göstəricisidir”.

Arifə Muxtarova onu da bildirmişdir ki, yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə bağlı 118 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb: “Dünyanın istənilən yerindən müşahidə aparmaq istəyən şəxs Mərkəzi Seçki Komissiyasının rəsmi internet saytına daxil olmaqla həmin məntəqələrdə müşahidə apara bilər. Həmin müşahidə kameraları gün ərzində aktivdir. Onlar saat 07:50-dən məntəqə seçki komissiyaları tərəfindən seçkilərin nəticələrinə dair tərtib edilmiş protokolların dairə seçki komissiyasına aparılması anına qədər müşahidə etmək imkanı əldə edirlər. Təbii ki, biz özümüz də rəhbər orqan olaraq veb-kameralar vasitəsilə məntəqələrdə müşahidələrimizi aparırıq”.

Bələdiyyələrə namizədlikləri irəli sürülən şəxslər seçkilərin təbliğat-təşviqat dövründə qanunauyğun formada özlərinin seçki platformalarını seçicilərə çatdıra bildilər. Hələ seçki ərəfəsi namizədlərin sayının çox olması rəqabətin gərgin keçəcəyindən xəbər verirdi. Belə də oldu. Bələdiyyələrə namizədliklərini irəli sürən hər bir şəxs müxtəlif seçki formatından istifadə etməklə özünün layiqli namizədlərdən olduğunu göstərməyə çalışırdı. Diqqətçəkən məqam ondan ibarət idi ki, seçki prosesi nə qədər gərgin və diskussiya şəraitində keçsə də, qanunazidd hallara yol verilmədi. Bu da namizədlərin demokratik prinsip və qaydaları tam şəkildə mənimsədiyini göstərir. Bələdiyyə seçkiləri ilə bağlı görülən genişmiqyaslı işlər öz müsbət nəticəsini verdi. Seçki azad və demokratik şəraitdə baş tutdu. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib. Gün ərzində seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə beş dəfə məlumat verilib. Yekunda 1 milyon 874 min 810 nəfər səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 31,45 faizini təşkil edir. Ümumiyyətlə, bütün dairələrdə seçkilər normal keçib, gün ərzində Mərkəzi Seçki Komissiyasına seçkilərin nəticəsinə təsir edə biləcək heç bir məlumat daxil olmayıb: “Ümumiyyətlə, Mərkəzi Seçki Komissiyasına və “qaynar xətt”ə heç bir şikayətin daxil olmadığını vurğulayan M.Pənahov bütün məntəqələrin vaxtında – saat 08:00-da açıldığını və 19:00-da bağlandığını bildirib. Qeyd edib ki, məntəqələrdə olan seçicilərin hamısı azad, sərbəst şəkildə səs verdikdən sonra artıq seçkilərə yekun vurulub və məntəqə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin tələbinə uyğun olaraq müşayiətlə dairə seçki komissiyasına çatdırılıb. Sonra isə həmin nəticələr Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilib”.

Məzahir Pənahov onu da bildirib ki, bələdiyyə seçkiləri keçirilən 118 dairə seçki komissiyasının hamısından, həmçinin 4872 seçki məntəqəsindən, yəni, ümumi məntəqələrin 83,34 faizindən məlumatlar artıq MSK-nın internet səhifəsində yerləşdirilib. Ümumilikdə 660 bələdiyyədən məlumatlar daxil olub. Lider namizədlərin sayı isə 7791 nəfərdir. Ümumilikdə bu vaxtadək tam formalaşmış bələdiyyələrin sayı 413-dür. Bu da ümumi bələdiyyələrin 60,29 faizini təşkil edir. Bu, çox yüksək göstəricidir.

Məzahir Pənahov əlavə edib ki, aşağı seçki komissiyaları öz vəzifələrinin öhdələrindən qısa müddətdə çox yüksək səviyyədə gəliblər. Qalan cüzi məlumatlar daxil olduqca MSK-nın internet səhifəsində yerləşdiriləcək: “Dairə seçki komissiyalarının protokolları yanvarın 30-dan etibarən MSK-ya daxil olmağa başlayacaq. Bundan sonra biz ilkin protokol məlumatları əsasında ictimaiyyəti nəticələrlə tanış edəcəyik”.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qeyd edib ki, bütün dairələrdə seçkilər normal keçib. O bildirib ki, ümumiyyətlə MSK-ya heç bir şikayət daxil edilməyib.

Bələdiyyə seçkilərinin xalqın iradəsi əsasında azad və demokratik şəkildə başa çatması onu deməyə əsas verir ki, ölkəmiz hüquqi, demokratik dövlət quruculuğu prinsipinə sadiqdir. Təbii ki, bu ənənə bundan sonra da davam edəcək. Çünki Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət və bu siyasəti möhtəşəm formada davam etdirən Prezident İlham Əliyevin xeyirli, gərəkli fəaliyyəti dövlətimizə böyük uğurlar, xalqımıza qələbələr vəd edir.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:296
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri