Icma.az
close
up
RU
“Azərbaycan dili bölmələrinin təhsil göstəriciləri rus dili bölmələrindən daha yüksəkdir” AÇIQLAMA

“Azərbaycan dili bölmələrinin təhsil göstəriciləri rus dili bölmələrindən daha yüksəkdir” AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Millət vəkili Elşad Musayev deyib ki, rusdilli məktəblərə qəbul dayandırılmalıdır. 
“Nəyə görə daxilimizdəki orta məktəblərdə başqa bir ölkənin dili tədris olunmalıdır? Bu, qətiyyən başa düşülən bir məsələ deyil. 300-dən çox rusdilli məktəb var. Bunlar Azərbaycan dövlətinin, vergi ödəyicilərinin ödədikləri vergi hesabına fəaliyyət göstərir. Faktiki olaraq biz başqa bir ölkə üçün kadr hazırlayırıq”.
Təhsil eksperti Elmin Nuri Demokrat.az-a açıqlamasında deyib ki, rus dili bölmələrinin dərhal bağlanması mümkün deyil:
“Bu, nəzəri baxımdan da qeyri-mümkündür. Belə bir proses yalnız mərhələli şəkildə, müəyyən prosedurlar əsasında, ardıcıl şəkildə həyata keçirilə bilər. Bu mərhələlərin icrasına artıq az da olsa başlanılıb. Amma hazırda rus dili bölmələrinin bağlanmasından daha çox, bu bölmələrə olan marağı necə azaltmaq barədə düşünməliyik. 
İldən-ilə ana dili bölmələrinə maraq artır. Tədris prinsipləri baxımından rus dili bölmələrinin heç bir üstünlüyü yoxdur. Bu bölmələrin təqdimetmə və təşkilatçılıq bacarıqları Azərbaycan dili bölmələrindən nəinki fərqlənmir, bəzən hətta geri qalır. Bu gün Azərbaycan dili bölmələrinin təhsil göstəriciləri rus dili bölmələrindən daha yüksəkdir. Kadr potensialı da daha güclüdür”. 
Ekspert qeyd edib ki, Azərbaycan bölmələrinin nəticələri bir çox halda rus bölmələrinin nəticələrindən qat-qat yaxşıdır:
“Bundan əlavə, rus dili bölmələrinin ali təhsilə və əmək bazarına keçid imkanları da çox yüksək deyil nə ölkə daxilində, nə də beynəlxalq səviyyədə. Bugünkü qlobal əmək bazarında ingilis dili və gələcəkdə, ehtimal ki, Çin dili daha çox önəm daşıyacaq. Rus dili isə nə indi, nə də gələcəkdə ciddi təsir gücünə malik olmayacaq. 
İT dövründə yaşayırıq. Bu sahədə rus dili bizə elə bir üstünlük qazandırmayacaq. Bu səbəbdən, yanaşmamızı dəyişməliyik. “Qonşunun uşağı rus bölməsində oxuyursa, mənimki də orda oxumalıdır” prinsipi ilə hərəkət etməməliyik. 
Dil öyrənmək çox gözəldir, amma bir insan üçün bir neçə dil kifayətdir. Əsas məsələ odur ki, bizim uşaqlar öz ana dillərindən uzaq düşməsinlər. Bu istiqamətdə ilk növbədə valideynlər arasında maarifləndirmə işi aparılmalıdır”.
Leyla Turan 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 İyul 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri