Icma.az
close
up
RU
Azərbaycan dili dərsliklərinin müəlliflərinin dil bilgisi çox zəifdir Könül Aydın

Azərbaycan dili dərsliklərinin müəlliflərinin dil bilgisi çox zəifdir Könül Aydın

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az filologiya üzrə fəlsəfə doktoru Könül Aydının yazısını təqdim edir.

Azərbaycan dili fənninin əsas məqsədi şagirlərdə ana dilində düzgün yazmaq, danışmaq, həmçinin səlis, zəngin və düzgün nitq bacarığı formalaşdırmaqdır. Bu məqsədləri əsas götürərək Azərbaycan dili dərsliklərinin yazılmasına verilən ilk tələb məhz həmin meyarlara uyğunluqdur. Lakin Azərbaycan dili dərslikləri, bir sinif kitabı belə istisna olmadan, dil pozuntuları və elmi qüsurlarla müşaiyət olunur.

Dərsliklərin dil problemləri və burada elmi izahların qeyri-dəqiqliyi, yanlışlıqları ilə bağlı bu günə qədər alimlər, fənn mütəxəssiləri çox çıxış etmiş, tənqidi məqalələr yayımlamışdırlar. Eləcə də mən elmi-tənqidi məqalələrimdə bu barədə bəhs etmiş, müsahibələr vermiş, mütəmadi olaraq sosial şəbəkələrdə çıxış etmişəm. Bütün bu tənqidlərə, etirazlara baxmayaraq, Azərbaycan dili dərsliklərində dilin və elmi izahların düzgünlüyü baxımından heç bir irəliləyiş müşahidə olunmur.

Dərsliklər trims.edu.az platformasında layihə kimi təqdim olunana qədər ekspertizadan keçməli, həmçinin redaktə olunmalıdır. Lakin mənzərə bambaşqadır: elektron dərslikləri vərəqlədikdə qaralama variantı kimi paylaşıldığını düşünmək olar.

Dərsliyin yazılmasının əsasında yalnız material toplayıb, onları emal etmək durmur. Hər bir fənnin spesifik xüsusiyyətləri vardır ki, buna yalnız mütəxəssilər vaqifdirlər. Azərbaycan dili dərsliyində mütəxəssislərin peşəkarlığı öncə kitabın leskik-semantik xüsusiyyətlərindən görünməlidir. Lakin digər sinif dərslikləri kimi, 7-ci sinif Azərbaycan dili dərsliyinin layihə variantının da hələ ilk səhifələrini nəzərdən keçirdikdə səhvləri axtarmağa ehtiyac olmur, onlar özü axıb səhifədən tökülür. Kitabın ilk səhifələrində olan dərsliklə tanışlıq təlimatlarına nəzər saldıqda elə təəssürat yaranır ki, bu kitabı Azərbaycan dili mütəxəssisləri deyil, hər hansı bir başqa sahənin nümyəndələri yazıblar.

Səhifə 5-i açın və baxın:

“Yadda saxla. Dil qaydaları ilə bağlı nəzəri bilgilər”

Qayda özü nəzəri bilgi demək deyilmi? Belə yazılarsa, daha doğru olmazmı: “7-ci sinifdə öyrənəcəyiniz dil qaydaları” və ya sadəcə: “Dil qaydaları”?! Bu halda şagird dərsliyin ilk səhifəsindən etibarən tavtologiyaya yol verməyi öyrənməz.

“Diqqət et. Nitq bacarıqları üzrə müxtəlif məlumat və tövsiyələr.”

Dərslikdə eyni nəzəri bilgilər də verilə bilərmi ki, burada “müxtəlif” sözündən istifadə edilmişdir? Müxtəlif sözü burada heç bir məqamı aydınlaşdırmadığı üçün izafi kəlmədir. Bu sözü sildikdən sonra belə bir ifadə qalır: “nitq bacarıqları üzrə məlumat”. Nitq bacarığı dərslərdə nitq fəaliyyətlərinin nəticəsində qazanılmış səriştədir. Bacarıq üzrə məlumat vermək doğru olar, yoxsa fəaliyyətlə bağlı məlumat, təlimat və tövsiyə vermək uyğun olar?!

“Xatırla. Əvvəlki siniflərdə və ya dərslərdə keçilmiş biliklər.”

“Keçilmiş biliklər”. Dərsdə bilik keçilir, yoxsa dərsin özü keçilir?! Dərslərdə bilik əldə edilir, öyrənilir, qazanılır. Bu kəlmələrdən istifadə edilərsə, şagird dilimizi daha düzgün öyrənər, yoxsa “biliyi keçməklə” daha düzgün leksikona yiyələnər?!

“Qlossari. Müxtəlif sahələrə aid akademik söz və terminlərin izahı.”

Dərslikdə lüğət iki adda verilib: “qlossari” və “söz boğçası”. Məqsədlərini aydın versəydilər, şagird bu lüğətlərin fərqini daha dəqiq öyrənərdi. Qlossari yalnız termin və elmi anlayışlar lüğəti deyildir. Qlossari qısa terminlər lüğəti və ya konkret bir sahəyə aid anlayışlar lüğətidir. Qlossari, adətən, elmi-kütləvi kitablara yazılmış lüğət kimi istifadə edilirsə də, bədii əsərlərdə tanış olmayan sözləri izah etmək üçün də tərtib olunur. Azərbaycan dili dərsliklərində qlossari hər iki məqsədlə istifadə edilə bilərdi: informativ mətnlərdə terminlərin və tanış olmayan ifadələrin izahını əhatə edər, həmçinin bədii mətnlərdə uydurma söz, elmi və tarixi sözlər, dialektlər və s. varsa, qlossaridə verilə bilərdi. 7-ci sinif dərsliyində “Söz mücrüsü” kimi uşaq dilində lüğət adı verməkdəndirsə, “Yeni sözlər” və “Qlossari” başlıqlarından istifadə elmi yanaşma baxımından daha dəqiq və anlaşıqlı olardı.

İzahda ikinci problem “akademik söz” və “termin” sözlərinin bir yerdə işlədilməsidir. Akademik söz elə termin deməkdir. Müəlliflər yenə tavtologiyaya yol verməklə şagirdlərə də pis nümunə olurlar. Bəs onlar, əslində, nə ifadə etmək istəyiblər? “Akademik söz” ifadəsi ilə onlar elmi anlayışları və ya ifadələri bildirmək istəyiblər. Bütün elmi sahələrə dair elə ifadələr vardır ki, onlar termin deyildir, məhz anlayışdır. Məsələn, sinfin idarəedilməsi, müəllimlərin ixtisasartırma təhsili, dil qaydaları və s.. Demək ki, həmin izahda məhz “elmi anlayış” sözündən istifadə etmək lazım idi, lakin dərslik müəllifləri özləri ixtisas sahələri üzrə anlayışlar sisteminə və ana dilinin incəliklərinə bələd olmadıqları üçün belə səhvlərə yol verirlər.

“Yazı. Oxuduğunuz və ya dinlədiyiniz mətnin mövzusu ilə bağlı yazı tapşırıqları.”

“Yazı” başlığının izahına görə, dərslikdə şagirdlərin yalnız oxuduqları və ya dinlədikləri mətnin mövzusu ilə bağlı yazı tapşırıqları veriləcəkdir. Bu, gülünc izahdır, standartlar çox müxtəlif tapşırıqlar tələb edir. Mətnin yalnız mövzusu ilə bağlı deyil, ümumilikdə, məzmunu ilə bağlı yazı tapşırıqları verilir. Demək ki, burada “mətnin mövzusu ilə bağlı” ifadəsi yerinə “mətnlə bağlı” və ya “mətnin mövzu və məzmunu ilə bağlı” yazılsaydı, daha dəqiq olardı.

Dərsliyin hələ tanışlıq səhifəsində bu qədər uyğunsuzluq aşkar etdikdən sonra ilk bölməni nəzərdən keçirdikdə səhifədən “tökülən” səhvlər bu kitabın dilçilər tərəfindən hazırlandığına şübhəni təsdiqləyir. Təhsil sahəsində illərlə əsas mübarizəm məhz Azərbaycan dili dərsliklərindəki elmi səhvlərə, uyğunsuzluqlara, qeyri-dəqiqliklərə qarşı olub. Lakin məsul qurumlar tərəfindən problemin həllinə doğru bir addım da atılmayıb.

Kitabda ilk mövzunun nəzəri məlumatına baxaq:

“Qeyri-bədii mətndə verilən illüstrasiya, əsasən, müxtəlif sənədlərin fotosurətlərindən ibarət olur. Bu şəkillər oxucunu mətndə verilən informasiyanın həqiqiliyinə inandırmaq, real varlıq və hadisələrin vizual təsviri ilə tanış etmək məqsədi güdür.”

İllüstrasiyanı sənəd kimi izah etməyin elmi əsası yoxdur. İllüstrasiya mətnin məzmunu ilə bağlı təsvirdir. İnformativ mətnlərdə də çox müxtəlif formada özünü göstərə bilər: qrafik, foto, xəritə və s.. Ola bilsin ki, dərslik müəllifləri “müxtəlif materiallar” ifadəsini nəzərdə tutub onları “müxtəlif sənədlər” adlandırıblar. İkincisi də, “mətndə illüstrasiya vermək” ifadəsi də uyğun deyildir. Mətndə illüstraiya verilmir, illüstrasiya mətnə verilir. İllüstrasiya mətni müşaiyət edən təsvirdir. Bunlardan əlavə, iki ardıcıl cümlədə “mətndə verilən” ifadəsinin işlədilməsi də leksik uyğunsuzluqdur. “Məqsəd güdmək” isə şəklə xas xüsusiyyət deyildir. “Məqsədi daşıyır” yazılmağı doğru olardı. Qısa bir nəzəri məlumatın necə səriştəsiz şəkildə yazıldığı göz önündədir.

Dərsliyin məzmunununa hələ başlamamış bu qədər səhv və uyğunsuzluqlarla qarşılaşırıqsa, mətnlərdə, tapşırıqlarda, metodik vəsaitlərdəki səhvləri təsəvvür etmək çətin deyildir. Nə qədər ki, dərsliklər Azərbaycan dilini bilməyən şəxslər tərəfindən yazılacaqdır, şagirdlərimizin oxuyub-anlama, yazılı və şifahi nitqinin inkişafına ümid etmək sadəlövhlük olar. Azərbaycan Respublikasının Təhsil İnstitutu və Elm və Təhsil Nazirliyinin məsul şöbəsi dərsliklərin düzgün yazılmasının öhdəsindən gələ bilmir: düzgün kadrlar seçə bilmirlər; böyük ehtimalla, kitabları redaktəyə vermirlər; ekspertizanın səriştəli aparılmasını təmin etmirlər. Təhsilimizin məzmunu səriştəsiz əllərdədir.

"Dirilmə günü" - Pasxa bayramı Bu gün Ümumdünya Gülüş Günüdür Qərbi Avropanın ən qədim insanları
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1219

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see187

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see144

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri