Vinisius Real ın 3 oyunçusunu Braziliyaya aparacaq
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Madrid “Real”ının hücumçusu Vinisius Junior komanda yoldaşlarından hansıları Braziliyaya aparmaq istədiyini açıqlayıb.
Lent.az xəbər verir ki, braziliyalı futbolçu jurnalistlərlə görüşündə üç komanda yoldaşının adını çəkib.
“Cud Bellinqem, Kamavinqa və Rüdiger. Baxmayaraq ki, Cud Bellinqem o qədər də yaxşı oynamır! Mən onları nənəmin evinə dəvət edərdim ki, haradan gəldiyimi görsünlər və əsl Braziliyanı hiss etsinlər”, – deyə Vinisius bildirib.
Qeyd edək ki, Vinisius Junior Rio-de-Janeyronun ətrafında yerləşən San-Qonsalu şəhərində anadan olub. Hücumçu futbolçu karyerasına “Flamenqo” klubunun akademiyasında başlayıb.
26 yaşlı futbolçu Braziliya millisinin heyətində bütün turnirlər üzrə 59 oyunda iştirak edib, 19 qol vurub və 10 məhsuldar ötürmə edib.
Baxış sayı:113
Bu xəbər 21 Noyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















