Hər saatınızın qədrini bilin!
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyada demək olar ki, saatdan istifadə etməyən yoxdur. Başqa sözlə, saatlar həyatımızın ayrılmaz bir hissəsidir.
Bu gün ağıllı telefonlar da daxil olmaqla elektron cihazlardakı saatlar ön plana çıxsa da, saatlar arasında qol saatlarından istifadə edilənlər də az deyil. Bəs qol saatlarından düzgün istifadə etmək üçün əsas şərtlər hansılardır? Və daha bir sual - Qol saatlarına necə qulluq etmək lazımdır?
Əgər saatınız batareya ilə işləyirsə, batareyalarını qurtarmamış dəyişin. Çünki qurtarmış batareyalar saatın içərisində qaldıqca aşınmalara səbəb ola bilərlər. Bir də unutmayın ki, bir saat batareyasının ömrü orta hesabla 2 ildir. Təbii ki, burada saatda olan və əlavə enerji tələb edən texniki imkanlar da nəzərə alınmalıdır. Çünki bu texniki imkanlardan çox istifadə etmək istər-istəməz batareyanın ömrünün qısalmasına səbəb olur. Saatınızın batareyasını dəyişərkən bu işi bir saat ustasına həvalə etsəniz, daha yaxşı olar.
Saatınızın brasleti metaldırsa, onu su ilə təmizləyə bilərsiniz. Digər tərəfdən, əgər braslet çox çirklidirsə, diş fırçası və sabundan da istifadə etmək olar. Ancaq dəri qayışlar üçün bunu demək olmaz. Digər tərəfdən, əgər saatınız suyadavamlı deyilsə, korpusunu sudan qoruyun. Üstəlik, qurulayarkən yumşaq parçadan istifadə edin. Bundan başqa, günəş işığı da saatlar üçün təhlükəlidir. Çünki günəş işığı saatınızın batareyasını öldürür.
Məlumdur ki, adi saatlar kimi suyadavamlı saatlar da var. Ancaq heç də saatların hamısını suyadavamlı adlandırmaq olmaz. Yalnız üzərində “water resistant” yazılmış saatlar suyadavamlı olurlar. Üstəlik, bu saatların üzərində onların suyadavamlılıq dərəcəsi də göstərilir. Belə saatlardan dənizdə və ya hovuzda rahatlıqla istifadə etmək olar.
İçinə nəm və ya toz dolan saatları yalnız saat ustasına göstərmək məsləhətdir. Çünki saatın içərisinə dolan nəm və toz saatın hissələrinin sürtünməsini artıra bilər. Mexaniki saatlara gəlincə, bu saatları vaxtaşırı texniki baxışdan keçirsəniz, pis olmaz. Başqa mühüm bir məsələ isə saatı qurarkən əqrəbləri saat istiqamətində hərəkət etdirməkdir. Digər tərəfdən, əgər saatınızın şüşəsində sınıq və ya çızıq varsa, dərhal dəyişin. Çünki bu, nəm və tozun saatın içərisinə dolmasını asanlaşdırır.
Əgər “quratz” tipli saatlardan istifadə edirsinizsə, onları maqnit sahəsinə səbəb olan cihazlara yaxın qoymayın. Digər tərəfdən, qaz və civə kimi kimyəvi maddələr də bu saatlar üçün təhlükəlidir.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Azadlığınızın qədrini bilin!
23 Sentyabr 2025 13:29
“Hər damlanın qədrini bilməliyik”
26 Avqust 2025 11:29
Hər divarın, hər küçənin qədrini bilək Xatirə Vəliyeva
03 Aprel 2026 22:16
Ziyafət Əsgərov: Bu dövlətin qədrini bilin
21 Fevral 2025 12:14
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik
03 Aprel 2026 19:53
Baxış sayı:63
Bu xəbər 21 Noyabr 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















