Azərbaycan Ədliyyəsi təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də dayanıqlı dövlət qurumu kimi tanınır
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bu gün Ədliyyə Nazirliyinin rəhbərliyi ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq son dərəcə məsuliyyətli, tələbkar və sistemli islahatlar həyata keçirir".
Newscenter.az xəbər verir ki, bunu hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, insan resurslarının düzgün idarə olunması, sağlam kadr korpusunun formalaşdırılması, peşəkarlığın artırılması, şəffaflığın təmin edilməsi, xidmətlərin elektronlaşdırılması və ictimai etimadın möhkəmləndirilməsi bu siyasətin əsas prioritetlərindəndir:
"Nazirlik rəhbərliyi hər bir əməkdaşa göstərilən diqqət və qayğı ilə həm nizam-intizamı gücləndirir, həm də motivasiya yaradır. Bu qayğı sayəsində ədliyyə işçisi özünü yalnız bir əməkdaş kimi yox, dövlət sistemi üçün dəyərli bir insan kimi hiss edir. Ədliyyə Nazirliyinin indiki inkişaf mərhələsi həm də yeni nəsil hüquqşünasların yetişməsi, onların peşəkar potensialının açılması, ədalət sistemində institutlaşmanın möhkəmlənməsi deməkdir. Bu gün Azərbaycan Ədliyyəsi təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də müasir, innovativ və dayanıqlı dövlət qurumu kimi tanınır. Bu uğurun arxasında minlərlə ədliyyə işçisinin gecə-gündüz fədakar əməyı, peşəsinə olan sədaqəti və dövlətə bağlılığı dayanır".
Süleyman
Bu mövzuda digər xəbərlər:106 yaşlı Azərbaycan ədliyyəsi
19 Noyabr 2024 18:05
Azərbaycan ədliyyəsi yeni mərhələyə qədəm qoyur
22 Noyabr 2024 10:44
Azərbaycan ədliyyəsi 107 illiyini qeyd etdi
22 Noyabr 2025 11:36
Azərbaycan mətbuatı bu gün təkcə ölkə daxilində deyil,.. ŞƏRH EDİLDİ
30 İyun 2025 17:09
Baxış sayı:69
Bu xəbər 21 Noyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















