Icma.az
close
up
RU
Azərbaycan enerji strategiyasını qısa müddətli bazar konyunkturasına deyil, uzunmüddətli strateji planlamaya əsaslandırır

Azərbaycan enerji strategiyasını qısa müddətli bazar konyunkturasına deyil, uzunmüddətli strateji planlamaya əsaslandırır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi artıq yalnız iqtisadi kateqoriya deyil, dövlətlərin siyasi sabitliyi, regional təsir imkanları və strateji tərəfdaşlıqlarının əsas sütunlarından biri kimi çıxış edir. Qlobal enerji bazarlarında qeyri-sabitliyin artdığı, geosiyasi risklərin dərinləşdiyi bir dövrdə Azərbaycan Respublikasının həyata keçirdiyi balanslaşdırılmış və uzaqgörən enerji siyasəti regionda sabitliyin təmin olunmasında həlledici rol oynayır. Azərbaycanın qaz hasilatı və ixracı sahəsində ardıcıl şəkildə artan göstəricilər ölkəni etibarlı enerji tərəfdaşı kimi möhkəmləndirməklə yanaşı, regionun iqtisadi inkişafına da mühüm töhfə verir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Azərbaycan enerji strategiyasını qısa müddətli bazar konyunkturasına deyil, uzunmüddətli strateji planlamaya əsaslandıran nadir ölkələrdəndir: “2025-ci ildə ölkədə qaz hasilatının 50,8 milyard kubmetr, ixracın isə 25,2 milyard kubmetr səviyyəsində olması bu siyasətin real nəticələr verdiyini açıq şəkildə nümayiş etdirir. Bu həcmlər təkcə iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm amildir.

Hazırda Azərbaycan qazı 11 ölkəyə ixrac edilir. Gürcüstan və Türkiyə kimi strateji tərəfdaşlarla yanaşı, Bolqarıstan, Serbiya, Şimali Makedoniya, Macarıstan, Rumıniya, Yunanıstan, İtaliya və Ukrayna kimi Avropa ölkələri də bu ixrac coğrafiyasına daxildir. Xüsusilə diqqətəlayiq məqam ondan ibarətdir ki, Suriya ilk dəfə olaraq Azərbaycan qazını alan ölkələr sırasına daxil olub. Bu fakt Azərbaycanın enerji siyasətinin təkcə Avropa ilə məhdudlaşmadığını, Yaxın Şərq istiqamətində də strateji əhəmiyyət daşıdığını göstərir.

Azərbaycanın enerji siyasətinin əsas üstünlüklərindən biri ixrac marşrutlarının və bazarlarının şaxələndirilməsidir. 2026-cı ildən etibarən Almaniya və Avstriyaya qaz ixracının başlanması planlaşdırılır. Bununla da Azərbaycan qazını alan ölkələrin sayı 16-ya çatacaq. Bu genişlənmə Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasına real töhfə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq enerji bazarlarında etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş statusunu daha da gücləndirir”.

Nicat İsmayılov

Nicat İsmayılov bildirib ki, mövcud geosiyasi şəraitdə Avropanın enerji təchizatında alternativ mənbələrə ehtiyacı artdığı bir vaxtda Azərbaycanın artan rolu xüsusi əhəmiyyət kəsb edir və Azərbaycan bu ehtiyacı siyasi şərtlər irəli sürmədən, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli ilə təmin edir.

“Enerji təhlükəsizliyinin davamlılığı yalnız ixrac marşrutları ilə deyil, möhkəm resurs bazası ilə də təmin olunur. Azərbaycan bu baxımdan da strateji üstünlüklərə malikdir. “Şahdəniz”, “Abşeron” və “Babək” kimi iri qaz yataqlarının mərhələli şəkildə istismara cəlb edilməsi ixrac potensialının uzun illər qorunmasına imkan yaradır. Xüsusilə “Abşeron” layihəsi çərçivəsində 2029-cu ildə əlavə 4,3 milyard kubmetr qaz hasilatının planlaşdırılması Azərbaycanın gələcəkdə də tərəfdaş ölkələr qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə dair mühüm təminatdır. Bu amil beynəlxalq enerji bazarlarında etimadın əsas göstəricilərindən biri hesab olunur.

Azərbaycanın enerji siyasəti yalnız ixracdan əldə olunan gəlirlərlə məhdudlaşmır. Bu siyasət regionda iqtisadi inkişafın təşviqinə, infrastruktur layihələrinin genişlənməsinə və sosial sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan qazı ilə təmin olunan ölkələrdə sənaye istehsalı, elektrik enerjisi istehsalı və ümumi iqtisadi aktivlik üçün dayanıqlı zəmin formalaşır”-deyə politoloq qeyd edib.

Nicat İsmayılovun fikrincə, Azərbaycanın enerji siyasəti regional əməkdaşlığın dərinləşməsinə, iqtisadi inteqrasiyanın sürətlənməsinə və qarşılıqlı asılılıq mexanizmlərinin formalaşmasına töhfə verir, bu da uzunmüddətli perspektivdə regional təhlükəsizliyin möhkəmlənməsi deməkdir: “Bütün bu reallıqlar göstərir ki, Azərbaycanın enerji siyasəti regionda enerji təhlükəsizliyinin təmin olunması və iqtisadi inkişafın dəstəklənməsi baxımından strateji əhəmiyyət daşıyır. Qaz hasilatı və ixracında artan göstəricilər, yeni bazarlara çıxış, möhkəm resurs bazası və siyasi etibarlılıq Azərbaycanı regional enerji oyunçusundan qlobal miqyasda etibarlı tərəfdaşa çevirir”.

Politoloq bildirib ki, bu gün Azərbaycan enerji resurslarını təkcə iqtisadi qazanc mənbəyi kimi deyil, sabitlik, əməkdaşlıq və qarşılıqlı etimadın təminatçısı olan siyasi alət kimi təqdim edir. “Məhz, bu yanaşma ölkənin beynəlxalq nüfuzunu gücləndirir və onu regionda enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevirir”.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Yanvar 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri