Icma.az
close
up
RU
Azərbaycan enerji təhlükəsizliyi məsələlərində söz sahibi olan dövlətdir

Azərbaycan enerji təhlükəsizliyi məsələlərində söz sahibi olan dövlətdir

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə aparıcı rolunu növbəti dəfə nümayiş etdirdi. Eyni zamanda bu tədbir onu göstərdi ki, ənənəvi enerji resurslarının hasilatı və ixracı sahəsində böyük uğurlar əldə edən Azərbaycan tezliklə "yaşıl enerji"nin istehsalı və ixracında da lider mövqelərdə qərar tutacaq.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir. Adından da göründüyü kimi bu tədbirin keçirilməsi Cənub Qaz Dəhlizi ilə bağlı olub. Cənub Qaz Dəhlizi ilə bağlı ən böyük tarixi həqiqətlərdən biri də budur ki, bu layihənin həyata vəsiqə alması Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin və uzaqgörənliyinin nəticəsində mümkün olub. Məhz Prezident İlham Əliyevin bu enerji layihəsinin bütün iştirakçılarını vahid komanda şəklində birləşdirməsinin və qarşıya qoyulan vəzifələri düzgün koordinasiya etməsinin nəticəsidir ki, indi Azərbaycanın təbii qazı Avropa bazarlarına ixrac olunur.

Onu da qeyd edim ki, bu layihə və onun ayrı-ayrı seqmentləri ilə bağlı hələ vaxtilə sazişlər imzalananda, razılaşmalar əldə olunanda bəziləri onun reallaşacağına bəlkə ki, inana bilmirdilər. Amma unutmaq lazım deyil ki, Azərbaycan dövləti qarşısında dayanan bütün strateji hədəflərə qətiyyətlə çata bilən dövlətdir. Buna misal olaraq Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi meqalayihələrin icrasını misal göstərə bilərik. Bu infrastrukturların reallığa çevrilməsi Prezident İlham Əliyevin qətiyyətinə, iradəsinə söykənmişdi. Eyni prinsipiallıqla cənab İlham Əliyev 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin də yaradılmasına nail oldu. Dövlətimizin başçısı bütün maraqlı dövlətləri və maliyyə strukturlarını, o cümlədən Cənub Qaz Dəhlizinin çəkilişinə ilk gündən dəstək verən Avropa İttifaqını bu layihə ətrafında səfərbər etdi. Bu baxımdan Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında qeyd etdiyi kimi Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. 3500 kilometrlik bu boru kəməri sistemi ona qoşulan və ondan faydalanan bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyi üçün əsas arteriyadır.

Cənub Qaz Dəhlizinin ərsəyə gətirilməsi istiqamətindəki tarixi reallıqları, o cümlədən Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində etibarlı tərəfdaş olmasını Avropa dövlətləri, o cümlədən Avropa İttifaqı da görür və etiraf edir. 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması da göstərir ki, Avropa İttifaqı özünün enerji təhlükəsizliyində Azərbaycana güvənir. Bu memorandumun imzalanmasından Azərbaycandan Avropaya qaz təchizatı təxminən 60 faiz artıb. Hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir. Bu ölkələrdən 8-i isə Avropa İttifaqının üzvüdür.

Prezident İlham Əliyev toplantıda təbii qazın ixrac həcmi ilə bağlı vacib mesajlar da verdi. Beləliklə, yeni yataqların istismar olunması və mövcud qaz yataqlarında hasilatın artırılması nəticəsində Azərbaycan öz istehlakçılarını daha çox təbii qazla təmin edəcək. Cənab Prezidentin qeyd etdiyi kimi bu il yeni yataqlarda, əsasən “Azəri-Çıraq-Günəşli”də yeni hasilatın başlanması gözlənilir.

Əlbəttə, 2015-ci ildən başlayaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantılarının keçirilməsi Azərbaycanın təbii qazının Avropaya çatdırılması və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərin reallaşmasında böyük rol oynayıb. Bu baxımdan Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin toplantıları maraqların və mövqelərin uzlaşdırılmasında, iştirakçı tərəflərin səylərinin koordinasiya edilməsində mühüm rol oynayıb. Ötən il keçirilən 10-cu Məşvərət Şurasından sonra daha 5 ölkənin Azərbaycandan təbii qaz alması bu tədbirin vacibliyini bir daha ortaya qoydu.

Son 3 ildə isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının formatı böyüyüb. Belə ki, bu tədbir artıq «yaşıl enerji» məsələlərini də əhatə edir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan neft və təbii qazın hasilatı və ixracı istiqamətində qarşıya qoyulan əsas strateji məqsədlərinə çatmaqla yanaşı, qlobal çağırışlardan olan «yaşıl enerji»yə də sürətli keçid edir. Məlum olduğu kimi son illərdə respublikamızda bu sahədə bir neçə nəhəng layihənin təməli qoyulub. Onlardan 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası artıq istifadəyə verilib. 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşası davam edir. Ötən ilin sonlarında isə Cəbrayıl rayonunda 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının təməli qoyulub. Qarabağ və Şərqi Zəngəzur isə «yaşıl enerji» zonası elan edilib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı bu barədə danışan Prezident İlham Əliyev respublikamızda 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialının yaranacağını bəyan etdi:

"Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq".

Göründüyü kimi respublikamız enerji təhlükəsizliyi ilə bağlı hədəflərini yalnız ənənəvi enerji mənbələri üzərində qurmur. Azərbaycanın hədəfi həm də «yaşıl enerji» sahəsində qlobal miqyasda ön mövqelərdə dayanmaqdır. Avropa İttifaqı da Azərbaycanın bu sahədə atdığı addımları görür və respublikamızla əməkdaşlığa önəm verir. 2022-ci il dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması da bunu təsdiq edir.

Beləliklə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi daha çox təbii qaza qənaət etmək imkanı verən "yaşıl enerji" gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Bu isə respublikamızın enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə söz sahibi kimi rolunu daha da gücləndirəcək.

Xanlar Fətiyev
Milli Məclisin deputatı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://missiya.az
archiveBu xəbər 09 Aprel 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri