Icma.az
close
up
RU
Azərbaycan əsrlər boyu dinlərin harmoniya içində yaşadığı bir ölkədir

Azərbaycan əsrlər boyu dinlərin harmoniya içində yaşadığı bir ölkədir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;


Vatikanla  imzalanan Anlaşma Memorandumunun xüsusi əhəmiyyəti var


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində Anlaşma Memorandumu imzalanıb. Sənədi Dini Komitənin sədri Ramin Məmmədov və Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Kardinal Corc Ceykob Kuvakad imzalayıb. Bildirilib ki, memorandum tərəflər arasında dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, qarşılıqlı anlaşma və tolerantlığın gücləndirilməsi məqsədilə təcrübə və məlumat mübadiləsini, həmçinin birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə həmçinin dini təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əks olunub. Ramin Məmmədov memorandumun dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqinə mühüm töhfələr verəcəyinə, bu dəyərlərin tanıdılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib. Müqəddəs Yubiley İli münasibətilə təbriklərini çatdıran Dini Komitənin sədri Azərbaycanla Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin böyük inkişaf yolu keçdiyini vurğulayıb. O bildirib ki, Heydər Əliyev Fondu ilə Vatikan arasında əməkdaşlıq dünyada mədəniyyətlərarası dialoq və dünya mədəni irsinə həssas münasibətin ən yaxşı nümunələrindən biri kimi qiymətləndirilir. Katakombaların bərpası, Vatikan muzeyi və Apostol kitabxanası ilə əməkdaşlıq, arxiv əlyazmalarının rəqəmsallaşdırılması kimi uğurlu layihələrin məqsədi bəşəriyyətin ümumi irsinə töhfə verməkdən ibarətdir. R.Məmmədov ölkədəki dini mühit barəsində məlumat verərək qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn prinsip və normalarına əsaslanır. Azərbaycanda dini konfessiyalar arasında qarşılıqlı hörmət, anlaşma mühitinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Dini Komitənin sədri söyləyib ki, torpaqlar işğaldan azad edildikdən sonra atılan əsas addımlardan biri də erməni vandalizminə məruz qalmış dini abidələrin bərpası və yenidən qurulması prosesidir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu məqsədlə işğaldan azad olunmuş ərazilərdə böyük layihələr həyata keçirir. 

Corc Ceykob Kuvakad Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Roma Papası II İoann Pavel və Fransiskin bu ölkəyə səfərlərinin əlaqələrin inkişafındakı roluna toxunub. Bu memorandumu ölkədə dini azlıqlara hörmət və ehtiramın göstəricisi olan, 29 aprel 2011-ci ildə "Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında" imzalanan sazişlə möhkəmlənmiş əlaqələrin uğurlu nəticəsi kimi dəyərləndirib. Kardinal eyni zamanda sənəd çərçivəsində həyata keçiriləcək layihələrin dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqində mühüm rol oynayacağına əminliyini ifadə edib. Memorandumun təsdiqlənməsi və imzalanmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə ehtiramını bildirib. 

Dinlərarası dialoq sahəsində imzalanan anlaşma memorandumu Vatikan və İtaliya mətbuatında geniş işıqlandırılıb. Müqəddəs Taxt-Tacın rəsmi xəbər platforması olan “Vatican News” imzalanan sənədi dinlərarası anlaşma və əməkdaşlığın gücləndirilməsi yolunda mühüm mərhələ kimi dəyərləndirib. Qeyd olunub ki, sənəd ölkəmizdə dini azlıqlara hörmət və ehtiramın göstəricisi olan və 2011-ci il aprelin 29-da imzalanmış “Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” Sazişlə möhkəmlənmiş əlaqələrin uğurlu nəticəsidir. “Vatican News”, həmçinin memorandum çərçivəsində həyata keçiriləcək layihələrin dinlərarası harmoniya və mədəni müxtəlifliyin təşviqindəki roluna toxunub. Bundan başqa, “Gazzetta Diplomatica”, “Agenzia Nova”, “Iglesia Noticias”, “Eda Radio”, “Kath Press”, “CNA”, “Exaudi”, “Kmetro”, “Osservatore Romano”, “Agenparl”, “Telegraf” və “Turkic” kimi saytlar və portallar da anlaşmanın əhəmiyyətinə dair materiallara yer verib. 

Dünyaya tolerantlıq və dialoq məkanı olaraq nümunə göstərilən Azərbaycanda multikultural dəyərlər inkişaf etməkdədir. Ölkəmizdə milli-dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə, tolerantlıq, mədəni dialoq mühitinin əsas ünsürləri şəklində çıxış edir və birləşdirici funksiya daşıyır. Bu, 2020-ci ilin Vətən müharibəsində də özünü bariz şəkildə ortaya qoydu. Çoxmillətli ölkə olan Azərbaycanda yaşayan bütün xalqlar bir yumruğa çevrilərək Vətən uğrunda mübarizəyə qoşuldular. Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu bir ölkədir. Azərbaycanda hər zaman hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçımızın apardığı uğurlu fəaliyyət Azərbaycanın multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaradıb. Beləliklə, Azərbaycan dünyada sivilizasiyaların dialoq mərkəzi kimi tanınıb. Azərbaycanda tolerantlığın həyat tərzi olmasının xarici qonaqlar tərəfindən də məmnunluqla vurğulanması mühüm amillərdəndir. 


İlahiyyat üzrə fəlsəfə doktoru, dinşünaslıq üzrə dosent, AMEA-nın doktorantı Əkrəm Həsənov Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlər və dinlərin harmoniya içində yaşadığı bir ölkə olaraq, dini tolerantlıq və multikulturalizmin ən yüksək dəyərlərini mənimsəyib. Ekspertin sözlərinə görə, bu prinsiplər, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə hörmətlə qarşılanır:

seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Avqust 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri