Dünyanın ən sirli milyarderi: Onun üzünü heç kim görməyib
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Britaniyalı milyarder Piter de Pütron dünyanın ən sirli zənginlərindən biri hesab olunur. Onun internetdə açıq fotosu yoxdur, görüşlərdə isə iştirakçılardan telefon və digər elektron cihazları özləri ilə gətirməmələri tələb olunur.
Sherg.az xəbər verir ki, de Pütronun sərvətinin əsasını Londonda yerləşən, təxminən 1 000 əməkdaşı olan G-Research şirkəti təşkil edir. Şirkətdə riyaziyyatçılar, fiziklər və maşın öyrənməsi üzrə mütəxəssislər böyük həcmdə məlumatları təhlil edərək birja qiymətlərinin hərəkətini proqnozlaşdırmağa çalışırlar.
Şirkətin dəqiq dəyəri açıqlanmasa da, ekspertlər de Pütronun sərvətini təxminən 12 milyard dollar qiymətləndirirlər. G-Research müxtəlif investisiya layihələrinə, o cümlədən süni intellektdən istifadə edən müdafiə sənayesi müəssisələrinə və “Formula-1” üzrə “Williams” komandasına sərmayə qoyur.
1963-cü ildə Böyük Britaniyada anadan olan de Pütron İton kolleci, Oksford Universiteti və Uorton Biznes Məktəbində təhsil alıb. 1997-ci ildə atasından borc aldığı və milyarder Corc Sorosun dəstəyindən istifadə etdiyi vəsaitlə öz şirkətini yaradıb. 2000-ci illərin əvvəllərində ilk milyardını qazandığı bildirilir.
Milyarder ictimaiyyət qarşısına nadir hallarda çıxır. Onu tanıyanların sözlərinə görə, de Pütron tədbirlərdə gün eynəyi, bəzən isə plaş və üzərinə çəkilmiş şlyapa ilə görünür və bunları hətta qapalı məkanlarda belə çıxarmır. Onun yaşayış yeri dəqiq məlum deyil. Böyük Britaniya ilə yanaşı, Mustik adasında və Kayman adalarında daşınmaz əmlakının olduğu bildirilir.
De Pütronun rəhbərlik etdiyi G-Research şirkətində məxfilik qaydaları da son dərəcə sərtdir. Məlumatlara çıxış komandalar arasında bölüşdürülür, əməkdaşlar məxfilik müqavilələri imzalayır, ofisdə metal detektorları, telefonlar üçün xüsusi dolablar və biometrik giriş sistemindən istifadə olunur.
Hazırda milyarderin adı məhkəmə işi ilə bağlı gündəmə gəlib. “Williams” komandasının keçmiş marketinq rəhbəri Klaudiya Şvarts de Pütronun müqavilə münasibətlərinə müdaxilə etdiyini və komandaya sahib olan şirkətin idarə olunmasına faktiki təsir göstərdiyini iddia edərək məhkəməyə müraciət edib. De Pütron ittihamları rədd edir, lakin istintaq çərçivəsində ifadə verməli olacaq.
Maliyyə analitiki Mixail Belyayev isə hesab edir ki, iri maliyyəçilərin şəxsi həyatlarını gizli saxlaması böyük sərvətlə bağlı təhlükəsizlik narahatlıqları və xarakter xüsusiyyətləri ilə əlaqəli ola bilər. Onun sözlərinə görə, maliyyə bazarında yüksək gəlir əldə etmək üçün qeyri-standart düşüncə və riskləri əvvəlcədən hesablamaq bacarığı mühüm rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 29 Noyabr 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















