Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Azərbaycan florasının fitososioloji quruluşu öyrənilir

Azərbaycan florasının fitososioloji quruluşu öyrənilir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 fevral, AZƏRTAC

Azərbaycanın flora və bitki örtüyünün fitososioloji quruluşunun öyrənilməsi bu gün yalnız elmi maraq doğuran mövzu deyil, həm də ölkənin ekoloji təhlükəsizliyi, torpaq ehtiyatlarının qorunması və təbii resursların davamlı idarə olunması baxımından əhəmiyyət kəsb edir. Azərbaycan coğrafi mövqeyi, iqlim müxtəlifliyi və relyef quruluşuna görə Qafqazın ən zəngin floristik ərazilərindən biri hesab olunur. Bu zənginlik həm bitki növlərinin sayında, həm də onların təşkil etdiyi bitki birliklərinin müxtəlifliyində özünü göstərir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri professor Elşad Qurbanov söyləyib. Professorun sözlərinə görə, fitososiologiya bitkilərin ayrı-ayrı növ kimi deyil, qarşılıqlı əlaqədə olan birliklər şəklində öyrənilməsini təmin edən elmi istiqamətdir. Bu yanaşma təbiətdə baş verən dəyişiklikləri daha dərindən anlamağa imkan yaradır.

Azərbaycan ərazisində bitki örtüyü sadə şəkildə “meşə”, “çəmən” və ya “səhra” kimi xarakterizə edilə bilməz. Hər bir təbii qurşaq daxilində çoxsaylı fitosenozlar –bitki cəmiyyətləri formalaşıb. Böyük və Kiçik Qafqaz dağlarında meşə fitosenozları hündürlük qurşaqlarına uyğun olaraq dəyişir. Aşağı dağ qurşaqlarında palıd, vələs və ağcaqayın ağaclarından ibarət birliklər üstünlük təşkil edir, yuxarı qurşaqlarda isə fıstıq və şam tipli meşələr formalaşır. Bu meşə birlikləri yalnız ağaclardan ibarət deyil, onların altında kol və ot qatları da inkişaf edərək mürəkkəb fitososioloji sistem yaradır.

Mütəxəssis vurğulayıb ki, Talış dağlarında və Lənkəran zonasında yerləşən Hirkan meşələri relikt və endemik növlərlə zəngindir. Bu meşələrin fitososioloji quruluşu rütubətli subtropik iqlimin təsiri altında formalaşmış xüsusi tip hesab olunur.

Düzən və yarımsəhra ərazilərində isə fitososioloji quruluş fərqli xüsusiyyətlərə malikdir. Kür-Araz ovalığında yaranmış yarımsəhra və şoranlıq bitki birlikləri su rejimi, torpağın duzluluq səviyyəsi və temperatur amillərinin təsiri ilə formalaşıb. Burada efemer və efemeroid bitkilər yaz aylarında qısa müddətdə inkişaf edir, yayda isə yerüstü hissələri quruyaraq torpaq səthində toxum mərhələsində qalır. Bu fitosenozlar torpağın eroziyadan qorunmasında, duz balansının tənzimlənməsində və mikroiqlimin formalaşmasında mühüm rol oynayır.

Naxçıvan Muxtar Respublikasında kontinental iqlim şəraiti kserofit və dağ-step tipli bitki birliklərinin üstünlük təşkil etməsinə səbəb olub. Burada fitososioloji struktur əsasən quraqlığa davamlı növlər üzərində qurulub.

“Fitososioloji quruluşun öyrənilməsi mövcud vəziyyətin təsviri ilə məhdudlaşmır, eyni zamanda, dəyişmə meyllərini üzə çıxarır. Müşahidələr göstərir ki, iqlim dəyişiklikləri, antropogen təsirlər, torpaqlardan qeyri-rasional istifadə və şəhərsalma prosesləri bir sıra fitosenozların tərkibinə təsir göstərir. Bəzi meşə və çəmən birliklərində növ müxtəlifliyi azalır, bəzi ərazilərdə isə yad və invaziv növlər yerli bitki birliklərini sıxışdırır. Bu proseslər yalnız estetik baxımdan deyil, ekosistemlərin sabitliyi üçün də ciddi risklər yaradır. Fitososioloji quruluşun pozulması torpağın münbitliyinə, su tutma qabiliyyətinə və ümumi bioloji tarazlığa mənfi təsir göstərir”, - deyə alim bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see339

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see260

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see253

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see251

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see246

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see230

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see226

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see211

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see202

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see199

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see197

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see197

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see188

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see186

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see184

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see171

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see169

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see169

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri