Icma.az
close
up
RU
Azərbaycan futbolunda Fantasy dövrü başladı

Azərbaycan futbolunda Fantasy dövrü başladı

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) azarkeşlər üçün yeni və innovativ rəqəmsal futbol məhsulu olan APL Fantasy platformasının rəsmi istifadəyə verildiyini elan edib.

525.az xəbər verir ki, APL Fantasy Azərbaycan Premyer Liqasının azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək, virtual komanda qurmaq, liqa iştirakçıları ilə rəqabət aparmaq və mövsüm ərzində müxtəlif mükafatlar qazanmaq imkanı yaradıb. İştirakçılar Premyer Liqa oyunçularından ibarət heyət formalaşdıraraq hər turun nəticələrinə uyğun xallar toplayacaq və ümumi reytinqdə yüksəlmək uğrunda mübarizə aparacaqlar.

Layihənin əsas məqsədi Azərbaycan futboluna marağı artırmaq, azarkeşlərin çempionatda iştirak hissini gücləndirmək və rəqəmsal platformalar vasitəsilə futbolsevərlərə yeni təcrübə təqdim etməkdir.

APL Fantasy həm veb-platforma, həm də mobil tətbiq formatında istifadəçilərin ixtiyarına verilib. Futbolsevərlər platformaya qoşulmaq üçün rəsmi internet səhifəsinə daxil ola və ya tətbiqi App Store və Google Play üzərindən yükləyə bilərlər.

APL Fantasy-nin imic çarxı: https://www.youtube.com/watch?v=55Ddc0af1Rw

Müsabiqə çərçivəsində qaliblər hər turdan sonra, aylıq nəticələrə əsasən və mövsümün yekununda müəyyən ediləcək. Azərbaycan Premyer Liqasının 33 turluq mövsümünün sonunda isə ən uğurlu iştirakçıları xüsusi və dəyərli baş mükafatlar gözləyir.

AFFA bütün futbolsevərləri APL Fantasy ailəsinə qoşulmağa, öz komandalarını qurmağa və Azərbaycan Premyer Liqasını daha maraqlı və interaktiv şəkildə izləməyə dəvət edir.

APL Fantasy haqqında daha ətraflı məlumat əldə etmək və oyuna qoşulmaq üçün rəsmi platformadan istifadə edə bilərsiniz:

APL Fantasy: https://aplfantasy.az/

Instagram: https://www.instagram.com/aplfantasy

TikTok: https://www.tiktok.com/@aplfantasy

YouTube: https://www.youtube.com/@aplfantasy

Telegram: https://t.me/aplfantasyleague

Facebook: https://www.facebook.com/aplfantasy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://525.az
archiveBu xəbər 31 İyul 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri