Icma.az
close
up
RU
Qərbin pulu ilə özünə cahcəlal quran “jurnalistlər” vətəninə, millətinə, dövlətinə, xalqına xəyanət edənlər Nahid Canbaxışlı yazır

Qərbin pulu ilə özünə cahcəlal quran “jurnalistlər” vətəninə, millətinə, dövlətinə, xalqına xəyanət edənlər Nahid Canbaxışlı yazır

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Zaman-zaman Qərbin anti-Azərbaycan təbliğatının qurbanına çevrilənlər ifşa olunublar.
Qaçaqmalçılıq yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə cinayət törədən “Demokratik Təşəbbüslər İnstitutu”, “Toplum TV”, “III Respublika” Platforması, “Abzas Media”, ardınca Meydan Tv. Dünən ölkəyə qeyri-qanuni xarici valyuta gətirməkdə ittiham olunan Meydan TV-nin bir qrup əməkdaşı saxlanılıb. Aralarında vətəndaş Ramin Cəbrayılzadə (Ramin Deko) də var ki, onun üzərindən 38 000 avro aşkarlanıb. 
Bu insanlar üçün milli ruh, torpağa, vətənə, xalqa sevgi yaddır. Qərbin bir sıra beynəlxalq donor təşkilatların əsirinə çevrilən bu kimi insanlar qranta qarant kimi baxırlar. Qərb onlardan öz məkrli planlarını həyata keçirmək üçün istifadə etməyə çalışır. Lakin ifşa olunurlar. Onların çoxu USAİD, NED, Fridrix Nauman, Marşall, İREX kimi donorların əlində alətə çevriliblər. Qeyd edək ki, USAİD bir növ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (SİA) alt qurumu kimi fəaliyyət göstərərək, yardım adı ilə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışır, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır. USAİD ABŞ-ın ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə, istəmədiyi hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rola malikdir. 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün fantastik həcmdə – 2,4 milyon dollar məbləğində qrantın elan etmiş, qısa zamanda və qeyri-şəffaf formada həyata keçirilən müsabiqəyə yalnız özünün lazım bildiyi medialar buraxılmışdı.
Bu siyahıda yuxarıda adları çəkilən media orqanları da var. USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar Azərbaycanda da siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb.
Qərbin qrantın göz dikən Ramin Deko kimi satqınlar vəsaiti birbaşa ölkəyə gətirə bilmədiklərindən Almaniyanın “Deutsche Bank and Commerzbank”, ABŞ-nin “US Citibank”, Avstriyanın “Raiffeisen Bank International”, Çexiyanın “UniCredit Bank Czech”, Gürcüstanın “TBK Group” banklarında açılmış hesablara müxtəlif xarici “donorlar” tərəfindən vəsaitlər köçürülüb. Köçürülən vəsaitlər Gürcüstanda bankomatlarda nağdlaşdırılıb. Şübhə doğurmamaq üçün hissə-hissə Azərbaycana gətirilib. 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan
“Abzas Media”, “Toplum TV”, “Meydan Tv” əməkdaşlarında istifadə etməyə cəhdlər göstərdi.Lakin göründüyü kimi, bütün bu cəhdlər heç bir nəticə vermir. Azərbaycan güclü dövlət olaraq, məqsədlərində doğru irəliləyir. Qərb isə xalqının vergiləri hesabına formalaşan büdcəsindən belə təşkilatların lazımsız və perspektivsiz layihələrinə pul ayırmaqla külli miqdarda vəsaiti göyə sovurur. Onların əsirinə çrvrilənlərin isə bir adı var – xain. Qərbin pulu ilə özünə cah-cəlal quran “jurnalistlər” vətəninə, millətinə, dövlətinə, xalqına xəyanət etmiş olurlar. Onları bağışlamaq olmaz.Çünki, onların icra etdikləri “qrant layihələri”nin məzmunu da çirklidir. Hədəfləri anti-milli ovqatlı, ölkədə qarşıdurma yaratmaq, vətəndaşları dövlətdən, hakimiyyətdən incik salmaqdır. Lakin Ramin Deko kimilər hakimiyyət-xalq birliyinin sarsılmaz olduğunu unudublar.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri