Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Azərbaycan Gürcüstan əlaqələri Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün həlledici faktordur

Azərbaycan Gürcüstan əlaqələri Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün həlledici faktordur

Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan-Gürcüstan əlaqələri Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün həlledici faktordur

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəsində keçirilən parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana etməsi özündə mühüm məqamları ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev istər təkbətək, istərsə də geniş tərkibdə görüşlərdə, həmçinin mətbuata birgə bəyanatlarında xalqlarımızın əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşadıqlarını, bu ənənələrin bu gün də davam etdiyini xüsusi vurğuladı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Baş nazir İrakli Kobaxidzenin səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi və qeyd etdi ki, Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, ilk xarici səfərdir. İlk səfərin Azərbaycana edilməsi Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.

Münasibətlərimizin bugünkü inkişaf səviyyəsi keçilən yola nəzər salmağa bir zərurət yaradır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Həmin dövrdə prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 123 sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. Beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Vüqar Rəhimzadə əlaqələrin inkişafında enerji sektorunun rolunu önə çəkərək Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində həyata keçirilən enerji layihələrindən bəhs edib. Bildirib ki, regional əməkdaşlığın qurulmasında əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin reallığa çevrilməsi ilə təkcə iştirakçı deyil, digər dövlətlərin də iqtisadi inkişafı üçün geniş imkanlar yarandı. İllər keçdikcə bu əməkdaşlığın coğrafiyası genişlənməyə başladı. Hazırkı dövrün əsas çağırışının yaşıl enerjiyə keçid olduğunu, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasına çağırışlara əsasən yeni əməkdaşlıq formatlarının yaradıldığını nəzərə alsaq, Azərbaycan və Gürcüstanın bu istiqamətdə də əlaqləri yüksək səviyyədədir. Azərbaycanın ötən ilin noyabrında COP29 iqlim konfransına uğurlu ev sahibliyi bütün bu məsələlərə, əməkdaşlığa işıq saldı. Onu da qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olmuşdu.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın və Gürcüstanın tranzit imkanları da əlaqlərin inkişafında əhəmiyyətli rol oynayır. Ölkələrimiz Orta Dəhliz layihəsində yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında belə bir əminliyi də ifadə etdi ki, müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də uğurla başa çatdıracaq. Layihənin icrasında bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Gürcüstanda və Azərbaycanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihələri icra edilir. Bu işlərin paralel aparılması ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox önəmlidir.

Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 24 Yanvar 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri