Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan strateji əməkdaşlığı dostluq və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq ŞƏRH

Azərbaycan Gürcüstan strateji əməkdaşlığı dostluq və qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq ŞƏRH

Icma.az, Report.az saytına istinadən bildirir.

Bu gün Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Ölkələrimizi təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Təsadüfi deyil ki, Gürcüstanın yeni seçilmiş liderləri də ilk səfərlərini məhz Azərbaycana edirlər.

Yeni seçilən Baş nazir İrakli Kobaxidze də ənənəyə sadiq qalıb. Məlumat üçün bildirək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə ölkələrimiz arasında strateji tərəfdaşlığın təməli qoyulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü yüksək səviyyədə qeyd olunub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri bu illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.

Yeni formalaşmış Gürcüstan hökumətinin rəhbərinin ilk xarici səfərini yanvarın 17-də Azərbaycana etməsi də dostluğun və tərəfdaşlığın gücünü bir daha təsdiqləyir. Bundan öncə isə Gürcüstanın xarici işlər naziri Bakıya səfər edib. Bu ardıcıl səfərlər göstərir ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda və daha geniş regionda sülh və sabitliyin qorunmasında mühüm rol oynayır.

Azərbaycan və Gürcüstan dünya siyasətində yeni, güclü oyunçulara çevrilir və əminliklə də demək olar ki, nə Şərq, nə də Qərb öz inkişafını eyni səviyyədə davam etdirə bilər. Azərbaycan və Gürcüstan bütün sahələrdə, təkcə iqtisadi deyil, siyasi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməkdədir. Məqsəd də bölgədə əbədi sülh və rifahın təmin olunmasıdır.

Yeri gəlmişkən, Prezident İlham Əliyev də Gürcüstan Baş naziri ilə görüşündə bu səfərin əhəmiyyətinə toxunub: “Bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm”.

Prezident vurğulayıb ki, xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıb və bu ənənələr bu gün də yaşayır: “Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar”.

Digər mühüm bir məsələ. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirməsi bir daha iki qonşu ölkənin necə yaşamalı olduğuna nümunə ola bilər. İlham Əliyev bu mühüm bəyanatla həm də Gürcüstanın regiondakı rolunu vurğulayır. Artıq gürcü mediası da bu bəyanatı xüsusi qeyd edib. Bildirilir ki, Gürcüstanın yeni seçilmiş Baş nazirinin ilk dəfə Azərbaycana, Bakıya gəlməsi ənənəvi haldır. Bu gün dünyada hökm sürən vəziyyət fonunda regional təhlükəsizlik və sülhlə bağlı bəyanatlar mühüm əhəmiyyət kəsb edir və bunun fonunda Qafqazda stabil qonşuluq siyasəti çox vacibdir.

Eyni fikirləri gürcü Baş nazir də bəyan edib. Bildirib ki, “Azərbaycan bizim üçün təkcə dəyərli dost deyil, etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk”.

İrakli Kobaxidze

Onu da qeyd edək ki, Gürcüstanda yaşayan soydaşlarımız da dövlətin birliyi və güclənməsində öz töhfələrini verib. Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Prezident İlham Əliyev də dəfələrlə soydaşlarımızın iki ölkə arasında əlaqələrin inkişafındakı rolunu yüksək qiymətləndirib, xalqlarımızın əmin-amanlıq şəraitində yaşamasını əldə edilən uğur kimi dəyərləndirib: “Mən əminəm ki, sizin Gürcüstanda fəaliyyətiniz də Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir. Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bizim ölkələrimizdə bütün xalqlar sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir”.

Beləliklə, bir daha vurğulamaq yerinə düşər ki, Gürcüstan və Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Ölkələrimiz arasındakı əlaqələrin daim yüksək səviyyədə olması da Gürcüstanın və Azərbaycanın liderlərinin xarici siyasətində prioritet olub və olacaq da. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası da onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://report.az
archiveBu xəbər 21 Yanvar 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri