Icma.az
close
up
RU
Gürcüstan da bilməlidir: Azərbaycan heç nəyi unutmur ŞƏRH

Gürcüstan da bilməlidir: Azərbaycan heç nəyi unutmur ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tbilisi suallar qarşısında qalmamaq üçün zərərli addımlara getməməlidir 

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili deyib ki, İvanişvili hökuməti Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mane olur. Onun sözlərinə görə, Azərbaycan Ermənistan üçün neft məhsullarının mütəmadi tədarükü üçün tarixi qərar qəbul edib: "Bu, hazırda ancaq Gürcüstan dəmir yolu vasitəsilə mümkündür. Amma “İvanişvilinin buradakı qoçuları” elə bir tarif müəyyən etdilər ki, buna razılıq verməkdənsə, birbaşa imtina etmək daha yaxşı olardı. Məqsəd Ermənistan-Azərbaycan yaxınlaşması və Trampın dəhliz siyasətinin bloklanmasıdır, başqa heç nə. Bilmirəm, bununla Trampın diqqətini çəkmək istəyirlər, ya sadəcə Moskvanın tapşırıqlarını yerinə yetirirlər?". Mixeil Saakaşvili başqa bir məqama da diqqət çəkib: "Bu arada Azərbaycan sərhədindən keçən bütün yük maşınlarını da Tbilisinin cərimə dayanacağına göndərirlər. Sərhəddə hər birindən keçid üçün 1000 dollara qədər pul tələb edirlər ki, bu da onlar üçün əlçatmaz məbləğdir. Bu fonda isə bizim jurnalistikanın xəbərləri yalnız məhkəmələr və hansı siyasətçinin nə deməsindən ibarətdir və xəbərlərdə gözümüzün önündə oynanılan çox ciddi geosiyasi dramı demək olar ki, heç kim görmür".

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli Sherg.az-a deyib ki, Azərbaycan və Ermənistan arasında 30 il davam edən münaqişədə ən çox qazanan ölkə Gürcüstan oldu. Ekspert bildirib ki, sadəcə, Bakı-Ceyhan-Tbilisi neft kəmərinin qonşu ölkədən keçməsi Gürcüstanın özünə gəlməsi, iqtisadi dirçəlməsi üçün kifayət idi: "Ancaq təşəkkür əvəzinə bizə minnət qoyurdular. "Onsuz da sizin başqa yolunuz yoxdur və bizim hesabımıza öz neftinizi sata bildiz" kimi iddialar səsləndirirdilər. Gürcüstanın Azərbaycandan Ermənistana daşınmalara mane olması göstərir ki, Tbilisi hökuməti bundan narahatdır. Çünki düşünürlər ki, Azərbaycan-Ermənistan arasında sülh əldə olunandan və birgə layihələrdən sonra Gürcüstan bundan kənarda qalacaq. Yəni Gürcüstanın cəlbediciliyi itəcək. Zəngəzur dəhlizinin işə düşməsindən sonra nəqliyyat və ticarət yolları, enerji xətləri Asiyadan Avropaya məhz bu dəhlizdən keçəcək. Gürcüstanın bu yanaşmasında Rusiyanın da rolu ola bilər. Hakim "Gürcü Arzusu" Partiyasının Moskva ilə yaxınlığı bəllidir. Rusiya Zəngəzur dəhlizinə ABŞ qüvvələrinin nəzarət etməsinin əleyhinədir və bu missiyanı özü həyata keçirmək istəyir. Moskva bununla bağlı 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatı əsas gətirir". 

Ə.Məmmədli əlavə edib ki, Gürcüstanın daha aşkar qərəzli münasibətini görsək, soydaşlarımıza qarşı təzyiqlərin olduğunu müşahidə etsək, təbii ki, Bakı götür-qoy edəcək və adekvat addımlar atacaq: "Gürcüstanla da zaman-zaman problemlərimiz olub. Həm soydaşlarımızla bağlı çətinliklərin şahidi olmuşuq, həm də Keşikçidağ Monastr Kompleksində baş verənlər xatirimizdədir. Sərhəddə keşik çəkən əsgərimizin əlindən silahını almışdılar. Eyni zamanda məshəti türklərinin öz yurdlarına geri qayıtmasına da imkan verməmişdilər. Yəni biz heç nəyi unutmuruq. Gürcüstan da suallar qarşısında qalmamaq üçün bu cür addımlara getməməlidir". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri