Azərbaycan Heydər Əliyevin xidmətləri sayəsində inkişaf yoluna qədəm qoyub Tahir Budaqov
Icma.az bildirir, Sia Az portalına istinadən.
Azərbaycan Ümummilli Lider Heydər Əliyevin xidmətləri sayəsində inkişaf yoluna qədəm qoyub. SİA xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ulu Öndər Azərbaycanı Avrasiya məkanında söz sahibi edib:
"Heydər Əliyev hələ sovet dövrü zamanı Azərbaycana rəhbərlik edərkən ölkənin milli-mənəvi dəyərlərinin, dilinin, mədəniyyətinin inkişaf etdirilməsinə böyük önəm verib. Bu, müstəqillik üçün zəmin yaradan əsas faktor olub. Azərbaycan xalqı bütün bunları nəzərə alaraq ölkənin ən çətin dönəmində Ulu Öndərə dəstək oldu. Heydər Əliyev də həyatını təhlükəyə ataraq bu məsuliyyəti öz üzərinə götürdü və Azərbaycanı xilas etdi. Onun xidmətləri sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin başa çatdıra bilmədiyi işləri onun varisi Prezident İlham Əliyev davam etdirdi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 10 May 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















