Icma.az
close
up
RU
Azərbaycan idmanı bu il yüksək nəticələr əldə edib

Azərbaycan idmanı bu il yüksək nəticələr əldə edib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gənclər və idman naziri Fərid Qayıbov ilin yekunları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Nazir Azərbaycan idmanı üçün tarixi hadisələr və uğurlarla əlamətdar olan 2024-cü ildə qazanılan nailiyyətlərdən danışıb. O qeyd edib ki, idmançılarımıza ən yüksək qiymət dövlətimizin başçısı tərəfindən verilib:

– Dekabrın 24-də Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idman ictimaiyyətini bir araya topladı. Dövlət başçısının vurğuladığı kimi, bu ənənə 27 ildir davam edir. Açığı, elə bir ölkə tanımıram ki, hər ilin sonunda dövlət başçısı idmançılarla görüşüb, onları mükafatlandırsın, təltif etsin. İdmançılarımıza ən yüksək qiymət dövlətimizin başçısı tərəfindən verildi. İlin ən önəmli yarışı Olimpiya Oyunları idi. Əvvəlki olimpiadalarla müqayisə etsək, Parisdəki yarışda çox uğurlu nəticə qazandığımızı deyə bilərəm.

Fərid Qayıbov daha sonra Paris Olimpiadasında ölkəmizin ilk dəfə 15 idman növündə təmsil olunduğunu vurğulayıb. Yeni idman növlərindən batut gimnastikasını qeyd edən nazir bildirib ki, düzgün iş getsə, yaxşı nəticə əldə etmək olar.

Son Olimpiya Oyunlarında əldə etdiyimiz nəticələri Prezident İlham Əliyev də yüksək qiymətləndirdi. Əldə olunan nailiyyətlər Gənclər və İdman Nazirliyi olaraq, bizi də qane edir. Xüsusilə Hidayət Heydərovun nəticələrini vurğulamaq istəyirəm. Bir il ərzində həm Avropa, həm dünya, həm də Olimpiya çempionu oldu. Azərbaycanda başqa belə bir idmançı tanımıram ki, bir ildə 3 nüfuzlu yarışın qalibi olsun. Bu cür idmançılar digərləri üçün yaxşı nümunə olacaq. İnanırıq ki, növbəti illərdə belə idmançıların sayı artacaq.

Nazir olimpiadada idmançılarımızın daha çox medal şansı olduqlarını da vurğulayıb. Qeyd edilib ki, güləşçimiz Həsrət Cəfərovun da Olimpiya çempionu olmasını istəyirdik. Gənc olsa da, böyük potensiala malikdir. Finala çıxan boksçumuz Alfonso Domingesdən də qızıl medal gözləyirdik. Taekvondoçumuz Qaşım Maqomedovu qeyd edərdim. Ümumiyyətlə, Azərbaycan Taekvondo Federasiyası 100 faizlik nəticə göstərdi. Bir idmançı ilə təmsil olunduğu olimpiadada gümüş medal götürdü. Anna Skidan qatıldığı 4-cü Olimpiya Oyunlarında ilk dəfə final mərhələsinə vəsiqə qazandı. Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız ilk dəfə iştirak etdiyi olimpiadada 5-ci yeri tutdu. Medala çox yaxın idilər.

Fərid Qayıbov nazir kimi iştirak etdiyi ilk Yay Olimpiya Oyunları ilə bağlı da təəssüratlarını bildirib:

– İlk dəfə 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında olmuşam. Həmin yarış çox xoşuma gəlmişdi. Olimpiya Kəndindəki abu-hava əla idi. Orada dünyanın müxtəlif ölkələrindən olan tanınmış idmançıları görə bilmişdim. Həmin vaxt 29 yaşım var idi. Digər olimpiadalarda da olmuşam. Amma nazir kimi ilk dəfə ötən il Pekində keçirilmiş Qış Olimpiya Oyunlarına yollanmışdım. Fərq nədən ibarətdir? Mənə görə, Olimpiya Kəndində qalmaq daha maraqlıdır. Amma Paris olimpiadasında funksioner kimi iştirak edirdim. Orada bir çox vacib görüşlərim oldu. Bütün idman dünyası orada idi. İşimiz az deyildi. Olimpiya Oyunları tarixində ilk dəfə “Azərbaycan Evi” təşkil etdik. Parisin çox yaxşı bir yerində Mədəniyyət Mərkəzimiz var. Orada hər gün bir çox federasiyaları qonaq edə bildik. Həm Azərbaycan haqqında danışdıq, ölkəmizi təbliğ etdik, həm də tədbirlərimizi keçirdik.

Nazir milli komandalarda legioner idmançılarla bağlı məsələyə də toxunub. Bildirilib ki, legionerlər daha çox bizim üçün yeni olan idman növlərindədir. Gənclər hansısa peşəkar idmançıya baxıb nəsə öyrənməlidirlər. Ona görə də düşünürəm ki, əcnəbi idmançı dəvət oluna bilər. Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik. Deyə bilərəm ki, onların sayı kifayət qədər azalıb. Amma ağır çəkilərdə problemlərimiz var, idmançı yetişmir. Burada seleksiya işləri yaxşı aparılmalıdır. Təəssüflər olsun ki, mütəxəssislərimiz çatışmır. Bunun üçün müəyyən işlər görülür. Bilirsiniz ki, yaxşı mütəxəssis qısa zamanda yetişmir. İdman Akademiyasında da müəyyən dəyişikliklər etmək istəyirik. Ona görə də əvvəlcə ölkə xaricindən mütəxəssislər dəvət edirik.

Qurum rəsmisi idmançıların beynəlxalq yarışlarda iştiraklarına da toxunub. O qeyd edib ki, nazirlik tərəfindən idmançılarımız vacib beynəlxalq yarışlara ezam olunurlar. Bəzən federasiyalar idmançıları öz hesabına da yarışlara göndərirlər. Bəzi hallarda idmançılar öz hesablarına gedirlər. Təbii ki, əsas diqqət Olimpiya idman növlərinə yönəlib. Amma çalışırıq ki, digər növləri də unutmayaq və onları da yarışlara ezam edək.

İdmançılarımızın Qış Olimpiya Oyunlarında iştirakından danışan nazir bildirib ki, əsas istəyimiz odur ki, bu yarışda Azərbaycanda yetişən idmançılar çıxış etsinlər. Buna da vaxt lazımdır. 2025-ci ilin yanvarında Şahdağda dağ xizəyi üzrə Dünya Kuboku keçiriləcək. Orada artıq yerli idmançılar yetişməyə başlayıb. Bakıda ikinci ildir ki, beynəlxalq standartlara uyğun buz meydançası istifadəyə verilib. Orada artıq körlinq üzrə məşqlər də başlayıb. Başlanğıç üçün türkiyəli məşqçi dəvət olunub. Həvəskar xokkeyçilərdən ibarət komandamız var. Onlar artıq bir neçə yarışda iştirak edib, hətta qalib də olublar. Uşaqlar onlara baxıb həvəslənirlər. Bu idman növlərini inkişaf etdirmək üçün illər lazımdır. Həmin buz meydançasında məşq edən qızlar bu yaxınlarda Özbəkistanda fiqurlu konkisürmə üzrə yarışa qatılıblar. Bu, məni nazir kimi çox sevindirir.

Nazir özəl şirkətlərin idmana yatırım etməsi ilə bağlı suala isə belə cavab verib:

– Onlara hansısa güzəştlər olmaldır. Hazırda güzəşt var. Bunun bir az da dəyişməsini istərdik. Bununla bağlı Vergilər Nazirliyi ilə mütəmadi görüşlər keçiririk. İstərdik ki, daha çox özəl şirkət idmana yönəlsin. Bunun üçün qanun və qaydalarda müvafiq dəyişiklər etməliyik. Ən əsası da idman haqqında qanundur. Biz bunu son iki əl ərzində yazmağa başladıq. Demək olar ki, bitmək üzrədir. Daha sonra bunu Milli Məclisə təqdim edəcəyik. Kütləvi tədbirlər təşkil etdiyimiz zaman sponsorlar gəlmək istəyirlər. Çünki insanlar çox olur. Azərbaycanda idman marketinqi istənilən səviyyədə deyil. Dünya və Avropa çempionatı keçirilir, ulduzlar gəlir, təəssüflər olsun ki, tribunalarda azarkeş görmürük. İdman marketinqini gücləndirməliyik. Mütəxəssis yoxdursa, ölkə xaricindən çağırmalıyıq.

Gələn il ölkəmizdə təşkil olunacaq MDB Oyunlarından danışan nazir qeyd edib ki, ölkəmizdə müasir idman ifrastrukturu ən nüfuzlu yarışların təşkili üçün geniş imkanlar yaradır. Vurğulanıb ki, MDB Oyunları ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Hansı idman növlərinin harada olacağı bəllidir. Prezident İlham Əliyev ilin idman yekunları ilə bağlı tədbirdə demək olar ki, bütün regionlarda komplekslərin olduğunu vurğuladı. Onların bəziləri təmir olunacaq. Bəzilərinə isə avadanlıqlar gətiriləcək. Yarışda MDB dövlətləri ilə yanaşı, başqa ölkələrin idmançıları da olacaq. Bu yarış bölgədə idmanın inkişafına kömək edəcək. Gələn il aerobika gimnastikası üzrə Avropa çempionatı da Gəncə şəhərində təşkil olunacaq. Beynəlxalq yarışları rayonlarda keçirmək üçün şəraitimiz, otellərimiz var. Şuşada, Qarabağda turnirlər keçirilib. Xankəndində üç idman tədbiri təşkil olunub. MDB Oyunlarında oxatma yarışı Xankəndi şəhər stadionunda təşkil ediləcək.

Fərid Qayıbov Azərbaycan futbolunun hazırkı durumu ilə bağlı danışarkən “Qarabağ”ın son illərin dəyişməz çempionu olduğunu, bu kollektivlə rəqabət aparacaq komandanın olmadığını deyib. Qeyd edilib ki, ötən ilin əvvəllərində “Ulduz” futbol akademiyası açılıb, bölgələrdən perspektivli uşaqlar akademiyaya cəlb edilir. Azərbaycanda uşaqlar üçün 3 beynəlxalq turnir təşkil edilib. Yarışdan-yarışa artım hiss olunur. Uşaqlara təcrübə lazımdır. Ona görə də daimi olaraq beynəlxalq yarışlara getməlidirlər. Belədə bizdə də futbolçular yetişməyə başlayacaq. Son illər “Qarabağ”dan Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Nəriman Axundzadə və Elvin Cəfərquliyev kimi yaxşı futbolçular çıxıb. Onlar 3–4 ilin içində inkişaf etdilər.

Futbolda görüləsi işlərimiz çoxdur. Daha çox yarış keçirməli və uşaq futboluna investisiya yatırmalıyıq. Biz, öz növbəmizdə, bunu etməyə başlamışıq. Eyni zamanda, infrastruktura diqqət ayrılmalı, stadionlar təmir olunmalıdır. Bir çox bölgəmizdə təmirə ehtiyacı olan arenalar var. Bunun üçün sponsorlar olmalıdır. Uşaq futboluna daha çox sərmayə qoymalıyıq ki, milli komanda üçün səviyyəli futbolçular yetişsin. Əsas odur, plan olsun. Məsələn, Gənclər və İdman Nazirliyinin 2030-cu ilə qədər strategiyası var.

Fərid Qayıbov “Los-Ancelos-2028” Yay Olimpiya Oyunlarında hansı idman növlərində ilk dəfə çıxış edəcəyimizlə bağlı suala isə belə cavab verib:

– İstərdim ki, olimpiadada ağırlıqqaldırmanı görüm. Bizim bu idman növündə Avropa çempionu və dünya ikincisi olan Dadaş Dadaşbəyli kimi ağırlıqqaldıranımız var. Onun çəkisi (109 kiloqram) artıq Olimpiya çəkisi olmalıdır. Dadaşa ümidlərimiz böyükdür. Növbəti Olimpiya Oyunlarında atçılığı da görmək istərdim. Düzdür, əvvəllər olub. Yenə olmağını arzulayırıq.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see383

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see260

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see236

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see225

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see223

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see218

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see218

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see216

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see214

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see210

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see203

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see195

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see191

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see179

Təhlükəsizlik tədbirləri gücləndirildi "Azneft"

27 İyul 2026 12:21see175

Qobustanda yeni avtomobil körpüsü tikildi

27 İyul 2026 21:02see174

“Fənərbaxça”dan Leao üçün rəsmi addım

28 İyul 2026 00:21see171

“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib

27 İyul 2026 16:40see171

Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!

27 İyul 2026 20:44see169

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri