Azərbaycan və Gürcüstan arasında konsulluq sahəsində əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ FOTO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dekabrın 2-də Tbilisidə Azərbaycan və Gürcüstanın xarici işlər nazirlikləri arasında növbəti məsləhətləşmələr keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, məsləhətləşmələrə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Gürcüstan nümayəndə heyətinə isə Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Qiorqi Tabatadze rəhbərlik edib.
Tədbirdə Azərbaycan Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, hər iki ölkənin xarici siyasət qurumunun məsul əməkdaşları, həmçinin Azərbaycan Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin, Gürcüstanın Ədliyyə və Daxili İşlər nazirliklərinin rəsmiləri iştirak ediblər.
Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması barədə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrə müzakirələr keçirib, yaranmış çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın intensivləşdirilməsinə dair razılığa gəliblər.
Azərbaycan ilə Gürcüstan arasında ədliyyə, miqrasiya, təhsil, humanitar, sosial müdafiə və digər vacib sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılaraq, müvafiq sahələr üzrə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin vacibliyini vurğulayıblar.
Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 02 Dekabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















