Azərbaycan informasiya məkanında YENİLİK “The Daily Baku” xəbər saytı fəaliyyətə başladı FOTO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda yeni informasiya portalı – The Daily Baku xəbər saytı fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə saytın təsisçisi Ülviyyə Zülfiqar sosial şəbəkə hesabında məlumat yayıb.
“Sayt üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək. Müasir üslubda dizayn olunmuş sayt ölkədən və dünyadan xəbərlər, analitik materiallar, müxtəlif sahələri əhatə edən məlumatları özündə əks etdirir. The Daily Baku xəbər saytı Media Reyestrində rəsmi qeydiyyatdan keçib.
Saytın xüsusilə bu gün – 24 dekabr tarixində fəaliyyətə başlaması komandamız üçün böyük qürur mənbəyidir.
Komandamıza uğurlar diləyir, sizləri saytımızı gündəlik olaraq ziyarət etməyə dəvət edirəm”, - deyə Ülviyyə Zülfiqar bildirib.
Qeyd edək ki, Ülviyyə Zülfiqar Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktorunun media və xarici əlaqələr üzrə müşaviridir. O, həmçinin siyasi ekspert kimi fəaliyyət göstərir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 24 Dekabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















