Azərbaycan İordaniya ilə gömrük işi sahəsində əməkdaşlıq edəcək
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanla İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Sazişə əsasən, razılığa gələn tərəflərin gömrük orqanları, yardımın gömrük qanunvericiliyinin düzgün şəkildə tətbiqi üçün zəruri olduğunu hesab etdikləri təqdirdə, xüsusilə aşağıdakılarla bağlı məlumat eldə etdikdə, öz səlahiyyətləri çərçivəsində bir-birilərini yardımla təmin edirlər:
a) gömrük qanunvericiliyini pozmuş, pozan və ya poza biləcək və digər razılığa gələn tərəfin marağında ola biləcək fəaliyyətlər;
b) digər razılığa gələn tərəfin dövlətinin ərazisində gömrük qanunvericiliyinin əhəmiyyətli dərəcədə pozulmasının obyekti olması bilinən mallar;
c) narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Konvensiyaları pozan mallar və ya beynəlxalq konvensiyalara və qətnamələrə qarşı hüquqpozma təşkil edən təhlükəli və ikili təyinatlı mallar.
Qeyd edək ki, saziş 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 Fevral 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















