"Bu işdə tək olmalı deyiləm" Zaur Həşimov
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 12-ci turunda “Qəbələ” ilə matçı şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Oyun haqda çox danışılası bir şey yoxdur. 59-cu dəqiqəyə qədər rəqibin qol epizodu yox idi. İlk fürsətdə fərqləndilər. Sonluq da gözlənilən idi. Biz irəli atılacaqdıq, rəqib isə əks-hücumda oynayacaqdı. "Qəbələ" bizim kritik səhvdən sonra ikinci qolu vurdu və qələbə qazandı. Düşünürdük ki, artıq "qara zolaq"dan çıxmışıq. Amma bu oyun üzərimizdəki təzyiqi artırdı".
- Bu vəziyyətdən çıxmaq üçün hansı addımı atmağı düşünürsünüz?
- Şikayət etməyi sevmirəm. Amma görürsünüz ki, hücumçu mövqeyində konkret çətinliklərimiz var. Yeganə hücumçu Luis Felipe idi. Gələndən sonra zədələnmişdi. İndi isə 6 aylıq sıradan çıxıb. Bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edirik. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Amma fikrimcə, bu işdə tək olmalı deyiləm. Rəhbərlik, mən, futbolçular - kollektiv olaraq vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 21 Noyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















