Icma.az
close
up
RU
Azərbaycan İran sərhədində sərhədçimilərimizə hücum olundu: Ölən var

Azərbaycan İran sərhədində sərhədçimilərimizə hücum olundu: Ölən var

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Aprelin 26-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə atəş açıblar.

Sərhəd naryadı tərəfindən "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun silah tətbiq edilərək sərhəd pozucularından biri hadisə yerində zərərsizləşdirilib, silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olub.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər - Balakən rayon sakinləri, 1998-ci il təvəllüdlü Rəcəb Məhəmməd oğlu İbrahimov, 1990-ci il təvəllüdlu İsa Maqomedoviç İsayev və 1982-ci il təvəllüdlü Kamran Kamaldin oğlu Uzunov saxlanılıb.

Əraziyə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə ilə əlaqədar İran İslam Respublikasının sərhəd nümayəndələri ilə görüş keçirilib.

Fakt üzrə Azərbaycan Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğu tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Aprel 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see509

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see251

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see244

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see241

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see233

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see227

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see224

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see221

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see208

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see207

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see205

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see197

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see194

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see191

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see188

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see183

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see180

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see178

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see176

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri