Azərbaycan istehsalı olan “İTX 15M” personal və silah daşıyıcıları nümayiş etdirilib FOTO
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan istehsalı olan “İTX-15M” personal daşıyıcısı ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.
APA xəbər verir ki, 2026-cı ildə istehsal olunan “İTX-15M” saatda maksimum 110 kilometr sürətlə hərəkət edə bilir. Onun çəkisi 14 tondur.
“İTX-15M”i taktiki göstəricilərinə görə digər nəqliyyat vasitələrindən fərqləndirən cəhətlərdən biri də mina partlayışı testlərindən uğurla keçməsidir.
Bundan başqa, “İTX-15M” irihəcmli və müxtəlif silah sistemləri üçün əlverişli konfiqurasiyaya malik, “STANAG 4569 Level 3” qorunma səviyyəsinə sahib hərbi avtomobil ilk dəfə ADEX-2026 sərgisində nümayiş etdirilib.
Çəkisi 12 ton olan hərbi avtomobil saatda maksimum 110 kilometr sürətlə hərəkət edə bilir.
Avtomobili digərlərindən fərqləndirən cəhətlərdən biri kabinə bağlı olan xüsusi təyinatlı silahların situasiyaya uyğun olaraq dəyişdirilə bilməsidir.
Avtomobil əsasən silah daşınması üçün nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 30 Sentyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















