Icma.az
close
up
RU
Azərbaycan Macarıstan: Tarixə və müasir reallıqlara əsaslanan strateji tərəfdaşlıq

Azərbaycan Macarıstan: Tarixə və müasir reallıqlara əsaslanan strateji tərəfdaşlıq

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Qlobal Cənubu və İslam dünyasını təmsil edən Azərbaycan özünün multiregional xarici siyasət kursuna sadiq qalmaqla Qlobal Qərbin ayrılmaz hissəsi olan Avropa İttifaqında (Aİ) yer alan ölkələrlə əlaqələrin genişənməsinə xüsusi önəm verir. Bu kontekstdə respublikamızla Macarıstan arasında qarşılıqlı maraqlara əsaslanan  münasibətlərin dərinləşməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi diqqət çəkir.

Hər zaman müstəqillik və suverenlik prinsiplərindən çıxış edən ölkələrimiz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Yeni geosiyasi və geoiqtisadi reallıqlar şəraitində Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında yer alan dövlətə çevrilib. Öz növbəsində dost ölkə respublikamızın Avropa İttifaqı ilə inteqrasiyasının genişlənməsinə güclü siyasi dəstək göstərir.

Dinamik səciyyə daşıyan siyasi dialoq

Elə ölkələr var ki, onların münasibətləri keçici maraqlar üzərində qurulur və adətən zamana bağlı olur. Çağırışlar və reallıqlar dəyişdikdə münasibətlər də dəyişir. Azərbaycanla Macarıstanın münasibətləri isə həm dövlət maraqlarına, həm cəmiyyətlərin qarşılıqlı rəğbətinə, həm də tarixə bağlıdır. Türk kökənliyi iki ölkəni və xalqı bir araya gətirən ən etibarlı bağdır. Azərbaycan getdikcə qlobal güc mərkəzlərindən birinə çevrilməkdə olan Türk Dövlətləri Təşkilatının (TDT) əsasının qoyulmasında mühüm rol oynayan dövlətlərdən biridir və hazırda da qurumun funksionallığının artmasına sanballı töhfələr verir. Macarıstan isə  2018-ci ildən etibarən TDT-da müşahidəçi statusuna malikdir və son illərdə təşkilatla əlaqələrini daha da gücləndirərək qumun tamhüquqlu üzvü olmağı hədəfləyib.  Rəsmi Budapeştin Türk dünyası ilə sıx inteqrasiyaya çalışması təsadüfi deyil.  Bu, bilavasitə tarixlə bağlıdır. Macarıstanın Baş naziri V. Orbanın qeyd etdiyi kimi, “macarlar qıpçaq türkləridir, Macarıstan isə xristian türklərin torpağıdır”.

Qeyd olunan reallıqlar fonunda iki ölkə arasında dinamik səciyyə daşıyan siyasi dialoq formalaşıb. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Çoxtərəfli formatlarda, xüsusilə BMT, ATƏT, NATO, Aİ və digər beynəlxalq platformalar çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm rol oynayıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib və ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasını şərtləndirib.

Yeni Azərbaycan Partiyası (YAP) ilə hakim Fides - Macarıstan Vətəndaş Birliyi Partiyası (sədri Baş nazir Viktor Orbandır) arasında səmərəli əməkdaşlıq mövcuddur. Ötən il YAP-ın təşkilatçılığı ilə Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransda Fides - Macarıstan Vətəndaş Birliyi Partiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki çıxış edib.

İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəyə çatmasından bəhs edərkən  liderlərin bir-birinə səmimi münasibətinin, qarşılıqlı səfərlərin önəmini xüsusi vurğulamaq lazımdır. Bunlar əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar. Viktor Orbanın Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib. Eyni zamanda, Azərbaycan ilə xüsusi münasibətlər nəzərə alınaraq, Macarıstan COP29-da belə tədbirlərə ənənəvi yanaşmaya uyğun olaraq ölkə prezidenti səviyyəsində deyil, istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub. Azərbaycanla Macarıstan arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə Macarıstan qalxır. Bilirəm ki, buna görə Macarıstan da bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu böyük dərəcədə artırır”.

İkitərəfli əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addımlardan biri də Azərbaycan-Macarıstan Strateji Dialoqunun təsis edilməsidir. Bu çərçivədə ilk iclas 2023-cü ilin sentyabrında Budapeştdə, ikinci iclas isə 2024-cü ilin iyununda Bakıda baş tutub.

Müxtəlif istiqamətləri əhatə edən iqtisadi əlaqələr

Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iki ölkə arasında iqtisadi əlaqələr də müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. 2024-cü ilin sonuna olan göstəricilərə əsasən ölkələrimiz arasındakı ticarət dövriyyəsində 29 faiz artım müşahidə edilib ki, bu da əlaqələrin möhkəmlənməsinin və inkişafının əhəmiyyətli göstəricisidir.

Bundan başqa, ötən il Macarıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,018 milyard ABŞ dolları təşkil edib. Azərbaycanlı investorlar isə Macarıstanda kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə böyük sərmayələr qoyurlar və bu da iqtisadi tərəfdaşlığı daha da gücləndirir.

Eyni zamanda, Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlıdırlar. “KESZ” şirkətlər qrupu Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasını həyata keçirir. Macarıstan hökumətinin vəsaiti hesabına Soltanlı kəndində məktəbəqədər və ümumi təhsil müəssisələri üçün binalar tikiləcək. Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgilərində ənənəvi olaraq Macarıstan şirkətləri iştirak edirlər.

Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasları illik əsasda keçirilir. Hər iki paytaxtda müntəzəm şəkildə birgə biznes-forumlar təşkil olunur. Birgə Komissiyanın növbəti 11-ci iclasının 2025-ci ilin iyun ayında Budapeştdə keçirilməsi nəzərdə tutulub.

Sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. 2023-cü il iyulun 10-da “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Macarıstanın “Hell Energy” şirkəti arasında Birgə İştirak Müqaviləsi, iyulun 31-də isə “Scandens Pharmaceutical Industries Ltd” MMC ilə “Gedeon Richter” şirkəti arasında Azərbaycanda dərman vasitələrinin birgə istehsalı haqqında müqavilə imzalanıb. 2025-ci il aprelin 24-də “Azərkosmos” ilə “4iG Space and Defence Ltd.” şirkəti arasında anlaşma memorandumu imzalanıb. Həmçinin 2022-ci ilin yanvar ayında Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında anlaşma memorandumu imzalanıb.

Hərbi və müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi qarşılıqlı maraq kəsb edir. 2023-cü və 2024-cü illərdə Azərbaycanın və Macarıstanın müdafiə nazirlərinin qarşılıqlı səfərləri baş tutub. 2024-cü il sentyabrın 24-26-da Bakıda keçirilən “ADEX-2024” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində Macarıstan milli pavilyonla təmsil olunub.

Ənənəvi enerji əməkdaşlığından yaşıl enerji əməkdaşlığına keçid

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. “MOL” şirkətlər qrupu “Azəri-Çıraq-Günəşli” yatağında 9.57 faiz, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində isə 8.9 faiz paya sahibdir. 2023-cü il yanvarın 30-da Budapeştdə imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu” bu istiqamətdə növbəti uğurlar üçün zəmin yaradıb. 2023-cü il iyunun 2-də SOCAR  ilə “MVM” şirkətlər qrupu arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. 2024-cü il iyunun 5-də “MVM” şirkətlər qrupu ilə “Şahdəniz” layihəsində pay alışı, sentyabrın 20-də isə “MOL” şirkətlər qrupu ilə Şamaxı-Qobustan sahəsində kəşfiyyat, işlənmə və hasilatla bağlı sənədlər imzalanıb. “Həmrəylik Halqası” təşəbbüsü çərçivəsində 2023-cü il aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və SOCAR arasında anlaşma  memorandumu imzalanıb.

Ötən il ilk dəfə olaraq Macarıstan Azəbaycandan qaz alıb. İmzalanan sazişə əsasən ölkəmizdən Macarıstana illik qaz ixracının həcminin 1 milyard kubmetrə çatdırılması hədəflənib.

İki ölkə arasında enerji əməkdaşlığı artıq yaşıl enerji mərhələsinə daxil olub. Macarıstan hökuməti “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” əsasında yaşıl enerji dəhlizinin yaradılmasına dəstək verir. Xatırladaq ki, 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə Qara dənizin dibi ilə elektrik enerjisinin tədarükü haqqında dördtərəfli saziş imzalanıb. Azərbaycanda bərpa olunan mənbələrdən alınacaq elektrik enerjisi bu marşrutla Avropaya çatdırılacaq.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri